Icma.az
close
up
RU
50 qəpiyə görə qətl: “Mübahisə yox, söhbət etməyə getmişdim”

50 qəpiyə görə qətl: “Mübahisə yox, söhbət etməyə getmişdim”

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Sabunçu rayonunda yeniyetmənin törətdiyi qətl hadisəsi ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Yenisabah.az qafqazinfo-ya istinadla hadisənin təfərrüatını təqdim edir.

Cinayət hadisəsi bu ilin payızında baş verib. 17 yaşlı Elcan Süleymanov özündən 3 yaş böyük Xəyal Nağıyevi bıçaqlayaraq öldürüb. Toyuqlu pizza

Tərəflər arasındakı mübahisə 50 qəpiyə görə başlayıb. Xəyal Ramana qəsəbəsində "Oba Market"də kassir işləyirmiş. Müştəri kimi mağazaya gələn yeniyetmə Elcan yağ aldıqdan sonra ödəniş edib. Lakin aldığı mala görə 50 qəpik az pul verib. Xəyal isə pulu tam verməli olduğunu qeyd edib. Buna görə aralarında mübahisə baş verib. Elcan qalığı sabah verəcəyini deyərək mağazadan çıxıb.

Səhəri gün o, içkili vəziyyətdə yenidən mağazaya gəlib. Onlar arasında mübahisə başlayıb. Elcan Xəyalı marketdən çölə çağıraraq üstündəki bıçaqla qətlə yetirib.

Təqsirləndirilən yeniyetmə məhkəmədə özünü qismən təqsirli bilib. İfadəsində deyib ki, mərhumla əvvəllər mübahisələri olsa da, sonuncu gün ondan üzr istəmək üçün mağazaya gedib. Həmin vaxt Xəyal kassasının arxasında oturmuş vəziyyətdə olub. Söhbət etmək üçün ayağa qalxmasını istəyib. Xəyal isə ona qulaq asmayaraq yenidən mübahisə başladıb. Bundan sonra mağazadan kənarda davam edən mübahisə faciə ilə yekunlaşıb. 

Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla yeniyetməyə qarşı verilmiş ittiham əsaslı hesab edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elcan xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib. Ona təyin oluna biləcək ən ağır cəza -10 il azadlıqdan məhrumetmə cəzası verilib. Qətlə yetirilən gəncin yaxınları isə cəzadan narazı qalaraq məhkəmə salonunu tərk ediblər.

Zərərçəkmiş tərəf etiraz etsə də, qanun deyir ki, 18 yaşına çatmamış şəxsə 10 ildən artıq həbs təyin edilə bilməz. Məhkəmə də Elcana qanunda bu yaş qrupu üçün nəzərdə tutulan maksimal cəzanı verib.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyul 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see297

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see258

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see232

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see212

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see155

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see152

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see148

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see141

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see139

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see136

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see136

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see135

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see129

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see129

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see127

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see125

Ərköyün övlad ailəsini bıçaqladı TƏFƏRRÜAT KONKRET

24 Oktyabr 2025 00:17see125

1300 illik çörək tapıldı: Üzərində İsa Məsihin görüntüsü var

23 Oktyabr 2025 18:23see124

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri