Icma.az
close
up
RU
50 ildən sonra yox ola bilər: İki ölkənin körpüsünə çevrilən möcüzədən REPORTAJ

50 ildən sonra yox ola bilər: İki ölkənin körpüsünə çevrilən möcüzədən REPORTAJ

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Niaqara şəlaləsi - Niaqara çayı üzərində füsunkar şəlalələr kompleksidir. Bu, sadəcə coğrafi məkan deyil, təbiətin qüdrətinə və gözəlliyinə canlı sübutdur.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Niaqara şəlaləsi Şimali Amerikanın ən məşhur simvollarından sayılır. Şəlalə tarix və duyğuları birləşdirməklə dünyanı ovsunlamaqda davam edir. Kompleksə "At nalı şəlaləsi", "Amerika şəlaləsi" və "Gəlin nalı" şəlaləsi daxildir. "At nalı" şəlaləsi bunlardan ən böyüyüdür və genişliyi və gücü ilə məşhurdur.

Niaqara şəlaləsi ABŞ-nin Nyu-York ştatını Kanadanın Ontario əyalətindən ayırır. Şəlalə iki ölkənin sərhədinə o qədər yaxındır ki, viza olacağı təqdirdə Niaqara çayı üzərindəki "Göy qurşağı" körpüsünü keçməklə, eləcə də köhnə kanat avtomobili olan "Whirlpool Aero Car"a minməklə sərhədi asanlıqla keçmək mümkündür. Kanada tərəfdən körpüyə daxil olanda ABŞ gömrüyündən keçir, 1 dollar ödəyir və irəliləyirsən. ABŞ tərəfdən daxil olanda da eyni hekayədir. Və dərhal gözəllik başlayır…

Hər iki ölkəyə elektrik enerjisi mənbəyi

Şəlalənin Kanadadan görünən mənzərəsi daha möhtəşəmdir. Amerikalılar ərazidəki qülləyə çıxmaqla şəlaləyə yandan tamaşa edə bilirlər. Mənzərəni daha əhatəli seyr etmək üçünsə çayda qayıq və ya gəmi turlarına çıxırlar.

Niaqara hər iki ölkəyə elektrik enerjisi mənbəyi kimi xidmət edir. Sərhədin hər iki tərəfindəki elektrik stansiyaları milyonlarla evi işıq və istiliklə təmin edir. Çayın sayəsində burada bir çox fabrik və zavodlar cəmləşib. "Əvvəlcə şəlaləyə gələnlər əsasən aristokratlar idi və ilk şərab evləri və qonaq evləri onlar üçün tikilmişdi. 19-cu əsrin birinci yarısında kanalların çəkilməsi ilə, daha sonra isə dəmir yollarının meydana gəlməsi ilə turizm daha əlçatan hala gəldi. Kanada sahillərində turizm daha intensiv inkişaf etdi - çoxsaylı hotellər və suvenir mağazaları açıldı, ölkənin ilk muzeyləri yaradıldı. Amerika sahillərində sənaye inkişaf etməyə başladı, orada fabriklər və zavodlar tikildi və suyun gücündən su kanalları vasitəsilə istifadə edildi", - deyə gəmi turunda öyrənirəm.

Qışda şəlalə ərazisindəki suyun bir hissəsi donaraq buz tağları və sütunlar əmələ gətirir. Bu tamaşa soyuqlara baxmayaraq, minlərlə fotoqrafı və turisti cəlb edir.

Hər il 22 milyondan çox turist cəlb edir

Niaqara şəlaləsini seyr etmək planetin hər bir sakininin arzusudur. Dünyada ən çox ziyarət edilən şəlalədir. Bu təbiət möcüzəsi həmçinin "Disneyland", Notr-Dam kilsəsi və Böyük Çin səddini qabaqlayaraq dünyada beşinci ən məşhur turistik yerdir. İnsanlar bu inanılmaz mənzərəyə tamaşa etmək üçün dünyanın hər yerindən gəlirlər. Şəlalə hər il dünyanın hər yerindən 22 milyondan çox turisti cəlb edir. Bu payız həmin turistlərdən biri olmağın sevincini yaşamaq mənim də qismətimə düşdü.

Şəlalədə bayrağımızın rəngləri

Macəra həvəskarları üçün Niaqarada ağ suda raftinqdən tutmuş ziplayninqə qədər müxtəlif fəaliyyətlər təklif edilir. Şəlalənin və ətraf kəndlərin valehedici mənzərələrini təqdim edən Skaylon qülləsinin müşahidə göyərtəsinə qalxa bilərsiniz. Axşam saatlarında Niaqara onların gözəlliyini vurğulayan canlı işıqlar sayəsində daha da mənzərəli olur. Çayda müntəzəm olaraq işıq şouları və atəşfəşanlıq keçirilir. Hər il 28 May Respublika Günündə şəlalə Kanadada yaşayan soydaşlarımızın səyi ilə Azərbaycan bayrağının rənglərinə bürünür. Soydaşlarımız bu mənzərənin nə qədər möhtəşəm olmasından fəxrlə danışırlar. "Kanadada yaşayan azərbaycanlıların çoxu həmin tarixdə Niaqaraya gəlir. Azərbaycan bayrağının rəngləri ilə işıqlanan şəlaləni izləmək bizdə qürur doğurur", - deyə Kanadada yaşayan soydaşımız İsmayıl Məmmədov məlumat verir.

Niaqara bal ayının simvoluna çevrilib

19-cu əsrdə Niaqara bal ayının simvoluna çevrilib. Şimali Amerikanın hər yerindən yeni evlənənlər buraya gəliblər. Ənənə bu gün də davam edir. Niaqara şəlaləsi şairləri və rəssamları da ilhamlandırıb.

Şəlalə bir çox film və televiziya şousu üçün fon da olub. Romantik səhnələrdə, döyüş filmlərində və hətta cizgi filmlərində çəkilib.

Hazırda ziyarətçilər qayıq və gəmi turlarına çıxmaqla gurultulu sellərə yaxınlaşa bilirlər, amma şəlalənin üzərindən keçmək cəhdləri qanunla qadağandır. Mənbəyinə qədər gəmi turları inanılmaz təəssüratlar yaradır. Turistlər gəminin göyərtəsində islansalar belə bu möhtəşəmliyi yaxından seyr etməkdən vaz keçmirlər. Bu, insanın heç vaxt unuda bilməyəcəyi anlardır. Əvvəlcədən turistlərə əlavə ayaqqabı və geyim götürmək təklif olunur. Çünki şəlalənin içərilərinə doğru irəlilədikcə islanmamaq mümkün deyil.

Daimi hərəkətə və səs-küyə baxmayaraq, şəlalənin yaxınlığında xüsusi bir sakitlik hissi var.

50 ildən sonra mövcud olmamaq təhlükəsi var

Şəlalənin yaxınlığında muzeylər, kazinolar, müşahidə qüllələri və əyləncə parkları ilə öyünən Niaqara şəhəri yerləşir. Öyrənirəm ki, bu şəhərin ərazisində 12 azərbaycanlı ailə məskunlaşıb. Ümumilikdə isə ərazidə yaşayanlar şərabçılıqla məşğuldurlar. Yol boyu üzüm sahələrini görmək olur. Turistlər üçün ərazidəki şərab zavoduna turlar da təşkil olunur.

Yaxınlıqda yerləşən hotellərin gecəlik qiymətləri ucuz olmasa da, şəlalənin gurultusunu dinləmək və seyr etmək üçün insanlar bu şəhərdə tətil keçirməyi sevirlər. Şəhərdə Drakula qəsri, mum muzeyləri, Əyri ev və bir neçə kabuslu ev var. Bu kabuslu evlərin əksəriyyəti 70-ci illərə qayıdış kimidir. Uşaqlar üçün də bu şəhərdə çoxlu əyləncə məkanları təklif olunur.

Alimlər Niaqara şəlaləsinin təxminən 50 ildən sonra mövcudluğunu dayandıracağını proqnozlaşdırırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Noyabr 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see619

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see251

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see230

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see227

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see208

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see186

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see183

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see167

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see163

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see152

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see147

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see145

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri