Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

5 mindən çox yeni iş yeri Azərbaycanın yeni SƏNAYE PLANI

5 mindən çox yeni iş yeri Azərbaycanın yeni SƏNAYE PLANI

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan iqtisadiyyatı tarixi bir transformasiya mərhələsinə qədəm qoyur. İllərdir ölkənin hərəkətverici qüvvəsi olan neft hasilatı ilə paralel dövlət qeyri-neft sektorunun, xüsusilə də dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün yeni bir strategiya ortaya qoyub.
Yeni mərhələnin əsas istiqamətlərindən biri artıq yalnız təbii resursların hasilatı deyil, həmin resurslar əsasında daha yüksək əlavə dəyərin yaradılmasıdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının hazırlanması sənaye strukturunun şaxələndirilməsinə hesablanmış uzunmüddətli strategiyadır.
Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə təqdim olunan yanaşma, Dövlət başçısının verdiyi mesajlar isə bu strategiyanın əsas kontrlarını və hədəfləri ortaya qoyub.
Qeyri-neft sektorunun inkişafında metallurgiyanın rolu
Proqamın əsas mahiyyəti isə ondan ibarətdir ki, Azərbaycanın yeraltı sərvətləri xammal kimi çıxarılıb xarici bazarlara göndərilməklə kifayətlənməməli, mümkün qədər ölkə daxilində emal edilməli və son məhsula çevrilməlidir. Bu, qeyri-neft sektorunun genişləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.
Çünki Azərbaycan iqtisadiyyatında neft hasilatının təbii olaraq azalması fonunda əsas məsələ ümumi iqtisadi artımın hansı yeni mənbələr hesabına təmin ediləcəyidir. Müşavirədə qeyd olunduğu kimi, bu ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faizlik artım qeydə alınıb. Deməli, növbəti mərhələdə məqsəd qeyri-neft sənayesinin ayrı-ayrı layihələrdən ibarət inkişafından daha sistemli istehsal zəncirlərinin formalaşdırılmasına keçməkdir.
Qeyri-neft sektorunun inkişafında metallurgiya sahəsi xüsusi yer tutur. Prezident İlham Əliyev müşavirədəki çıxışında bu məqama xüsusi diqqət çəkib:
“Bu sahə ölkə iqtisadiyyatı üçün, xüsusilə ölkəmizin qeyri-neft sektorunun inkişafı üçün böyük əhəmiyyət daşıyır, çox perspektivli sahədir. Düzdür, maliyyətutumlu sahədir, amma eyni zamanda, ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Beş mindən çox daimi iş yerlərinin açılması nəzərdə tutulur. Bütövlükdə bizim təbii resurslarımızın işlənməsi və onlardan səmərəli şəkildə istifadə olunması, eyni zamanda, istehsal zəncirinin tam yaradılması ölkə iqtisadiyyatını gücləndirəcək”.
Əsas hədəflər və perspektivlər
Dövlət Proqramının əsas diqqətçəkən məqam ondan ibarətdir ki, Hədəf daha çox filiz çıxarmaq deyil. Əsas məqsəd filizin hasilatından zənginləşdirilməsinə, emalına, yarımfabrikat və son məhsul istehsalına qədər bütöv zəncir yaratmaqdır.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun təqdimatında qeyd edib ki, proqramın əsas məqsədi “daha çox xammal hasil etmək deyil, bu, xammalı ölkə daxilində daha çox emal etmək və daha yüksək əlavə dəyər yaratmaqdır”.
Bu yanaşma Azərbaycanın iqtisadi modelində mühüm dəyişiklik yarada bilər. Filizin ilkin formada ixracı ilə hazır metal məhsulunun ixracı arasında yaradılan əlavə dəyər baxımından böyük fərq var. Buna görə də yeni proqramın əhəmiyyəti mədən sənayesinin böyüməsindən daha genişdir: burada söhbət mədən, metallurgiya, logistika, enerji, maşınqayırma, xidmət və kadr hazırlığı kimi sahələrin bir-birini tamamladığı yeni sənaye ekosistemindən gedir.
Proqramın 2030-cu ilədək dağ-mədən və metallurgiya sektorunun ÜDM-ə töhfəsinin 700 milyon manatdan 1,8 milyard manata, illik ixrac potensialının isə 1,3 milyard manatdan 3,4 milyard manata çatdırılmasını nəzərdə tutması da qarşıya qoyulan hədəfin miqyasını göstərir. Bunun üçün 2027–2030-cu illərdə ümumilikdə 5,3 milyard manat investisiya ayrılması nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurda yeni iqtisadi mərhələ
Bu prosesin xüsusi əhəmiyyət daşıdığı məkanlardan biri işğaldan azad edilmiş ərazilərdir. SSRİ dövründə aşkar edilmiş bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi. Ermənistan 30 illik işğal dövründə həmin yataqların resurslarını talan edib.
Dövlətimizin başçısı çıxışında bu məqama diqqət çəkib:
“Azərbaycanda dağ-mədən sənayesi həm obyektiv, həm subyektiv səbəblərə görə lazımi səviyyədə inkişaf etməyib. Obyektiv səbəblər ondan ibarətdir ki, sovet vaxtında aşkar edilmiş bizim bir çox yataqlarımız işğal altında olan bölgələrdə yerləşirdi və Ermənistan dövləti öz işğalçılıq siyasətini, o cümlədən Azərbaycan xalqının və dövlətinin təbii resurslarını talamaqda da davam etdirirdi.
Təkcə onu demək kifayətdir ki, işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondu Ermənistan dövləti tərəfindən məhv edilib, talan edilib, kəsilib, satılıb və artıq İkinci Qarabağ müharibəsindən sonra yandırılıb, o müddətdə ki, erməni silahlı qüvvələri Kəlbəcər və Laçın rayonlarından çıxmalı idi, orada onlara 2-3 həftə vaxt verilmişdi. Hamının yaxşı xatirindədir, onlar həm ağacları məhv edirdilər, həm də santexnikanı yaddan çıxarmayıblar”.
İndi isə həmin ərazilərdə geoloji kəşfiyyatın genişləndirilməsi və mövcud yataqların istismara hazırlanması Qarabağın iqtisadi reinteqrasiyasının mühüm istiqamətlərindən birinə çevrilir.
Burada məsələ yalnız qızıl, mis və molibden yataqlarının istismarından ibarət deyil. Mədənlərin fəaliyyətə başlaması həmin ərazilərdə yol, enerji, logistika, yaşayış məntəqələri, xidmət sektoru və yeni iş yerlərinə olan tələbatı artıracaq.
Prezident İlham Əliyevin çıxışında da bu məqam xüsusi vurğulanıb. Dövlət Proqramının nəticəsi kimi Qarabağ və Şərqi Zəngəzurda inkişaf və məşğulluğun daha sürətli artacağı, ölkə büdcəsinə vergi daxilolmalarının yüksələcəyi və yeni ixrac imkanlarının yaranacağı qeyd edilib. Gözlənilən illik müsbət maliyyə təsirinin 1 milyard manatdan çox olması da layihələrin iqtisadi miqyasını göstərir.
Əslində, mədən sənayesinin inkişafı Böyük Qayıdış prosesinin iqtisadi dayaqlarından birinə çevrilə bilər. Çünki dayanıqlı məskunlaşma üçün yalnız yaşayış evlərinin tikilməsi kifayət etmir. İnsanların həmin ərazilərdə işləməsi, gəlir əldə etməsi və iqtisadi fəaliyyətə qoşulması lazımdır. Yeni sənaye müəssisələri bu baxımdan mühüm rol oynaya bilər.
“Filizçay”dan “Daşkəsən”ə qədər böyük sənaye xətti
Proqramın miqyasını ayrı-ayrı layihələr daha aydın göstərir. Balakəndə yerləşən “Filizçay” polimetal yatağı, Daşkəsəndə dəmir filizi, Söyüdlü və Ortakənd qızıl yataqları Azərbaycanın gələcək mədən-metallurgiya xəritəsində əsas layihələr sırasında yer alır.
Xüsusilə “Filizçay”ın potensialı diqqət çəkir. Avropa qitəsində ən perspektivli yataqlardan biri olan “Filizçay”da mis, sink və qurğuşun ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi nəzərdə tutulur.
“Daşkəsən” layihəsində isə dəmir filizindən başlayaraq zənginləşdirmə, pelet və isti briketləşdirilmiş dəmir istehsalına qədər zəncirin qurulması planlaşdırılır. “AzerGold”un təqdim etdiyi məlumatlara əsasən, “Daşkəsən” layihəsində illik 2 milyon ton isti briketləşdirilmiş dəmir istehsal gücünün yaradılması nəzərdə tutulur.
Bu, Azərbaycan üçün prinsipial dəyişiklikdir. Çünki ölkənin sənaye siyasəti dəmir filizinin hasilatından sonrakı mərhələləri də özündə birləşdirən metallurgiya bazasının yaradılmasına doğru genişlənir.
Eyni məntiq alüminium sənayesinə də aiddir. Elektroliz zavodunun gücünün 50 min tondan 100 min tona, yayma məhsullarının istehsalının isə 20 min tondan 50 min tona çatdırılması planlaşdırılır. “Azəralüminium”un ixracının 2025-ci ildəki 252 milyon manatdan 2030-cu ildə 510 milyon manata yüksəldilməsi hədəflənir.
“AzerGold”un rolu dəyişir
Bu prosesdə “AzerGold”un funksiyalarının genişlənməsi ayrıca diqqət çəkir. Şirkət artıq yalnız qızıl hasil edən qurum deyil. Geoloji kəşfiyyat, qızıl və əlvan metal filizləri, qara metallurgiya və digər istiqamətləri əhatə edən çoxşaxəli milli dağ-mədən şirkətinə çevrilmək xətti görünür.
Şirkətin qarşısına 2030-cu ilədək illik dövriyyəni 1 milyard manata çatdırmaq hədəfinin qoyulması da bu transformasiyanın göstəricisidir.
Daha mühüm məqam isə odur ki, “AzerGold”un strateji layihələrinin əsas hissəsinin dövlət büdcəsindən kənar mənbələr hesabına maliyyələşdirilməsi planlaşdırılır. Dörd əsas layihə üzrə 3,63 milyard manatlıq investisiya ehtiyacının yalnız təxminən 10 faizinin dövlət büdcəsi hesabına qarşılanması nəzərdə tutulur.
Bu model dövlətin əsasən strateji istiqamətləri müəyyən etdiyi, dövlət şirkətlərinin və özəl kapitalın isə layihələrin maliyyələşdirilməsində daha böyük rol oynadığı yeni yanaşmanı göstərir.
Azərbaycanın qarşısında yeni regional imkan
Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız daxili bazarın ehtiyacları ilə məhdudlaşmır. Azərbaycanın coğrafi mövqeyi bu sahədə ölkəyə regional üstünlüklər də verə bilər.
Bakı Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Ələt Azad İqtisadi Zonası və digər logistika imkanları mineral xammalın və hazır məhsulların regional və beynəlxalq bazarlara çıxarılmasına şərait yaradır. Proqramda Azərbaycanın uzunmüddətli perspektivdə strateji minerallar üzrə regional emal mərkəzinə çevrilməsi imkanının qiymətləndirilməsi də məhz bu kontekstdə diqqət çəkir.
Qlobal iqtisadiyyatda enerji keçidi, elektromobillik, enerji saxlama texnologiyaları, yarımkeçiricilər və süni intellekt infrastrukturu strateji metallara tələbatı artırır. Bu tendensiya Azərbaycanın mineral resurslarının yalnız daxili sənaye üçün deyil, beynəlxalq dəyər zəncirlərinin bir hissəsi kimi qiymətləndirilməsinə imkan yaradır.
Lakin burada əsas məsələ resursun mövcudluğu deyil, onun necə idarə olunmasıdır. Azərbaycan hasilatı emal və yüksək əlavə dəyərli istehsalla birləşdirərək, dağ-mədən sektoru qeyri-neft sənayesinin yeni lokomotivlərindən birinə çevrilə bilər.
Əsas sərvət yalnız yerin altında deyil
Sənayeləşmənin sürətlənməsi ilə ekoloji risklərin də artması mümkündür. Bu səbəbdən yeni mədən layihələrinin iqtisadi səmərəliliyi ilə ekoloji təhlükəsizlik arasında balansın qorunması proqramın ən mühüm şərtlərindən biridir.
Prezident İlham Əliyev müşavirədə bu məsələyə xüsusi diqqət çəkərək bildirib: “Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir.”
Bu yanaşma təsadüfi deyil. Yeni sənaye siyasətinin məqsədi yeraltı sərvətlərin istənilən qiymətə hasil edilməsi yox, onların iqtisadi inkişafa çevrilməsidir. Deməli, hasilatın həcmi ilə yanaşı, texnologiyanın səviyyəsi, emal dərinliyi, ekoloji standartlar və yaradılan əlavə dəyər də əsas göstəricilər olmalıdır.
Nəticə etibarilə, 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın qeyri-neft iqtisadiyyatında yeni sənaye mərhələsinin konturlarını müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurun resurs potensialının dövriyyəyə cəlb edilməsi, “Daşkəsən”, “Filizçay”, “Söyüdlü” və digər layihələrin inkişaf etdirilməsi, metallurgiya və emal zəncirlərinin qurulması ölkənin sənaye xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər.
Bizim.Media-nın analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Sentyabr 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see345

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see325

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see304

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see293

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see282

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see267

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see255

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see244

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see240

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see224

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see220

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see216

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see209

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see209

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see195

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see185

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see173

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see170

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri