Icma.az
close
up
RU
Menu

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

Sarıkökün bu faydalarını çoxları bilmir

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev Həyatı və siyasi diplomatik fəaliyyəti

Azərbaycanın Batumda ilk konsulu Mahmud bəy Əfəndiyev Həyatı və siyasi diplomatik fəaliyyəti

Icma.az bildirir, Turkstan.az portalına istinadən.


Fəxri VALEHOĞLU-HACILAR
tarix elmləri doktoru,
Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri

(əvvəli Bİ LİNKDƏ)

Dr. Mahmud Şəfqət Atalkının öz adını daşıyan ən kiçik nəvəsi Mahmud Cem Atalkın (12.12.1963-cü il doğumlu) iş adamıdır. O, bank və soyutma sənayesi sektorlarında çalışmış, baş ofisi İstanbulda yerləşən SOSİAD-ın (Soğutma Sanayi İş İnsanları Derneği) idarə heyətinin 2007-2011-ci illərdə sədr müavini, 2011-2013-cü illərdə isə sədri olmuşdur.

Mahmud bəy kiçik oğluna qardaşı Süleymanın adını vermişdi. 1864-cü ildə doğulmuş Süleyman bəy Əlisüleyman oğlu Əfəndiyev (Əfəndizadə) 1885-ci ildə Yelizavetqrad süvari məktəbini bitirdikdən sonra 43-cü Tver draqun alayında hərbi xidmətə başlamış, 1888-ci ildə kornet rütbəsində 44-cü Nijeqorod draqun alayına keçirilmişdir. Bundan sonra onun xidmət yeri bir neçə dəfə dəyişdirilmişdir. 1910-1916-cı illərdə Zaqafqaziya polis keşikçi dəstəsinin Kutais quberniyası üzrə baş nəzarətçisi vəzifəsində çalışan Süleyman bəy [o zaman Kutais qəzasının polis rəisi vəzifəsini Əli Heydər Yusufov adlı şəxs tuturdu] həmin dövrdə Tiflisdə azərbaycanlıların təşkil etdiyi mədəni-maarif cəmiyyətinin işində yaxından iştirak etmiş, tez-tez Qori şəhərinə gələrək buradakı Zaqafqaziya Müəllimlər Seminariyasında təhsil alan azərbaycanlı soydaşlarının məişət şəraiti ilə tanış olmuş, onlara maddi və mənəvi cəhətdən dəstək göstərmişdir. S.Əfəndiyev 06.12.1912-ci ildə polkovnik rütbəsini almış, 1917-ci ilin dekabrında təşkilinə başlanan Müsəlman korpusunda 5-ci atıcı alayın komandiri olmuş və hətta bir müddət bu korpusda 2-ci diviziya komandirinin vəzifəsini icra etmişdir. Xalq Cümhuriyyəti dövründə o, miralay (polkovnik) hərbi rütbəsində Tərtərdə yerləşən 2-ci Qarabağ süvari alayına komandanlıq etmiş, hökumətin 29 dekabr 1918-ci il tarixli qərarı əsasında mirliva (general-mayor) rütbəsi almışdır. Bu rütbəyə layiq görülən ilk AXC zabitlərindən olan S.Əfəndiyev I piyada diviziyasının komandiri vəzifəsini icra etmişdir. O, həyat yoldaşı Laləndar xanımın xahişi ilə Qazax qəzasının Dağ Kəsəmən kəndində dəfn olunmuşdur. Hökumətin qərarı ilə Süleyman bəyin Batumda yaşayan ailə üzvləri ‒ xanımı və 3 övladı (Firudin, Zəkiyyə, Adilə) məvacib və yemək xərci ilə təmin olunmuşdular.

Rusiya çarının M.Əfəndiyevə hədiyyə etdiyi siqar qutusu

General-mayor Süleyman bəy Əfəndiyev 1919-cu ilin fevral ayının 21-də Azərbaycan ordusunun Ağdam qarnizonunda yayılmış səpmə yatalaq (tif) xəstəliyindən dünyasını dəyişmişdi. Ondan bir az əvvəl Süleyman bəyin ixtisasca geoloq olan böyük oğlu Həsən də Batumda intihar edərək həyatla vidalaşmışdı. Əhməd Həmdi “Azərbaycan” qəzetinin 27 fevral 1919-cu il tarixli buraxılışında “bütün həyatını millətə xidmət, haqq yolunda qeyrət etməklə Zaqafqaziya islamları arasında tanınmış” Süleyman bəy Əfəndiyevin vəfatı ilə bağlı emosional tərzdə, hüznlə yazırdı: “İsti yay aylarında, qışın soyuq günlərində Ağdamda, Tərtərdə və Qarabağın sair yerlərində vətənin hüdudlarını mühafizə edərək düşmən qarşısında ər kişilərə məxsus bir qəhrəmanlıqla çalışıb-çabalayan o aliqiymət əsgər kiçik bir dövreyi-istirahətə nail olammadan və Azərbaycanın müşkül və zəhmətli şu zamanında həyata vida etdi... Zavallı həyatında oğlunun Batumda intihar etdiyindən də xəbərdar olmamışdı. Bəradəri [qardaşı], Batumda camaat xadimliyi ilə bilinmiş Azərbaycan Hökumətinin Batum konsolosu doktor Mahmud bəy Əfəndiyev sözsüz bütün ailənin böyüyü olmaq etibarı ilə çox mütəəssir olacaqdır. Biz bütün ailəsilə bərabər hörmətli Mahmud bəyə təziyət edir və səbr təmənni ediriz”.

Konsul Dr. M.Əfəndiyevin vizit kartı

Azərbaycan SSR-in Batumdakı konsulu Şeyxəli Hüseynov Gürcüstanın Batum şəhəri və vilayətində xüsusi səlahiyyətli nümayəndəsinə 25 noyabr 1920-ci ildə yazdığı məktubda doktor Fazil bəy və “dul qadın Əfəndiyeva”nın adlarını çəkir, onların eyni ailə olduğunu vurğulayırdı. Süleyman bəy Əfəndiyevin ailəsinin Batumda yaşadığını nəzərə alaraq, bu məktubda barələrində bəhs edilən “dul qadın Əfəndiyeva”nın Süleyman bəyin arvadı Laləndar xanım olduğu qənaətindəyik, dr. Fazil bəy isə Süleyman bəyin kiçik qızı Adilə xanımın həyat yoldaşı idi.

Süleyman bəy və Mahmud bəy Əfəndiyev qardaşları həm də bacanaq idilər. Onların qayınatası Məmmədəli bəy Palavandovun Münəvvər, Laləndar, Bədirmah, Dərviş və Mahinur adlı 5 övladı olub.

Mahmud bəyin Türkiyədə yaşayan törəmələrinin verdiyi bilgiyə görə, Mahmud bəygil 5 qardaş olublar. Onlardan böyüyü Abdulla 1850-1938-ci illərdə yaşayıb. Din xadimi olan Abdulla bəyin Məhəmməd, Nəvat və Miyanə adlı övladları olub. Məhəmməd Əfəndioğlu (1906-1934) İzmirdə yaşayıb (Məhəmməd bəy və Mahmud bəyin böyük oğlu Niyazi bəyin məzarları yan-yanadır); Miyanənin Hafizə adlı qızının olduğu məlumdur.

Mahmud bəyin qızı Leyla xanım valideynlərinin məzarları üstündə dua oxurakən...

Mahmud bəyin digər iki qardaşının adı İsrafil (1917-ci ildə vəfat edib) və Nuri olub. Onların atasının Vladiqafqaz müftüsü oluğu, babasının adının Abdulla olduğu da törəmələri tərəfindən verilən, amma dəqiqləşdirilməyə ehtiyac olan bilgilərdəndir.

Azərbaycan sevdalı Mahmud bəy hər nə qədər Türkiyədə özünü doğma mühitdə hiss etsə də, Qafqaz nisgili, vətən həsrəti daim onun qəlbini göynədirdi. O, Karşıyakadakı evində tez-tez “Azərbaycan günü” təşkil edir, öz azərbaycanlı həmvətənlərini bir araya toplayırdı.

Dr. Mahmut Şəfqət Atalkın 1969-cu ilin 30 noyabr tarixində 89 yaşında vəfat edir və İzmirdə Karşıyaka Soğukkuyu məzarlığında həyat yoldaşı Mahinur Atalkının (01.07.1893 – 09.06.1954) yanında dəfn olunur. Bu barədə İstanbulda Türk Göçmən və Mültəci Dərnəkləri Federasyonu tərəfindən yayımlanan 3 aylıq “Türk Dünyası” fikir-kültür dərgisinin 1969-cu ildə işıq üzü görmüş 15-ci sayında yazılırdı: “Keçmiş Azərbaycan dövlətinin Batum baş konsulu, yoxsulların atası olaraq tanınan dürüst insan Dr. Mahmut Şevket Atalkın (Əfəndizadə) 30.11.1969 tarixində vəfat etmişdir. Tanrı məğfirət eyliyə” [Bu mənbəni mənimlə bölüşən dəyərli tədqiqatçı dostum Dilqəm Əhmədə minnətdarlığımı bildirirəm. Mahmud bəy Əfəndiyevin Türkiyədə daşıdığı soyadın məhz bu mənbə əsasında müəyyən edilməsiylə onun nəvəsi, hörmətli Mahinur Atalkın Düvənci ilə irtibat qurub, görkəmli diplomatımızın həyatının Türkiyə dövrü və ailə üzvləri barədə daha dolğun məlumatların əldə edilməsinə nail ola bildik].

Mahmud bəy və Mahinur xanımın məzarları

Dr. M.Ş.Atalkının (Əfəndizadənin) övladları və nəvələri “ölümü ilə onları sonsuz kədərə qərq edən” Mahmut bəyin həyatda ikən müalicəsiylə böyük diqqət və qayğı ilə məşğul olan Dr. Feridun Bilginerə, eləcə də bu məsələdə yardımlarını əsirgəməyən Dr. Yavuz Doğaner, Dr. Mesut Bayatlı, Dr. Tahsin Bor və Dr. Kemal Tanselə, eləcə də ailənin hüznünü bölüşən dostlarına “Yeni Asır” qəzeti (1969-cu il, № 7680) vasitəsi ilə sonsuz təşəkkürlərini bildirirdilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see278

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see183

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see178

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see140

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see134

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see131

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see130

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see130

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see129

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see129

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see128

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see128

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see128

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see127

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see126

“Mən ABŞ ı təhlükəyə ata bilmərəm...”

19 Oktyabr 2025 19:18see124

Mütəxəssislər xəbərdarlıq edir: 50 yaşdan sonra bu qidalar məhdudlaşdırılmalıdır

19 Oktyabr 2025 07:08see121

Sofiya Universitetində “Azərbaycan suveren dövlətçilik yolunda” sərgisinin açılışı

19 Oktyabr 2025 06:45see120

Elmar Məmmədyarovdan açıqlama: “Kimin qarın ağrısı varsa, adımı hallandırır”

19 Oktyabr 2025 21:04see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri