525 ci qəzet Azərbaycan Pakistanla investisiya əməkdaşlığını müzakirə edib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Azərbaycan Pakistanla investisiya istiqamətində əməkdaşlığın inkişafı və müxtəlif sahələrə aid birgə layihələr üçün imkanları müzakirə edib.
525.az xəbər verir ki, bu müzakirələr iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin Bakıda səfərdə olan Pakistan İslam Respublikasının özəlləşdirmə, İnvestisiya Şurası və kommunikasiya üzrə federal naziri Abdul Alim Xanla keçirdiyi görüşdə baş tutub.
Görüşdə vurğulanıb ki, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-Pakistan münasibətləri inkişaf edir. Bu kontekstdə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial var. Pakistanla qarşılıqlı ticarət əməkdaşlığının möhkəmləndirilməsi mühüm xarakter daşıyır.
Bildirilib ki, ölkələr arasında imzalanmış Preferensial Ticarət Sazişi bu sahədə işbirliyinə töhfə verəcək.
Tərəflər gündəlikdə olan əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 31 Yanvar 2025 22:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















