Icma.az
close
up
RU
böyük hissəsi real nəticə verməyən görüşlər KONKRET

böyük hissəsi real nəticə verməyən görüşlər KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

“Guya hökumət ciddi qənaət rejiminə keçib. Bəs onda niyə məmurlar səfərlərə biznes klassda uçur?”

KONKRET.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Əkrəm Həsən bildirib.

O qeyd edib ki, hökumət qənaət rejimi elan etsə də, dövlət məmurlarının xarici səfərlərdə biznes klassdan istifadə etməsi bu yanaşma ilə ziddiyyət təşkil edir. Ekspertin sözlərinə görə, bir çox inkişaf etmiş ölkələrdə biznes klassdan istifadə yalnız istisna hallarda – əsasən də çox uzunmüddətli uçuşlarda və yüksək vəzifəli şəxslər üçün nəzərdə tutulur.

Əkrəm Həsən bildirib ki, məsələn, ABŞ-da hökumət üzvləri yalnız 14 saatdan artıq davam edən uçuşlar zamanı biznes klassdan istifadə edə bilərlər. Bu da təsadüfi deyil, çünki biznes klass biletlərinin qiyməti ekonom klassla müqayisədə orta hesabla 2–5 dəfə baha başa gəlir. Onun sözlərinə görə, əgər ekonom klass bileti 500 manatdırsa, biznes klass bəzən 1000–2500 manat, hətta daha yüksək məbləğ təşkil edir.

Ekspertin sözlərinə görə, Azərbaycanda isə Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına əsasən çox geniş vəzifəli şəxslər siyahısına biznes klassla uçmaq imkanı verilib. Bu siyahıya baş nazir və müavinləri, deputatlar, nazirlər, müxtəlif dövlət qurumlarının rəhbərləri, məhkəmə sədrləri, ombudsman, baş prokuror, səfirlər və digər yüksək vəzifəli şəxslər daxildir.

Əkrəm Həsən vurğulayıb ki, məmurların xaricə səfərlərinin böyük hissəsi real nəticə verməyən görüşlər, konfranslar, seminarlar və təlimlərlə bağlı olur. Ekspertin sözlərinə görə, hətta bu səfərlərin faydalı olduğunu qəbul etsək belə, onların biznes klassla həyata keçirilməsi izaholunmazdır.

O bildirib ki, əgər məmurlar ekonom klassla uçsalar, dövlət büdcəsinə ildə on milyonlarla manat vəsaitə qənaət etmək mümkün olar. Ekspertin fikrincə, real qənaət tədbirləri əhalinin deyil, məhz məmurların xərclərindən başlamalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Yanvar 2026 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri