5 mindən çox şagird qırmızı kart alıb
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Məktəblərdə 5 mindən çox şagird qırmızı kart alıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, ölkə üzrə fəaliyyət göstərən ümumtəhsil müəssisələri özünün “Ümumi təhsil müəssisələrində təhsilalanların intizam Qaydaları” sənədini hazırlayıb. Qaydalara əsasən, şagirdlərə verilən yaşıl, sarı və qırmızın kartların statistik müqayisəsi aparılıb: “Yaşıl kartların yüksək göstəricisi məktəb mühitində pozitiv dəyişikliklərin baş verdiyini təsdiqləyir. Belə ki, cari ilin yanvar və fevral aylarında təqdim olunan hesabatlara əsasən ölkə üzrə ümumtəhsil məktəblərində verilən sarı kartların sayı 29 161, qırmızı kartların sayı 5831, yaşıl kartların sayı isə 46 383 olub”.
E.Bağırov əlavə edib ki, agentlik tərəfindən şagird sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən bu ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib. Monitorinqlərdə sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində aparılan tədbirlər, sosial-psixoloji xidmətlərin vəziyyəti, məktəblərin infrastruktur vəziyyəti, bullinq əleyhinə tədbirlərin keçirilməsi və s. məsələlər nəzərdən keçirilib.
Gülnar Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Aprel 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















