Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Ən çox qazanan televiziya aktyorları...

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Dişlər yaddaş kartımızdır?

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər

5 min illik iki məzar: Piramidaların inşasını anlamağa kömək edə bilər

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Misirin Minya vilayətində yerləşən Cəbəl əl-Tayr arxeoloji ərazisində təxminən 5 min il əvvəl möhürlənmiş, erkən sülalələr dövrünə aid iki məzar aşkar olunub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri yazır.

Nəşrin məlumatına görə, Giza piramidaları dünyanın ən məşhur abidələrindən biri olsa da, onlar Misirdə monumental tikinti ənənəsinin başlanğıcı hesab edilmir. Xeopsun Böyük Piramidası inşa edilməzdən əvvəl misirli ustalar daha mürəkkəb dəfn tikililərinin tikintisi üzərində təcrübələr aparırdılar.

Cəbəl əl-Tayrda əldə edilən son tapıntılar bu erkən dövrün daha dərindən öyrənilməsinə imkan yaradır. Misirin Qədim Əsərlər üzrə Ali Şurası erkən sülalələr dövrünə aid, indiyədək açılmamış iki məzarın qazıntısı barədə məlumat verib. Tapıntılar arxeoloqlara qədim Misirdə dəfn memarlığının inkişafını daha ətraflı araşdırmağa şərait yaradır.

Minilliklər boyu istifadə olunan qəbiristanlıq

Cəbəl əl-Tayr Krallar Vadisi qədər məşhur olmasa da, bu ərazi minilliklər ərzində qəbiristanlıq kimi istifadə edilib. Burada sülalədən əvvəlki dövrdən başlayaraq eramızdan əvvəl 664–332-ci illəri əhatə edən Son dövrədək müxtəlif dəfn yerləri aşkar olunub.

Məlumata görə, Misirdə ən qədim məzarlar təxminən eramızdan əvvəl 3100-cü ildə yaranıb. Onlar əvvəlcə kərpicdən hörülmüş və suvaqla örtülmüş sadə çuxurlardan ibarət olub. Sonralar isə məzarlar getdikcə daha böyük və mürəkkəb quruluş alıb.

Birinci sülalə dövründə hökmdarlar əsasən Abidosda, yüksək vəzifəli məmurlar isə Sakkarada dəfn edilirdi.

Həmin dövrün məzarlarında yeraltı dəfn otaqları ilə yanaşı, mərhumun statusunu əks etdirən və dəfn əşyalarının saxlanıldığı yerüstü "mastaba” tikililəri də inşa olunurdu. Yeni aşkar edilən iki məzar da məhz bu keçid mərhələsinə aiddir.


Kral məzarlarına bənzər memarlıq

Tapıntının ən diqqətçəkən xüsusiyyətlərindən biri məzarların eramızdan əvvəl təxminən 2950-ci ilə aid Abidosdakı I sülalə hökmdarı Hor-Denin məzarı ilə böyük oxşarlıq göstərməsidir.

Alimlərin sözlərinə görə, Hor-Denin məzarı Birinci sülaləyə aid məlum ən böyük dəfn kompleksidir. Burada mərasim otağı, iki böyük anbar və əsas dəfn kamerasını əhatə edən 133 əlavə otaq yerləşirdi.

Arxeoloqlar yeni aşkar edilmiş məzarlardan birinin divarlarının aşağı hissəsinin daha qalın, yuxarı hissəsinin isə tədricən nazik olduğunu müəyyən ediblər. Onların fikrincə, bu xüsusiyyət tikinti ustalarının yükün düzgün paylanması prinsiplərini bildiyini göstərir.

Məzarlar daş bloklardan inşa olunub. Birinci məzarda daşların emalı zamanı yaranmış oksid izləri bu günədək qorunub saxlanılıb. Tədqiqatçılar divarların daxilinə yerləşdirilmiş taxta dayaqlar da aşkar ediblər. Onlardan bəziləri konstruksiyanın müəyyən hissələrini möhkəmləndirmək, digərləri isə divarlar boyunca dayanıqlılığı artırmaq üçün istifadə olunub.

İkinci məzar isə ilkin daş bloklarının böyük hissəsini qoruyub saxlayıb.

Ərazidə daha qədim dəfnlər də aşkarlanıb

Qazıntılar zamanı sülalədən əvvəlki dövrə aid bir neçə dəfn yeri də aşkar edilib. Burada bükülü vəziyyətdə dəfn olunmuş, əsasən skelet halında qalmış insan qalıqları bitki həsirlərinə bükülmüş vəziyyətdə tapılıb. Meyitlərin yanında keramika qablar da aşkarlanıb.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyinin məlumatına görə, qara haşiyəli keramika nümunələri Birinci sülalədən əvvəlki Naqada II və Naqada III dövrlərinə aiddir.

Arxeoloqlar həmçinin Son dövrə aid, taxta tabut qalıqları olan məzarlar da aşkar ediblər. Bu isə Cəbəl əl-Tayrın əsrlər boyu qəbiristanlıq kimi istifadə olunduğunu göstərir.

Tədqiqatçılar bildirirlər ki, ərazidə qazıntılar davam edir və məqsəd Misirin ən qədim qəbiristanlıqlarından birinin hələ də gizli qalan sirlərini üzə çıxarmaqdır.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Avqust 2026 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see400

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see321

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see300

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see299

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see296

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see291

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see289

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see275

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see273

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see269

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see259

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see254

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see253

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see247

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see235

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see230

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see210

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see207

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see188

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri