Icma.az
close
up
RU
50 cent ... Valyuta dəyişən vətəndaş bankı məcbur edə bilməz ki, xarici qəpiyi də dəyişsin

50 cent ... Valyuta dəyişən vətəndaş bankı məcbur edə bilməz ki, xarici qəpiyi də dəyişsin

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Son zamanlar Azərbaycanda bəzi banklar valyuta mübadiləsi zamanı kiçik məbləğdə valyuta dəyişmir və ya xırda pul verməkdən imtina edirlər. İnsanlar bununla bağlı şikayət edirlər.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bank qəpik götürməsə, bunu tələb etmək olar: “Valyuta dəyişmək üçün bankı heç bir şəkildə məcbur etmək olmur. Bank mübadilə (“Exchange”) fəaliyyətidir. Vətəndaş bankı məcbur edə bilməz, burda vətəndaşların hüquqlarının pozulması məsələsi yoxdur. Çünki dövlət deyir ki, mənim valyutam manatdır. Əgər bank qəpik götürməsə, bunu tələb etmək olar. Çünki ölkədə qanunvericilikdə manatla mübadilə qüvvədədir və 1 qəpiyini də götürməlisən. Amma söhbət valyuta olanda bu da bankların satışıdır. Onlar pul qazanırlar. "Bir az ucuz götürürük" deyə bilərlər. Desək ki, "mənim 1 dollarımı götür, yoxsa mənim hüququmu pozursan", belə bir məsələ yoxdur. Hansı bank götürəcəksə, orada dəyişməliyik. Bank istəsə valyutanı alar, istəsə saxlayar və deyə bilər ki, "valyuta alışını dayandırmışam", yaxud da "bu qiymətdə alıram". Çünki bankda bir məhdudiyyət də yoxdur ki, siz valyutanı 3 % ucuz, 5 % baha ala bilərsiniz. Onu rəqabət tənzimləyir. Dollara fiksə edilmiş rejim elan edirlər, ona uyğun da banklar özünün marjalarını müəyyənləşdirirlər. Biri 20 qəpik baha, o biri 30 qəpik ucuz siyasət həyata keçirirlər. Yəni onlayna bir qiymət, nağd ödənişə başqa qiymət qoyurlar.

Biz tutaq ki, Amerika dollarını və ya İngiltərə funtunu gətirmişik və deyirik ki, "valyuta dəyişmək istəyirəm", bu pulu bank götürməyə də bilər. Onun hər hansısa bir məcburiyyəti yoxdur”.

Xalid Kərimli

Bu məsələdə həll yolunu necə tapmaq olar?

“Dollar kartları ala bilərlər. Bankomatlar vasitəsilə dollar kartlarına pul yatırmaq, bu formada tənzimləmək olar.

Dolların sahibi Amerika Birləşmiş Ştatlarının Mərkəzi Bankıdır. Siz ABŞ Mərkəzi Bankına gedib dolları dəyişməyi tələb edə bilərsiniz. Manatın sahibi Azərbaycan Respublikasının Mərkəzi Bankıdır. Kommersiya bankları isə ortalıqda vasitəçidir. Başqa bir məsələ yoxdur. Burda heç kimə müraciət edilməli deyil, sadəcə başqa bank axtarışında olmalıdırlar”.

Banklar valyuta dəyişməkdə niyə maraqlı deyillər?

“Ona görə ki, banklar dolları satanda əziyyət çəkirlər. Xatırlayırsınızsa, 2-3 il bundan öncə 1997-ci ilin dollarlarını götürməməyə başladılar. Panika başladı. Ucuz qiymətə götürürdülər. Camaat əlacsız qalmışdı. Dünyanın heç bir yerində belə bir məhdudiyyət yox idi. Məsələn; hansısa bir ərəb ölkəsində bunu verə bilmədilər, bank da bunu sizdən götürüb başqasına satır. Başqası da bunu almaqdan imtina etdi. Vəziyyət o yerə gəlib çatdı ki, panika nəticəsində köhnə dollarları ya ucuz götürürdülər, ya da götürmürdülər. Çünki bank bunu sizdən alıb başqasına sata bilmir. Həmin adam da təzə dollar istəyir. Bank bu halda nə etməlidir? Bu dollarları paketləyib təyyarə tutub Amerikaya göndərməlidir ki, köhnə dolları verib, təzə dolları alsın. Bunu da komissiya ilə edir. Sonra panika aradan qaldırıldı və yenə adi qaydada köhnə dolları da qəbul edirlər. Heç bir problem yoxdur”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Oktyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri