Axırıncı oyun son illərdə oynadığım ən zəif oyunlardan biri oldu Aydın Süleymanlının ə MÜSAHİBƏSİ
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünən, fevralın 1-də azərbaycanlı qrossmeyster Aydın Süleymanlı Niderlandın Veyk-an-Ze şəhərində keçirilən ənənəvi “Tata Steel Challengers” şahmat turnirində çıxışını başa vuraraq üçüncü yeri tutub. Bu, layiqli nəticə sayılsa da, şahmatçı müəyyən məyusluq hissi keçirir. Çünki o, son tura qədər turnirə liderlik edib və əsas qalib namizədlərindən biri hesab olunurdu.
Son tur ərəfəsində A.Süleymanlı ABŞ-li Endi Vudvordla birinci–ikinci yerləri bölüşür, əlavə göstəricilərə görə isə onu qabaqlayırdı. Lakin həlledici partiyada azərbaycanlı şahmatçı serbiyalı Velimir İviçə məğlub olub.
İdman.Biz Aydın Süleymanlı ilə Niderlanddakı çıxışı və 2026-cı il üçün qarşıya qoyduğu hədəflər barədə söhbət edib.
- Veyk-an-Ze turnirində çıxışınızı necə qiymətləndirirsiniz?
- Son tura kimi yaxşı çıxış etmişdim və təbii ki son turda çempionluğu əldən vermək ağırdır, buna rəğmən reytinqimi 10 vahid artırdım, turnir mənim çün çox da pis keçmədi.
- Turnir boyu liderlər sırasında, hətta bəzən tək lider kimi çıxış edirdiniz. Son turda serbiyalı şahmatçıya məğlub olduğunuz partiyada nə baş verdi?
- Qalib gəlməyim üçün riskə getmək lazım idi və mən də bunu etməyə çalışdım, lakin çox pis formada etdim və son turda ağır məğlubiyyətlə üzləşdim. Əfsuslar olsun ki, axırıncı oyun, son illərdə oynadığım ən pis oyunlarımdan biri idi.
- Son turdan əvvəl siz Endi Vudvordla birinci-ikinci yerləri bölüşürdünüz. Onun oyunu sizin İviçlə qarşılaşmanıza təsir göstərdimi?
- Əslində o oyuna heç diqqət yetirmirdim ki fikrim yayınmasın, sadəcə öz oyunuma fokuslanmışdım.
- 11-ci turda siz turnirdə ilk məğlubiyyətinizi məşhur şahmatçı İvançukdan aldınız. Bu partiyanın turnirin ümumi nəticələrinə təsir göstərə biləcək əsas oyun olduğunu düşünürsünüzmü?
- Xeyr, heç də belə düşünmürəm. 12-ci oyunda qalib gəlib yenidən liderliyə yüksəlmişdim. Ümimi yarışa təsir edən yeganə oyunum son oyunum idi deyə düşünürəm.
- Bu turnirdə oynadığınız partiyalardan hansını daha çox bəyəndiniz və niyə?
- 12-ci turda Markandria Maurizziyə qarşı oyunumu bəyəndim, qara fiqurlarla hücum şahmatı oynayıb maraqlı taktiyayla qalib gəldim həmin oyunda.
- Keçən il bu turnirdə birinci-ikinci yerləri bölüşmüşdünüz, bu il isə üçüncü oldunuz. Hansı turnirdə oyununuz sizdə daha yaxşı təəssürat yaratdı?
- Keçən ilki yarış daha ürəyimcə idi, həmin il sadəcə bəxt səbəbilə qalib gələ bilməmişdim. Bu il qalib gələn şahmatçı bu çempionluğa doğurdan da layiq idi.
- Təəssüf ki, ikinci dəfədir “Masters” turnirinə vəsiqə qazana bilmədiniz. “Challenges” mərhələsindən keçmədən Veyk-an-Zedə əsas “Masters” turnirinə dəvət almaq üçün nə etmək lazımdır?
- Burda çoxlu faktorlar əslində, yaşın və hansı ölkədən olduğun çox böyük önəm daşıyır. Məsələn Hindistanlısınızsa, bu turnirdə oynamaq şansınız iki dəfə artır (yarışın sponsoru – Hindistanın polad istehsalı şirkəti “Tata Steel” - Red.). Yenə də düşünürəm ki, 2700 reytinqinə yaxınlaşsam, bu turnirə dəvət ala bilərəm.
- Qarşıda sizi Azərbaycan şahmat çempionatı gözləyir. Gözləntiləriniz nələrdir?
- Ümid edirəm burdakı son məğlubiyyətimi unudub, ölkə çempionatında daha yaxşı çıxış edərəm.
- Bu il üçün qarşınıza hansı məqsədlər qoymusunuz?
- Məqsədim hər il özümü daha da inkişaf elətdirib daha yaxşı oyun göstərməkdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 02 Fevral 2026 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















