İtaliya şirkəti ilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Apa.az saytına istinadən Icma.az xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.
Bu barədə "APA-Economics"ə Nazirlikdən bildirilib.
Görüşdə ölkəmizdə enerji sektorunda aparılan genişmiqyaslı transformasiya prosesləri diqqətə çatdırılıb, “Saipem”lə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Enerji, infrastruktur və yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.
Tərəflər regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğulayıb, qarşılıqlı maraq doğuran layihələri müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 10 Dekabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















