Icma.az
close
up
RU
Avropanın silahlanma qərarı Xaqani Cəfərli yazır

Avropanın silahlanma qərarı Xaqani Cəfərli yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Martın 6-da Brüsseldə keçirilən növbədənkənar sammitdə Avropa İttifaqı ölkələrinin liderləri birliyin müdafiə potensialının gücləndirilməsini nəzərdə tutan planını təsdiqlədilər. Avropa Komissiyası tərəfindən təqdim edilən plan qarşıdakı dörd ildə Avropa İttifaqına üzv ölkələrin müdafiə gücünü artırmaq üçün əlavə olaraq 800 milyard avro xərclənməsini nəzərdə tutur. Müqayisə üçün qeyd edək ki, İttifaqa üzv ölkələrin müdafiə xərcləri 2023-cü ildə 279 milyard, 2024-cü ildə isə 326 milyard avro təşkil edib. Rusiyanın Ukraynaya qarşı geniş miqyaslı müdaxiləsindən öncə, yəni 2021-ci ildə Avropa İttifaqına üzv ölkələrin müdafiə xərcləri cəmi 214 milyard avro idi. Rusiyanın hazırkı siyasəti Avropa İttifaqına üzv ölkələri müdafiə xərclərini kəskin artırmağa vadar etdiyi üçün 214 milyard avrodan 326 milyard avroya çatdırıb. Lakin Rusiyanın indiki siyasətini davam etdirməsi, Avropa İttifaqı ölkələrinə qarşı hibrid hücumlarının yeni miqyas alması və Donald Trampın siyasətinin NATO-nun gələcəyini təhlükə altına salması Brüsseli qətiyyətli addım atmağa vadar edib. Müharibə başlayandan Ukraynaya ən çox dəstək verən ölkələrdən biri olan Danimarka Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin təqdim etdiyi planı qətiyyətlə dəstəkləyib. Danimarkanın Baş naziri Mette Frederiksen avropalı həmkarlarına müraciət edərək müdafiənin təminatı üçün pul xərcləməkdən çəkinməməyə çağırıb.

Almaniyanın "Wolfgang Steubing" bankının baş treyderi Tim Eksnerin sözlərinə görə, Vaşinqton Avropa təhlükəsizliyinin təmin edilməsinin artıq onun prioriteti olmadığını açıq şəkildə bildirdikdən sonra Avropa öz müdafiəsini gücləndirməyə məhkumdur: "Avropa tək qalır və özünü müdafiə etməlidir, ABŞ isə etibarlı tərəfdaş imicini itirib. Bu baxımdan müdafiə xərclərinin daha çox olacağı proqnozlaşdırılır. Bu da öz əksini səhmlərin dəyərində göstərir".

Avropada silah istehsal edən bütün şirkətlərin səhmləri sürətlə bahalaşmaqda davam edir. "Leopard" tanklarının istehsalçısı olan Almaniyanın "Rheinmetall" şirkətinin səhmləri ilin əvvəlindən bəri 90 faiz artıb. Britaniyanın məşhur "BAE Systems" şirkətinin səhmləri ilin əvvəlindən bəri 30 faiz bahalaşıb. İtaliyanın "Leonardo" və Fransanın "Thales" şirkətlərinin də səhmləri əhəmiyyətli artım nümayiş etdiriblər. Avropa müdafiə şirkətlərinin səhmləri bahalaşdığı bir zamanda ABŞ-nin əksər silah istehsalçılarının səhmləri ucuzlaşır. Ekspertlər hesab edir ki, ABŞ şirkətləri Avropa Komissiyasının təklif etdiyi 800 milyard avroluq sərmayə qoyuluşundan kənarda qalsa, bu, onlara çox ciddi təsir edəcək. Avropada əksəriyyət ABŞ-dan silah alınmasına qarşı çıxır. Fransa prezidenti Emanuel Makron isə Avropa İttifaqının üzvü olmayan Böyük Britaniya, İsveçrə, Norveç və Türkiyə kimi ölkələrdən də silah alınmasına qarşı çıxır. Fransanın özündə isə silah istehsalı artır. "Rafale" qırıcılarının istehsalçısı olan Fransanın "Dassault Aviation" şirkəti 2026-cı ilə qədər istehsalını 2-3 dəfə artırmağı planlaşdırır. Hazırda şirkət ay ərzində 2 ədəd qırıcı təyyarə istehsal edir. İlin sonuna kimi isə bu rəqəmi 4-5-ə çatdırmağı planlaşdırır. Bu isə işçilərin sayının artmasını tələb edir. Hazırda "Dassault Aviation" şirkətində 12 min nəfər işləyir. İstehsalın 2-3 dəfə artırılması üçün şirkət işçilərinin sayını ən azı 50 fazi artırmalıdır.  Fransa Müdafiə Nazirliyi 2025-ci ildə AASM "Hammer" uzun mənzilli raketlərinin istehsalının iki dəfə artırılacağını açıqlayıb. Bu raketlər Fransanın "Safran SA" şirkəti tərəfindən istehsal edilir. İstehsal olunacaq raketlərin bir hissəsinin Ukraynaya veriləcəyi gözlənilir. MBDA şirkəti isə beşinci nəsil tank əleyhinə "Akeron" raketlərin istehsalını 2025-ci ildə iki dəfə artıracağını bəyan edib. "Akeron MP" raketi 140 mm diametrli konteynerdə 15 kiloqram ağırlığında və 1,3 metr uzunluğundadır. MBDA-nın yaydığı məlumatda qeyd edilir ki, beşinci nəsil tank əleyhinə bu raketlər 4 kilometrdən çox təsirli uçuş məsafəsinə malikdir və "atdın-unutdun" funksiyası ilə fəaliyyət göstərir. Raketi buraxdıqdan sonra operatorun onu idarə etməsinə ehtiyac yoxdur. Fransa hökuməti "Veloce-330" yeni nəsil kamikadze dronları istehsal edən "EOS Technologie" şirkətinin və hava və dəniz tətbiqləri üçün informasiya sistemləri istehsal edən "Thales" Qrupunun da Avropanın silahlanma planında önəmli yer almasını hədəfləyir.

Avropa İttifaqına üzv ölkələr arasında ən güclü hərbi sənaye Fransaya məxsus olduğu üçün Paris Avropa Kommiyasının 800 milyard avroluq silahlanma planına İttifaqa üzv olmayan ölkələrin cəlb edilməsinin əleyhinə çıxır. Almaniya isə strateji müttəfiq kimi baxdığı Böyük Britaniya, İsveçrə, Norveç və Türkiyə kimi ölkələrin də Avropanın silahlanma planında iştirakının tərəfdarıdır. Avropa İttifaqının iki ən böyük dövləti arasında bununla bağlı fikir ayrılığı olsa da, ABŞ şirkətlərinin təcrid edilməsində eyni fikirdədirlər. Elə bir vəziyyət yaranıb ki, Almaniya F-35 qırıcılarının alınması ilə bağlı müqavilənin ləğvini də istisna etmir. "Bild" qəzetinin məlumatına görə, ABŞ ukraynalıların istifadə etdiyi HIMARS reaktiv yaylım atəş sistemlərini uzaqdan kilidlədikdən sonra Almaniya 8.3 milyard avro dəyərində F-35 qırıcılarının alınması ilə bağlı müqavilənin ləğvini müzakirə etməyə başlayıb. Nəşrin məlumatına görə, Almaniya hökuməti Vaşinqtondan əlavə təminatlar tələb etməyi və ya sövdələşməyə yenidən baxmağı planlaşdırır. Əgər ABŞ təyyarələrə "ilidləmə düyməsi"ni quraşdırmaqda israr etsə, müqavilə ləğv edilə bilər.

Avropa İttifaqı ilə yanaşı, Böyük Britaniya, Norveç və İsveçrə də hərbi xərcləri, xüsusilə də hərbi sənaye kompleksinə sərmayə qoyuluşunu artırır. İqtisadçılar isə bildirirlər ki, 800 milyard avroluq silahlanma planı iqtisadiyyatı da canlandıracaq və gözlənilən iqtisadi durğunluğun qarşısını alacaq. 

Ukraynaya geniş miqyaslı müdaxiləsi ilə Avropa dövlətlərini sürətli silahlanmaya vadar edən Rusiya isə artıq hərbi xərclərin kəskin azaldılmasınını təklif edir. Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla anlaşaraq hərbi xərcləri 50 fazi azaltmaq istəyir. Lakin onun bu cəhdi Avropanın mövqeyinə təsir etməyəcək. Bu isə o deməkdir ki, Rusiya Avropanın sürətlə silahlanma planın təsiri ilə hərbi xərclərini yüksək saxlamağa davam etməlidir. Üç ildən artıq davam edən müharibə isə Rusiyanın maliyyə və iqtisadi imkanlarını tükəndirib. Dünya enerji bazarlarında neftin ucuzlaşması Rusiyanı daha çıxılmaz vəziyyətə salmaqdadır. Avropa 800 milyard avronu hara xərcləyəcəyini düşündüyü halda, Rusiyanın mövcudluğu neftin qiymətindən asılı vəziyyətə düşüb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Mart 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri