Icma.az
close
up
RU
50 qəpiyə olan balqabaq Bakıda niyə 3 manata satılır? KONKRET

50 qəpiyə olan balqabaq Bakıda niyə 3 manata satılır? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Payız mövsümünün ən bol tərəvəzlərindən olan balqabaq bu il də bazarlarda diqqət çəkir. Lakin regionlarda bu məhsulun kiloqramı 50 qəpiyə satıldığı halda, Bakıda qiymət 2–3 manat arasında dəyişir.

Bəs bu fərqi yaradan əsas amil nədir?

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qiymət fərqinin əsas səbəbi nəqliyyat, yanacaq və yükləmə-boşaltma xərclərinin paytaxt bazarlarına əlavə olunmasıdır:

Akif Nəsirli

“Rayonlardan Bakıya gətirilən məhsullar üçün nəqliyyat, yanacaq və daşınma xərcləri əlavə olunur. Son aylarda yanacaq qiymətinin və daşınma xərclərinin artması bu fərqi daha da böyüdüb. Həmçinin, məhsullar bəzən vasitəçilərin bir neçə mərhələsindən keçir , hər biri öz “marjasını” əlavə edir”.

Ekspertin sözlərinə görə, Bakıda satış yerlərinin icarə haqları, yer haqqı və vergi ödənişləri regionlarla müqayisədə qat-qat yüksəkdir. Bu da qiymət artımına birbaşa təsir göstərir:

“Satıcı bu xərcləri məhsulun qiymətinə daxil edir, nəticədə alıcıya daha baha çatır”.

Akif Nəsirli əlavə edib ki, rayonlarda balqabaq yerli istehsalçıların həyətində bol olur və tələbat az olduğundan qiymət aşağı qalır. Bakıda isə əhali sıx, tələbat çox, təklif isə məhdud olduğu üçün bazar qanununa əsasən qiymət yüksəlir:

“Bundan əlavə, paytaxt bazarlarında satılan balqabaqlar adətən saxlanmış, çeşidlənmiş və keyfiyyətcə seçilmiş məhsullar olur. Bu da paketləmə və anbar xərclərini artırır. Rayonlarda isə məhsul birbaşa tarladan satıldığı üçün bu cür əlavə xərc yaranmır”.

Ekspert sonda vurğulayıb ki, balqabaq rayon kəndlisindən alınıb Bakıya gələnə qədər ən azı 2–3 vasitəçinin əlindən keçir, bu da qiyməti süni şəkildə artırır.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Noyabr 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri