5 qat olimpiya çempionunun evi qarət edildi
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avstraliyalı sabiq üzgüçü, 5 qat olimpiya çempionu İan Torpun Sidneydəki evi qarət edilib.
Bakıvaxtı.az-ın “9News”ə istinadən məlumatına görə, 42 yaşlı idmançının şəxsi əşyaları, bahalı saatları və qızıl-zinət əşyaları oğurlanıb.
Lakin oğrular onun medallarını götürməyiblər. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Ona vurulan ziyan 100.000 dollar dəyərində qiymətləndirilib.
Qeyd edək ki, İ.Torp olimpiya oyunlarında beş qızıl medalla yanaşı, üç gümüş və bir bürünc medal da qazanıb. 11 qat dünya çempionu olan avstraliyalı qitə yarışlarında bir gümüş və bürünc medal da əldə edib.
Bu mövzuda digər xəbərlər:Dünya çempionunun evi qarət olundu
11 Dekabr 2024 09:42
Olimpiya çempionunun iki medalı ləğv edildi
12 İyun 2025 22:23
Olimpiya çempionunun dağdan meyiti tapıldı
30 İyul 2025 17:21
Ailəsi olimpiya çempionunun ölümünü təsdiqlədi
30 İyul 2025 21:22
Olimpiya çempionunun günü: Zelim Kotsoyev VİDEO
25 Fevral 2025 12:57
Baxış sayı:58
Bu xəbər 06 İyun 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















