Icma.az
close
up
RU
50 yaşdan sonra unurmalı olduğunuz 5 qida

50 yaşdan sonra unurmalı olduğunuz 5 qida

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Sağlamlığınıza qayğı göstərmək hər yaşda vacibdir. Lakin faydalı vərdişləri daim sonraya saxlamısınızsa, 50 yaş həmin dəyişikliklərə başlamaq üçün ideal siqnal ola bilər. Hiss edilməsə də, bu dövrdən etibarən orqanizmdə xırda, lakin mühüm dəyişikliklər baş verir.

Qaynarinfo "EatingWell" portalına istinadən xəbər verir ki, saçların ağarması və yeni qırışlar kimi fiziki əlamətlərlə yanaşı, qidalanma tələbatı da dəyişir. Buna görə düzgün və balanslı qidalanma əvvəlkindən daha vacib olur.

Diyetoloq Meqqi Mun qeyd edir ki, ABŞ-da sağlam qidalanma ilə ən çox əlaqələndirilən məhsullar meyvələr, tərəvəzlər, tamtaxıllar, doymamış yağlar, qoz-fındıqlar, paxlalılar və az yağlı süd məhsullarıdır.

Diyetoloqların fikrincə, 50 yaşdan sonra bəzi məhsulları tam qadağan etmək şərt olmasa da, onları daha az istifadə etmək sağlamlıq üçün böyük üstünlükdür. Mütəxəssislər beş məhsulu yalnız nadir hallarda istehlak etməyi məsləhət görürlər.

Qızardılmış qidalar

Ürək-damar sistemi yaşla ən çox təsirlənən sahələrdən biridir. 50 yaşdan sonra yüksək təzyiq və artıq çəki kimi risk faktorları tez-tez meydana çıxır.

Diyetoloqların fikrincə, qızardılmış yeməkləri azaltmaq ürək üçün çox vacibdir: bu cür yeməklər yüksək kalorili olur, "pis” yağlarla zəngindir və iltihabı gücləndirən maddələr ehtiva edir. Mun bildirir ki, belə qidalar xolesterinin artmasına, iltihaba və ürək xəstəlikləri riskinin yüksəlməsinə səbəb olur. Tamamilə imtina zəruri deyil, sadəcə nadir bir ləzzət kimi qalmalıdır.

Şirin içkilər

Şəkərli içkilər amerikalıların əlavə şəkər qəbulunun əsas mənbəyidir: hər üç böyüyün ikisi gündə azı bir belə içki içir. Bəzən qazlı içki içmək problem deyil, amma mütəmadi qəbul ürək xəstəlikləri, diabet və digər xroniki problemlərin riskini artırır.

Son tədqiqatlar həddindən artıq şəkər istehlakını demensiya ehtimalının artması ilə də əlaqələndirir. Bir araşdırmada ən çox şəkər qəbul edənlərdə demensiya riski ən az şəkər qəbul edənlərlə müqayisədə 43% yüksək olub. Şəkəri azaltmağın ən təsirli yolu məhz şirin içkilərdən imtina etməkdir.

Duzlu qidalar

Duz uzun illər ərzində ürəyə ciddi təsir göstərə bilər. Sadəcə duzqabını kənara qoymaq isə problemi həll etmir. Duzun əsas hissəsi konservləşdirilmiş şorbalar, kolbasalar, çipslər, souslar və hazır əlavələr kimi yüksək dərəcədə emal edilmiş məhsullardan gəlir.

Mun bildirir ki, orta yaş dövründə yüksək təzyiq gələcəkdə yaddaşın zəifləməsi və demensiya ehtimalının artması ilə əlaqələndirilir. Ona görə duzlu qidaları azaltmaq vacibdir.

Yetkinlər üçün sutkada 2300 mq-dan çox natrium qəbul etməmək tövsiyə olunur, lakin əksəriyyət bu normanı ən azı 1000 mq aşır. Buna görə etiketləri oxumağa başlamağın vaxtıdır: sutkalıq normanın 5%-dən azı aşağı duzlu, 20%-dən çoxu isə yüksək duzlu hesab olunur.

Ağ çörək və digər təmizlənmiş un məmulatları

Sendviç rahat və tez hazırlanan yeməkdir, lakin çörək sandığımızdan daha çox yaşlanma prosesinə təsir edir. Diyetoloq Enn Denaxi bildirir ki, qablaşdırılmış çörəklərin əksəriyyəti təmizlənmiş karbohidratlarla zəngindir və az lif ehtiva edir, bu isə qan şəkərinin kəskin yüksəlməsinə səbəb olur. Belə dalğalanmalar zamanla insulinə qarşı həssaslığın azalmasına gətirib çıxarır, bu isə beyin fəaliyyətinin zəifləməsi ilə əlaqələndirilir.

Çıxış yolu sadədir: hər dilimində azı 4 qram lif olan tamtaxıllı çörək seçin. Tam taxıllar daha ləng həzm olunur və enerjini stabil saxlayır. Sendviçə tərəvəz əlavə etmək də faydalıdır.

Alkoqol

50 illik yubileyinizdə bir qədəh içməyə tam haqqınız var, amma yaş artdıqca orqanizmin alkoqolu daha zəif metobolizə etdiyini hiss edə bilərsiniz.

Denaxi qeyd edir ki, hətta gündə bir içki belə beyindəki boz maddənin həcminin azalması ilə əlaqələndirilir və bu, idrak funksiyalarının zəifləməsinə səbəb ola bilər.

Artıq alkoqol 50+ yaşda daha həssas olan sümük sağlamlığına da zərər verir, çünki kalsiumun mənimsənilməsini çətinləşdirir. Üstəlik, alkoqollu içkilər yüksək kalorilidir və çəki artımını sürətləndirir. Denaxinin sözlərinə görə, axşam qədəhindən imtina etdikdən sonra qarın bölgəsindəki piydən qurtulmağın nə qədər asanlaşdığını görüb təəccüblənən postmenopoz dövründə çox sayda qadın var.

50 yaşdan sonra nəyə üstünlük vermək lazımdır?

* "Göy qurşağı” kimi müxtəlif rəngli meyvə və tərəvəzlər yemək vacibdir — onlar iltihabın azalmasına kömək edir.

* Əzələ kütləsini qorumaq və sümük sağlamlığını dəstəkləmək üçün az yağlı zülallara üstünlük verilməlidir.

* Daha çox paxlalı məhsul yemək bağırsaq mikrobiomunu yaxşılaşdırır — sağlam yaşlanmanın əsas amillərindən biridir.

* Ara yeməklərdə qoz-fındıqdan istifadə edin. Tədqiqatlar göstərir ki, mütəmadi qoz-fındıq, xüsusilə qoz istehlakı yaşla əlaqəli sağlamlıq göstəricilərini yaxşılaşdırır.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri