Icma.az
close
up
RU
Çinli qonaqlar Milli Məclisdə

Çinli qonaqlar Milli Məclisdə

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin bir qrup deputatı iyunun 5-də Çin Xalq Siyasi Məşvərət Şurasının Quanqdonq Əyalət Komitəsinin sədri Lin Keqingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri və Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Əmiraslanov qonaqları salamlayaraq, Azərbaycanla Çinin qarşılıqlı əməkdaşlığa böyük maraq göstərdiyini deyib. O, ölkələrimiz arasında münasibətlərin strateji xarakterinə toxunub, əlaqələrimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb.

Komitə sədri ölkələrimizin iqtisadi və siyasi müstəqillik kimi məsələlərə yüksək dəyər verməsindən söz açıb, bir çox qlobal əhəmiyyətli layihələrdə, eləcə də Orta Dəhlizin reallaşması çərçivəsində birgə səylərini yüksək dəyərləndirib. O, Azərbaycan və Çin arasında uğurlu əməkdaşlığın, o cümlədən parlament müstəvisində əlaqələrimizin inkişaf etdirilməsi barədə fikirlərini səsləndirib.

Çin Xalq Siyasi Məşvərət Şurasının Quanqdonq Əyalət Komitəsinin sədri Lin Keqing göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb. Ölkələrimiz arasındakı yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir etdiyini bildirən qonaq qarşılıqlı-faydalı əməkdaşlığımızın perspektivlərindən danışıb.

Sonra Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ziyad Səmədzadə Çin iqtisadiyyatının üzünəməxsus cəhətlərinə diqqət çəkib, onun qlobal iqtisadiyyatda artan rolundan danışıb.

Söhbət zamanı iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib, ikitərəfli münasibətlərin bir sıra istiqamətlərdə inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə deputatlar Naqif Həmzəyev, Səbinə Salmanova, Fatma Yıldırım, Göydəniz Qəhrəmanov, Çin nümayəndə heyətinin üzvləri və digər şəxslər iştirak ediblər.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 İyun 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see350

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see323

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see323

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see309

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see301

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see295

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see289

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see272

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see272

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see268

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see246

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see238

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see237

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see234

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see232

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see232

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see230

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see227

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see222

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri