525 ci qəzet Almaniyada məscidlərə hücum davam edir
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Şimali Reyn-Vestfaliya (NRW) əyalətinin Wickede şəhərindəki Diyanət İşləri üzrə Türk-İslam Birliyinə (DİTİB) bağlı Anadolu məscidi naməlum şəxslər tərəfindən daş-qalaq edilib. DİTİB-in açıqlamasına görə, hadisə nəticəsində məscidin giriş qapısı zədələnib.
525.az xəbər verir ki, fevralın 15-də Hessen əyalətinin Sulzbax şəhərində yerləşən DİTİB məscidinin divarlarına ksenofob, irqçi və ifrat sağçı şüarlar, həmçinin svastika simvolu çəkilib.
DİTİB hər iki hadisə ilə bağlı polisə müraciət edildiyini və araşdırmalara başlanıldığını bildirib.
Qurumun yaydığı açıqlamada bu ifadələr yer alıb:
"Məscidlərə edilən hücumlar tək-tək baş verən hallar deyil, onlar müsəlmanlara qarşı irqçiliyin ifadəsidir və qorxu yaymaq məqsədi daşıyır. Bu cür hərəkətlərə göz yumulmamalıdır. Hər cür nifrət və zorakılığa qarşı açıq və qəti mövqe nümayiş etdirilməlidir".
Malik Atilay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 20 Fevral 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















