Icma.az
close
up
RU
50 milyonluq qızıl qalmaqalı Türkiyəni silkələdi: Azərbaycanlı iş adamı... FOTO

50 milyonluq qızıl qalmaqalı Türkiyəni silkələdi: Azərbaycanlı iş adamı... FOTO

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz yolla Türkiyəyə gətirilməsi nəzərdə tutulan 16 kiloqram qızılı ələ keçirib.

Milli.Az lent.az-a istinadla bildirir ki, iki Özəl Mühafizə əməkdaşı özünü vəkil kimi təqdim edən qaçaqmalçı ilə əlbir olublar.

Onlar 1 kiloqram qızılın Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərdikləri üçün min dollar alıblar.

İki nəfər qaçaqmalçılıq yolu ilə gətirdikləri qızılları paltarlarının arasında gizlədiblər və bədənlərinə bükərək İstanbul Hava Limanı qarşısında gözləyən özlərini ailə üzvləri kimi göstərən kuryerlərə veriblər. Məlum olub ki, təxmini dəyəri 3 milyon lirə (təxminən 147 min 600 manat) olan qızıl sonradan azərbaycanlı iş adamına satılıb.

Qaçaqmalçıların yenidən Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirəcəkləri müəyyənləşib. Qaçaqmalçılıqda Mübarizə Şöbəsinin polisləri əməliyyat üçün hərəkətə keçiblər. İstanbul Hava Limanı Polisi ilə birgə keçirilən əməliyyat nəticəsində xaricdən gələn bir şəbəkə üzvündən bazar dəyəri 50 milyon lirə (təxminən 2 milyon 460 min manat) olan 16 kiloqram qızıl alan iki Özəl Təhlükəsizlik əməkdaşı yaxalanıb.

Özlərini "ailə" kimi təqdim edərək kuryer kimi fəaliyyət göstərən 4 şəbəkə üzvü və özünü "vəkil" kimi təqdim edən şəxs də saxlanılıb. İstintaq çərçivəsində axtarışda olan azərbaycanlı iş adamının xaricdə olduğu müəyyən edilib. Qızıl ələ keçirilib. Əməliyyat zamanı saxlanılan 7 şəbəkə üzvü ədliyyəyə sövq edilərək həbs edilib. Məlum olub ki, həbs edilən Özəl Mühafizə Məmuru həbs olunandan 3 gün sonra atası vasitəsilə İstanbulun Esenyurt şəhərində dörd milyon lirəyə mənzil alıb.

Cinayət yolu ilə əldə edilən gəlirlə alındığı müəyyən edilən evə həbs qoyulub.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see238

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see199

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see169

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see162

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see161

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see134

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see134

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see134

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri