52 yaşlı meyxanaçı maddi çətinliklə üzləşib: Ailə qurmağımla bağlı problemlər var...
Yay aylarında nişanlanacağı deyilən 52 yaşlı meyxanaçı Vüqar Qobulu (İmamcanov) hələ də ailə həyatı qura bilməyib.
Bu barədə Pravda.az-a meyxanaçı özü açıqlama verib.
O bildirib ki, maddi çətinlikləri olduğu üçün ailə həyatı qurmaqla bağlı problem yaşayır:
“Televiziya kanalları məni efirə çox nadir hallarda çağırırlar. İl yarım, 2 ildən bir... Məclislərə də dəvət hərdən bir olur. Dolanışığımla bağlı çətinlik çoxdur. Köhnə dostlarım sağ olsunlar, yad edirlər, toya, məclislərə aparırlar. Amma yenə də çətinlik olur. Buna görə ailə qurmağımla bağlı bir az problemlər var. Allahın izni ilə, yəqin, yaxın günlərdə bunu da həll edərik. Heç üzük aparmamışam. Çətinliklərimi həll edim, sonra. Yeni mahnı üzərində çalışıram, amma qadın tərəf müqabili ilə oxumaq istəmirəm. Bir-iki meyxana da yazılıb. Meyxanaçılardan yüzdə-yüz dəstək almıram. Köhnə illərin həmkarlarım, yaxud münasibətim olan meyxanaçılar toylara dəvət edirlər. Bu isə ayda bir-iki dəfə olur. Amma bütün meyxanaçılarla salamım var, münasibətlərimiz yaxşıdır...”, - o bildirib.
Aytəkin Qardaşova