Astarada itkin düşən balıqçılarla bağlı təsirli fakt FOTO
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
Astarada dənizdə itkin düşən iki balıqçının axtarışları hazırda genişləndirilmiş şəkildə davam etdirilir.
Milli.az xəbər verir ki, hadisə rayonun Şahağac kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, kənd sakinləri Ağadədə Həsənov və Turan Həsənov dünən səhər tezdən balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıblar. Günorta saatlarında onlarla son dəfə telefon əlaqəsi saxlanılıb. Amma hava küləkli olduğundan deyilənlər tam eşidilməyib.
Axşam saatlarında onların evə qayıtmadığı məlum olub və aidiyyəti qurumlara məlumat verilib.
Axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçik Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Sərhəd Xidmətinin sahil mühafizə gəmiləri, eləcə də balıqçıların dörd nəfərdən ibarət yaxın qohumları cəlb olunub.
Hazırkı məqama qədər itkin düşən balıqçılarla bağlı hər hansı məlumat əldə olunmayıb, axtarışlar davam etdirilir.
Qeyd edək ki, Ağadədə Həsənov cəmi 5 gün əvvəl ata olub, övladı dünyaya gəlib.
Turan Həsənov isə təxminən 20 gün əvvəl ailə qurub.(Teleqraf)
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:23
Bu xəbər 10 Dekabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















