Icma.az
close
up
RU
500 nəfərdən soruşdular İlk görüşdən sonra mesaj nə vaxt yazılmalıdır?

500 nəfərdən soruşdular İlk görüşdən sonra mesaj nə vaxt yazılmalıdır?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Müasir tanışlıq münasibətlərində ən çox müzakirə olunan suallardan biri ilk görüşdən sonra qarşı tərəfə nə vaxt mesaj yazmağın daha doğru olmasıdır. Bu məsələ ilə bağlı aparılan yeni elmi araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.
Demokrat.az xəbər verir ki, “Journal of Social and Personal Relationships” jurnalında dərc olunan tədqiqatda yaşı 18-dən 79-a qədər olan 543 nəfər arasında sorğu keçirilib. İştirakçıların əksəriyyəti Böyük Britaniya vətəndaşları olub.
Araşdırmanın nəticələrinə əsasən, ilk görüşdən sonra mesaj yazmaq üçün ən uyğun vaxt ertəsi səhər hesab olunur. Mütəxəssislər bildirirlər ki, görüş bitən kimi mesaj göndərmək romantik görünsə də, bu addım qarşı tərəfdə münasibətə başlama həvəsini azalda bilər.
Sorğuda iştirak edənlərin bir qismi həmin gün yazılan mesajı diqqət və maraq göstəricisi kimi qiymətləndirsə də, araşdırma bunun bəzən şəxsin həddindən artıq israrlı və ya diqqətə ehtiyaclı təsir bağışlamasına səbəb ola biləcəyini göstərib.
Tədqiqat müəlliflərindən professor David Loşelder məşhur “üç gün gözlə” qaydasına da münasibət bildirib. Onun sözlərinə görə, bəzi populyar seriallarda görüşdən sonra üç gün gözləmək tövsiyə edilsə də, aparılan müşahidələr bunun effektiv olmadığını göstərib.
Digər tədqiqatçı Lars Teyxmann isə qeyd edib ki, ayrıldıqdan dərhal sonra mesaj yazmaq arada güclü kimyanın olduğunu göstərə bilər. Lakin ilk əlaqə üçün daha balanslı seçim kimi ertəsi səhər tövsiyə olunur.
Araşdırma həmçinin onu da üzə çıxarıb ki, görüşdən bir neçə gün sonra mesaj yazan şəxslər qarşı tərəfdə daha çox etibarsız və qeyri-ciddi təəssürat yaradır.
Aytən
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Fevral 2026 04:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri