502 hərbçinin nəşi Ukraynaya qaytarıldı
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukraynaya Donetsk, Luqansk, Zaporojye istiqamətlərindən və Rusiya ərazisindən həlak olmuş 502 hərbçinin nəşi qaytarılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahının məlumatında deyilir.
"Repatriasiya tədbirləri nəticəsində 502 həlak olmuş müdafiəçinin nəşi Ukrayna hökumətinin nəzarətində olan ərazilərə qaytarılıb".
Qaytarılmış müdafiəçilər arasında:
- Donetsk istiqamətindən: 397 nəfər,
- Luqansk istiqamətindən: 24 nəfər,
- Zaporojye istiqamətindən: 64 nəfər,
- Rusiya ərazisindəki morqlardan: 17 nəfər.
Bu repatriasiya tədbirləri Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı, SBU-nun birgə mərkəzi, Daxili İşlər Nazirliyi, Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkil Ofisi, fövqəladə hallar idarəsi və digər təhlükəsizlik və müdafiə strukturlarının əməkdaşlığı sayəsində həyata keçirilib.
Bu təşəbbüs həlak olmuş qəhrəmanların ailələrinə dəstək olmaq və onların xatirəsini əziz tutmaq məqsədi daşıyır.
Alpər
Baxış sayı:77
Bu xəbər 29 Noyabr 2024 18:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















