Zelenski Ukraynada hərbi vəziyyətin müddətini uzadan qanun layihəsini imzalayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ukrayna prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılmasını nəzərdə tutan qanun layihəsini imzalayıb.
APA xəbər verir ki, bu barədə Ukrayna parlamentinin rəsmi internet saytında bildirilib.
Qanunlara əsasən, hərbi vəziyyətin və ümumi səfərbərliyin müddəti 2027-ci il yanvarın 29-dək uzadılıb. Qanun layihəsi oktyabrın 31-də qüvvəyə minəcək.
Ukrayna Ali Radası hərbi vəziyyətin uzadılmasını 293, ümumi səfərbərliyin uzadılmasını isə 281 deputatın səsi ilə təsdiqləyib.
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik Rusiyanın genişmiqyaslı hərbi müdaxiləsinin başladığı 2022-ci il fevralın 24-dən qüvvədədir. Bu müddət parlament tərəfindən hər üç aydan bir uzadılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 26 Oktyabr 2026 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















