Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti

525 ci qəzet Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev: həyatı və siyasi diplomatik fəaliyyəti

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fəxri VALEHOĞLU-HACILAR
Tarix elmləri doktoru, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

(Əvvəli ötən sayımızda)

Batumda Azərbaycan diplomatik təmsilçiliyinə baş konsulluq statusunun verilməsi:  Mahmud bəy Əfəndiyevin baş konsul qismində siyasi-diplomatik fəaliyyəti

Azərbaycan hökumətinin 30 may 1919-cu il tarixli qərarı ilə AXC-nin Batumdakı konsulluğunun statusu Ermənistan və Gürcüstanın Batumdakı diplomatik təmsilçilikləri ilə eyni səviyyəyə qaldırılaraq, baş konsulluğa çevrilir. Xarici işlər naziri M.Y.Cəfərovun 20 iyun 1919-cu il tarixli 19 nömrəli əmri ilə Mahmud bəy Əfəndiyev Azərbaycanın Batumdakı baş konsulu təyin olunur.

Baş konsul M.Əfəndiyev 22 iyun 1919-cu ildə öz ölkəsinin XİN-inə yazırdı: "Daha əvvəl göndərilmiş hesabata əlavə olaraq, Batum konsulluğunun düzgün və faydalı şəkildə fəaliyyət göstərə bilməsi üçün aşağıdakı təxirəsalınmaz tədbirlərin görülməsini zəruri hesab edirik:

1) Batum şəhəri həm siyasi baxımdan, həm də Avropa ilə əlaqələr baxımından vacib məntəqə kimi tanınmalıdır və orada konsulluq buna müvafiq olaraq qurulmalı və təmin olunmalıdır;

2) Konsulun smetası üzrə şəxsi heyət, dəftərxana avadanlığı, konsulluğun ekipajı (arabası) və digər lazımi xərclər üçün vəsait ayrılsın;

3) Bir halda ki, Nazirlər Şurası konsulluğu baş konsulluğa çevirmək barədə qərar qəbul etdi, onda ştatlar və maaşlar baş konsulluğun əsasnaməsinə uyğun olaraq tərtib və təsdiq edilməlidir, yoxsa ümumdövlət və beynəlxalq hüquq baxımından adi konsulluqla baş konsulluğun məna və funksiyalarının ayırd edilməməsi yolverilməzdir. Nazirlər Şurasının cari il 8 aprel tarixli qərarında baş konsulluqların maaşları barədə ümumiyyətlə heç nə qeyd olunmur.  Əsasnaməyə görə, Batum baş konsulluğu Gürcüstandakı və Ermənistandakı diplomatik nümayəndəliklərdən (AXC-nin diplomatik nümayəndəlikləri nəzərdə tutulur - F.V-H.) aşağıda dayanmamalıdır. Bir çox siyasi səbəblərə görə Batum baş konsulluğu Zaqafqaziyanın Avropaya yeganə siyasi və ticarət-sənaye pəncərəsi kimi, özünün fəaliyyətinin ümumi təşkili və diplomatik işin qurulması baxımından xeyli yuxarıya qoyulmalıdır. Bu mövqeyi ilə Batum şəhərinin böyük önəmi kifayət qədər xarakterizə olunur;

4) Azərbaycanın ticarət marağından irəli gələrək, mal mübadiləsini Batumda həyata keçirmək zəruridir. Bunun üçün Batumda xammal və neft məhsulları üçün anbarlar əldə etmək və ya icarəyə götürmək lazımdır. Eləcə də xaricdə hər cür əməliyyat və əlaqələr üçün və ümumən ticarət işləri üçün konsulluq nəzdində ticarət agentliyinin yaradılması zəruridir;

5) Ümumi siyasət maraqlarımız naminə Batum baş konsulluğu siyasi xarakterli ekstraordinar hallar üçün məxfi vəsaitlə təmin olunsun;

6) Həm Türkiyədən, həm də Qars və İrəvan quberniyalarından gələn qaçqınların məsələsi çoxdan yetişib və öz həllini gözləyir;

7) Batumda və ətraflarında olan müsəlman məktəblərinin məsələsini həll etmək lazımdır, onlara kömək göstərilsinmi və hansı şəkildə?;

8) İndiyədək diplomatik kuryerlər və bütün missiyaların informasiya təminatı barədə məsələlər tənzimlənməyib (Batuma Tiflisdən sürətli qatarla gəlmək mümkündür);

9) Batumdakı həyat şərtlərinə uyğun Batum baş konsulluğunun smetası əlavə olunur. Krım qaçqınları səbəbindən dəhşətli bahaçılıqdır; çörəyin funtu 10-12 manat, ətin funtu 25-30 manatdır". 

M.Əfəndiyevin qeyd olunan təkliflərinin demək olar ki, hamısı öz müsbət həllini tapır.

1919-cu ilin 27 sentyabr tarixində baş konsulluq nəzdində ticarət şöbəsi yaradılır və şöbənin işinə AXC-nin Yollar, Ticarət və Sənaye, Ərzaq nazirliklərinin nümayəndələri cəlb edilirlər. Hökumətin 18 oktyabr 1919-cu il tarixli qərarı ilə baş konsulluğa Azərbaycan Dövlət Bankının müxbiri vəzifəsi həvalə edilir, 22 oktyabr 1919-cu il tarixli qərarla isə baş konsulluğun ticarət şöbəsi yanında Azərbaycan Maliyyə Nazirliyinin nümayəndəliyinin təsis olunması qərara alınır. 

1919-cu ilin fevral ayında Qafqaz İslam Ordusunun komandanı Nuri Paşa və həmin ordunun tərkibindəki V Qafqaz Piyada Firqəsinin komandanı Mürsəl Paşa ingilislər tərəfindən saxlanılaraq Batumda həbsxanaya atılmışdılar. Azərbaycan hökuməti şanlı komandanları həbsdən azad etmək üçün səfərbər olunmuşdu. Bu məqsədlə gizli planların hazırlanıb icra edilməsinə Batumdakı baş konsul dr. Mahmud bəy Əfəndiyev də yaxından cəlb olunmuşdu. Eyni zamanda paşaların məhbəsdə heç bir korluq çəkməmələri üçün Batumdakı baş konsulluq vasitəsilə tədbirlər görülmüşdü. Azərbaycan xarici işlər naziri v.i.e. A.Ziyadxanov M.Əfəndiyevə yazdığı 2 iyun 1919 tarixli təliqədə baş konsulluğun istədiyi 80 min man. əvəzinə ilkin olaraq 30 min man. göndərildiyini, qalan məbləğin də imkan daxilində göndəriləcəyini vurğulayaraq yazırdı: "Bilirsiniz ki, Nuri Paşa və Mürsəl Paşa Batumda həbs olunublar. Onların maddi ehtiyac duymamaları üçün tədbirlər görün. Onlara pul və möhtac olduqları hər şeylə kömək edin. Bu mənada maliyyə və digər məsələlərdə qənaət olmamalıdır. Onların bütün qayğısı sizin üzərinizə qoyulur".

Cümhuriyyət xadimlərindən Nağı bəy Şeyxzamanlı xatirələrində yazırdı: "Nəsib bəy (dönəmin baş naziri Nəsib bəy Yusifbəyli - F.V-H.) gülərək, - "Üzülmə, Nuru Paşanı qurtarmanın daha asan yolu var. Batumdan xəbər gətirdilər ki, Hopa bəyləri plan hazırlayıblar. Nuru paşanı zor işlətməklə xilas edəcəklər. Ancaq maddi cəhətdən çətinlik çəkirlər. Sən dərhal 200 min manat götürüb Batuma get", ? dedi. Mən sevinc içərisində, ? "Əmr edin, pulu versinlər, axşam yola düşüm" - dedim. Pulu alıb Batuma gəldim və Azərbaycan konsulu dr. Mahmud bəylə görüşdüm. Gəlişimin məqsədini ona anlatdım və Nuru Paşa ilə necə görüşə biləcəyimi soruşdum. Doktor, ? imkan yoxdur, ancaq Mürsəl Paşa ilə görüşə bilərsən. O da ingilislərin nəzarəti altındadır", ? dedi. Mən dərhal gedib Mürsəl Paşa ilə görüşdüm. Mürsəl Paşa, ? "Mənə bir şey olmaz, ancaq Nuru Paşanı buraxmayacaqlar. Ola bilsin ki, onu edam etsinlər. Onun qaçırılması təşkil edilməlidir", - dedi. Mən gəlişimin səbəbini anlatdım. Çox razı qaldı... Bakıya qayıtdıqdan sonra Nuru Paşanın qurtulması xəbərini aldım".

1919-cu il avqust ayının 8-dən 9-na keçən gecə Nuri Paşa həbsxanadan qaçırılır. Təməl bəy adlı azərbaycanlının rəhbərlik etdiyi qaçırılma əməliyyatı zamanı baş vermiş atışmada 3 ingilis hərbçisi (1 zabit ilə 2 əsgər) və bir batumlu Azərbaycan türkü öldürülür.

"Kavkazskoye slovo" qəzeti 14 avqust 1919-cu il tarixli buraxılışında müxbir Yak. Lvovun 10 avqustda Batumdan göndərdiyi "Batumda Nuri Paşanın qaçışı" başlıqlı xəbər yazısını dərc edirdi: "Batum üçün daha kəskin pis hadisə Nuri Paşanın qaçışıdır. O, Batumda istintaq altında və ingilislərin ev dustaqlığında idi. İngilislər paşanın hər yerdə - bulvarda, küçələrdə və restoranlarda ingilis zabitinin müşayiətində görünməsinə maneəçilik törətmirdilər. Nuri Paşanın həmişə korrekt, alman üslublu geyimdə xarakterik fiquru ümumi diqqəti özünə cəlb edirdi. Paşa ümumilikdə çox şən görünürdü, sanki bığları və əlcəkləri ilə təcəssüm olunurdu. İngilis komandanlığı ona etibar göstərirdi. Fəqət 8 avqust axşam saat 8-də Nuri Paşa qaçıb gizlənmişdir. Öyrənə bildiyim qədər qaçış bu şərtlərdə baş verib: Nuri Paşa dəniz kənarına gəzməyə çıxıbmış; onu zabit və 2 ingilis əsgəri müşayiət edirmiş. Birdən kol dibindən atışma başlayıb. Əsgərlər öldürülüb, zabit isə atışaraq gizlənə bilibdir. Paşa isə yaxınlaşan motorlu qayığa minib və naməlum istiqamətdə yoxa çıxıbdır. Təfərrüatları hələ də tam müəyyən olunmayıb".

Baş konsul M.Əfəndiyev təbliğat-təşviqat işlərinin böyük əhəmiyyət daşıdığı qənaətində idi. Tiflis sakini dr. V.Tsederbaum M.Əfəndiyevə yazılı müraciət edərək, Azərbaycanın siyasi-iqtisadi nailiyyətlərini və dünya bazarında əhəmiyyətini işıqlandırmaq məqsədilə broşür və dövri mətbu orqanın rus və ya başqa xarici dildə çapının "Qərbə yaxın beynəlxalq mərkəzə çevrilmiş, Qərbi Avropa maliyyə və ticarət dairələri ilə birbaşa əlaqə imkanları olan" Batum şəhərində təşkil olunmasının önəmini əsaslandırmış və bu sahədə öz xidmətlərini təklif etmişdi. M.Əfəndiyev dr. V.N.Tsederbaumun müraciətini Azərbaycan XİN-ə göndərmiş və məktuba əlavə olaraq bildirmişdi ki, Batumda ingilis və rus dillərində broşür və dövri nəşrlərin təşkil edilməsi barədə V.Tsederbaumun fikrini bölüşür, XİN-in öz proqramını (plan və təkliflərini) göstərməklə zəruri məbləğə sanksiya verəcəyi təqdirdə, bunun həyata keçirilməsini mümkün hesab edir (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi (ARPİİİSSA), f. 277, s. 2, iş 53, v. 2).

(Ardı var)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see192

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see171

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see159

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see132

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see127

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see127

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see123

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see123

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see119

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see118

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see117

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see117

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see116

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see116

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see115

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see115

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see115

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri