Icma.az
close
up
RU
500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR Ekspertdən AÇIQLAMA

500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR Ekspertdən AÇIQLAMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomatik şəkildə rəsmiləşdirilməsi mümkün deyil və hər bir əmlakın hüquqi statusu ayrıca qiymətləndirilir.
Bəs, sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı yaxın dövrdə hansı dəyişikliklər gözlənilir, hansı əmlakların qanuniləşdirilməsi mümkündür və vətəndaşların belə evlərə çıxarış alması üçün hansı əlavə imkanların yaradılması məqsədəuyğun olardı?
Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Sonxeber.az”a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, Azərbaycanda 500 mindən artıq sənədsiz ev var və onların böyük əksəriyyətinin qanunla nəzərdə tutulmuş qaydada müəyyən əmlak amnistiyası həyata keçirilməklə sənədlə təmin edilməsi mümkündür.
"Bu, ölkə iqtisadiyyatına da müsbət təsir göstərə bilər. Belə ki, yeni vergi subyektlərinin yaranması, qiymətləndirmə, sığorta, alqı-satqı, miras və mülkiyyət hüquqlarının dövriyyəsi baxımından həmin evlərin mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi əlavə büdcə daxilolmalarına səbəb ola bilər. 500 min sənədsiz evin böyük bir hissəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində inşa edildiyi üçün qanunsuz hesab olunur.
 

Lakin həmin ərazilərdə çoxlu sayda analoji evlərin mövcud olduğunu nəzərə almaq lazımdır. Söhbət bir-iki evdən deyil, bütöv massivlərin kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsindən gedir. İnsanlar həmin evlərdən faktiki mülkləri kimi istifadə edir və müvafiq ödənişləri həyata keçirirlər. Bir qərarla həmin evlərin yerləşdiyi torpaqların statusu dəyişdirilərək yaşayış təyinatlı torpaqlara çevrilsə, problemin böyük hissəsini həll etmək mümkün olar".


Ekspert bildirib ki, digər tərəfdən, 2001-ci ilə qədər tikilmiş və müəyyən dövlət qurumlarından müvafiq sənədlərlə təmin olunmuş, lakin həmin sənədləri mülkiyyət hüququnu təsdiq edən sənədlərə dəyişdirilməmiş evlər də var:
"İlkin sənədləri mövcud olan belə evlərin də mərhələli şəkildə sənədlə təmin edilməsi mümkündür. Düşünürəm ki, bu proses mərhələli qaydada həll ediləcək. 500 min evin sənədsiz olması həm dövlətin, həm də vətəndaşların maraqlarına uyğun deyil. Azərbaycan 35 ildir müstəqil dövlətdir və müstəqil dövlətin mütləq əmlak reyestri formalaşmalıdır. Bu istiqamətdə kadastrın yenidən formalaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Faktiki mövcud olan evlərin qeydiyyata alınması, daha sonra tələblərə uyğun olanların reyestrə daxil edilməsi prosesinə də start verilib. Müvafiq dövlət qurumları da bu problemin həll edilməsinin vacibliyini başa düşür. Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xüsusi iradə ortaya qoyulub. 2015-ci ildən başlayaraq bir neçə dəfə müvafiq göstəriş, qərar və sərəncamlar verilib. Düşünürəm ki, 2026-2027-ci illərdə bu problemin bu və ya digər formada həllinin mümkünlüyünü görəcəyik".
Onun sözlərinə görə, bunun üçün əmlak amnistiyasının həyata keçirilməsi lazımdır və qanunsuz tikililərə amnistiya verilməsinin yeni qanunsuz tikililər üçün presedent yaradacağından ehtiyat etmək lazım deyil:
 

"Çünki müvafiq dövlət qurumları - icra hakimiyyətləri, bələdiyyələr və hüquq-mühafizə orqanları bundan sonra vətəndaşların icazəsiz tikinti aparmasının qarşısını almalıdır. Lakin bütün tikililərin qeydiyyata alınması mümkün deyil.


Ciddi qanun pozuntusu ilə inşa edilmiş, məsələn, sürüşmə zonasında, strateji obyektlərin yaxınlığında, yüksək gərginlikli elektrik xətlərinin altında və ya strateji əhəmiyyətli kommunikasiya vasitələrinin, neft və qaz boru kəmərlərinin üzərində yerləşən tikililərin qeydiyyatından söhbət gedə bilməz. Belə tikililər həm həmin evlərdə yaşayan insanlar, həm də yaxınlıqdakı digər evlər üçün ciddi təhlükə yaradır və qanunla da onların inşasına icazə verilmir. Bu şəxslərə alternativ kompensasiya verilməli və onlar alternativ yaşayış sahəsi ilə təmin olunmalıdır".
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Sentyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri