Ermənistan çeçen qadının qətlində şübhəli bilinən iki Rusiya vətəndaşının adını açıqlayıb
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Ermənistan İstintaq Komitəsi ilk dəfə olaraq iki Rusiya vətəndaşının - Karina İminova və Səid-Həmzət Baysarovun 23 yaşlı çeçenəsilli Ayşat Baymuradovanın qətlində şübhəli bilindiyini rəsmən təsdiqləyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə qurumdan BBC-nin Rusiya xidmətinin sorğusuna cavab olaraq bildiriblər.
Ermənistan İstintaq Komitəsi hesab edir ki, K.İminova və S.Baysarov "hələlik şəxsiyyəti müəyyən edilməmiş şəxsin" göstərişi ilə hərəkət ediblər. Qurum 2025-ci ilin dekabrında Rusiyadan istintaq işi ilə bağlı kömək istəsə də, hələ cavab almayıb.
Müstəntiqlərin sözlərinə görə, A.Baymuradovanın ölümünün səbəbi mexaniki boğulma olub, baxmayaraq ki, İstintaq Komitəsi bunun qəti şəkildə müəyyən edilə bilməyəcəyini qeyd edir. Zərərçəkənin bədənində küt alətlərin izləri aşkarlanıb. Müstəntiqlər hesab edirlər ki, cəsədin üzərindəki bəzi izlər "yüksək temperaturun təsiri" ola bilər. 23 yaşlı qadının zəhərlənə biləcəyi də ehtimal olunub.
Qeyd edək ki, çeçenistanəsilli Ayşat Baymuradova oktyabrın 15-də İrəvanda itkin düşüb. Qız Karina İminova ilə görüşməyə gedib və bir daha geri qayıtmayıb. Bir neçə gün sonra A.Baymuradova ölü tapılıb.
Onun öldürüldüyü evin kamera görüntülərində K.İminova qeydə alınıb. İnsan haqları fəalları və jurnalistlərin sözlərinə görə, çəkiliş zamanı onu çeçenistanəsilli Səid-Həmzət Baysarov müşayiət edib. Baysarovun müğənni Kristina Orbakaytenin kiçik oğlunun atası və Çeçenistan lideri Ramzan Kadırovun dostu olan iş adamı Ruslan Baysarovun qardaşı oğlu olduğu güman edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 04 Fevral 2026 05:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















