Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

525 ci qəzet Davos Forumu: Azərbaycana böyük maraq

525 ci qəzet Davos Forumu: Azərbaycana böyük maraq

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Pərvanə SULTANOVA
[email protected]

Bu həftənin əsas hadisələrindən biri 20-24 yanvar tarixlərində Davosda növbəti dəfə Dünya İqtisadi Forumunun keçirilməsi oldu. "Ağıllı əsr üçün əməkdaşlıq" şüarı ilə keçirilən toplantıda 130-dan çox ölkədən 60 dövlət və hökumət başçısı, 350 hökumət nümayəndəsi iştirak edib. Eyni zamanda, Forum 1600-dən çox biznes liderini, cümlədən Dünya İqtisadi Forumunun üzvü və tərəfdaş şirkətləri olan 900-dən çox rəhbər heyəti bir araya gətirib ki, onlardan da 120-dən çoxu qlobal innovatorlar, texnologiya qabaqcılları və sənayeləri dəyişdirən nəhənglərdir.

Tədbirdə vətəndaş cəmiyyəti, sosial sektor, dini və yerli icmaların nümayəndələri, aparıcı qlobal universitetlər, tədqiqat institutları, beyin mərkəzlərinin liderləri və ekspertləri, media aktiv iştirak ediblər.

Yada salmaq lazımdır ki, builki forumda əsasən 5 əsas istiqamət üzrə - inkişafın yenidən dizayn edilməsi, İntellektual əsrdə sənayelər, İnsan kapitalına investisiya, planetin mühafizəsi və etimadın bərpası müzakirələr təşkil olunub. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Ümummilli lider Heydər Əliyev ilk dəfə 1995-ci ildə Davos Forumunda iştirak edib. Prezident İlham Əliyev 2007-ci ildən davamlı olaraq Forumda iştirak edir.

Bir məqamı vurğulamaq lazımdır ki, Davos İqtisadi Forumunda hər zaman Azərbaycan liderinə xüsusi münasibət sərgilənib, böyük rəğbət və hörmət göstərilib. Prezident İlham Əliyev bu beynəlxalq tədbirin ən çox gözlənilən qonaqlarından biridir. Bu mənada 2025-ci ildəki Forum da istisna olmadı. Prezident İlham Əliyevin iştirakı xüsusilə diqqət mərkəzində oldu, dünya liderləri tərəfindən dövlət başçısına göstərilən hörmət və rəğbət açıq formada ifadə edildi. Bunu həm də Prezidentlə görüş istəkləri göstərdi. Hər il olduğu kimi, İlham Əliyev qarşı tərəflərin müraciətləri əsasında bir çox dövlət və hökumət başçıları, aparıcı şirkətlərin rəhbərləri ilə görüşdü. Bu, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycana və onun liderinə olan böyük maraqdan, hörmətdən irəli gəlirdi. Prezident İlham Əliyev Almaniya, Latviya, Xorvatiya, İsrail, İraq, Ukrayna və bir sıra başqa ölkələrin dövlət və hökumət başçıları ilə görüşlər keçirdi, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti, "Carlsberg Group", "OliverWyman Group", "DP World", "The Goldman Sachs's Group Inc." kimi önəmli şirkətlərin rəhbərləri ilə müzakirələr apardı.

Əlbəttə ki, bu görüşlərin, müzakirələrin nəticələri özünü yaxın zamanda göstərəcək.

Milli Məclisin deputatı Aydın Hüseynov "525"ə deyib ki, Azərbaycanın 30 ilə yaxındır ki, fəal iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisad Forumu xüsusi rola malikdir. Bu il 55-ci iclasını keçirən Forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir. Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də burada aparılan müzakirələrə diqqət də yüksək olur.

Onun sözlərinə görə, Cənubi Qafqazda lider mövqeyə malik olan Azərbaycan hər il sosial-iqtisadi, siyasi, enerji, nəqliyyat və digər sahələrdə uğurlar əldə edir və bu nailiyyətlərə dünyanın marağı getdikcə daha da artır: "Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Dövlət başçısı hər il keçirilən iclaslar çərçivəsində çıxışlar edib, panellərə qatılıb, çoxsaylı suallara cavab verir. Azərbaycan Davosada yüksək etimad qazanmış ölkədir. Dövlətimiz bu hörmətin əlaməti olaraq 2013-cü ilin aprelin 12-də Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə etdilər. Bakıda Davos Forumunun keçirilməsini ekspertlər Azərbaycanın iqtisadi və siyasi qələbəsi və son illər bu sahədə qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirirlər. Çünki ilk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Region ölkələri arasından Azərbaycanın seçilməsi isə məhz ölkəmizin bölgədə əhəmiyyətini göstərən əsas faktorlardan biri idi. 2013-cü ildə Dünya İqtisadi Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal biznes ölkəsi kimi tanınması üçün də mühüm hadisə oldu".

Deputat qeyd edib ki, Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycanı 2013-cü ildə 46-cı yerdə qərarlaşdırmışdı və bu sahədə ölkəmiz ardıcıl olaraq dörd il MDB məkanında birinci yerdə qərarlaşıb: "Azərbaycanla Dünya İqtisadi Forumu arasında səmərəli tərəfdaşlığın mühüm nəticəsi olaraq Dördüncü Sənaye İnqilabı (4Sİ) Şəbəkəsinin Azərbaycan Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti ölkəmizin mütərəqqi texnologiyalara əsaslanan sürətli inkişaf tempinə nail olmasına, regional rəqəmsal əməkdaşlığın genişlənməsinə töhfə verməkdədir. Həmçinin 4Sİ yüksək texnologiyalar və rəqəmsal iqtisadiyyat quruculuğunda və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasında mühüm əhəmiyyət kəsb edir. 55-ci Forum çərçivəsində cənab Prezidentin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi səmərəli görüşlər, hökumət üzvləri ilə apardığı siyasi dialoqlar Azərbaycanın qüdrətli dövlət kimi dünyada etibarlı tərəfdaş olduğunu təsdiqləyir".

Deputat Fatma Yıldırım "525"ə bildirib ki, Davos İqtisadi Forumu mühüm beynəlxalq platformadır. Hər il İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun ənənəvi olaraq keçirilməsində əsas məqsəd dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların, elm adamlarının, nüfuzlu siyasətçilərin, iqtisadçıların, biznesmenlərin iştirakı ilə yeni beynəlxalq iqtisadi layihələrin həyata keçirilməsini müzakirə etməkdir.

Onun sözlərinə görə, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu platforma dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır: "Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır".

Deputatın sözlərinə görə, müxtəlif münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu, şübhəsiz ki, bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır: "Prezident İlham Əliyev ötən illər ərzində Forumun işində fəal iştirak edib. Dövlətimizin başçısı forum çərçivəsində ayrı-ayrı ölkələrin dövlət və hökumət başçıları, bir sıra məşhur şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirib və müxtəlif mövzularda aktual müzakirələrə qatılıb. Dövlətimizin ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr, eləcə də yeni reallıqlar fonunda keçən forumlar ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər əldə etmək üçün zəmin yaradıb, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər ətrafında geniş söhbət-müzakirələr aparılıb".

Fatma Yıldırım qeyd edib ki, Azərbaycan dövlətinin balanslaşdırılmış xarici siyasəti, əhəmiyyətli coğrafi mövqeyi ölkəmizdə siyasi sabitlik və davamlı iqtisadi inkişafa şərait yaradır: "Lakin bununla belə təəssüf ki, həm də bir sıra region ölkələrinin, eləcə də, dünya siyasətinə təsir edən böyük dövlətlərin, beynəlxalq təşkilatların həyata keçirdikləri qeyri-adekvat siyasətləri, yanlış qərarları dünyada sülhün və təhlükəsizliyin təminatına, dayanıqlı inkişafa mane olmaqla yanaşı, mövcud münaqişələrin, iqtisadi və siyasi böhranların uzanmasına və dərinləşməsinə, yenilərinin də yaranmasına gətirib çıxarır. Ona görə də Davos Forumu ölkələr və beynəlxalq təşkilatlar arasında səmərəli dialoqun reallaşması üçün son dərəcə böyük əhəmiyyət daşıyır.

Budəfəki Dünya İqtisadi Forumu cari il yanvarın 20-dən 24-dək İsveçrənin Davos-Klosters şəhərində təşkil edildi. Forum qlobal çağırışları həll etmək və yaranan imkanları araşdırmaq üçün 350 hökumət nümayəndəsi və 60 dövlət və hökumət başçısı daxil olmaqla 130-dan çox ölkəni bir yerə toplayıb. Builki Forumda da Prezident İlham Əliyev mühüm görüşlər keçirib. Prezident İlham Əliyev hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin önəmini dünya ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə də həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rolu diqqət mərkəzində olub".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri