Icma.az
close
up
RU
525 ci qəzet Əsl insanlıq və örnək müəllimlik yolu

525 ci qəzet Əsl insanlıq və örnək müəllimlik yolu

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Zöhrə İMAMVERDİYEVA
148 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
[email protected]

Elmin ziyası ilə mühitimizi işıqlandıran, şagirdlərinin uğurunu görəndə sevincindən qəlbi fərəhlə döyünən, hərdən simasındakı kiçik təbəssümlə, bəzi vaxtlarda isə mənalı baxışı ilə həyatımıza istiqamət verən müəllimlik peşəsini arzulayanda pedaqoji və psixoloji məqamları bilmədən əsl müəllim olmağın mümkünsüzlüyünü dərk edirdim. Sadəcə əqli cəhətdən tam sağlam uşaqlarla deyil, autizm, daun sindromlu, eləcə də mutist, oliqafren uşaqlarla necə işləyəcəyim haqqında tələbəlik illərimdən araşdırmalar aparırdım. Haqqında: "Heç nəyi yoxdur, üz verməyəsən gərək, zəhmət çəkib oxusun, xəstəliyindən mənə nə, özünü bicliyə vurub" deyildiyini eşitdiyimiz uşaqlar da, unutmamalıyıq ki, yaşadığımız cəmiyyətin bir parçasıdır. Biz onları cəmiyyətə inteqrasiya etmək yerinə, görməzliyə vurduqca onlar daha çox sıxıntıya məruz qalır, ətrafdakı insanların istehza obyekti olur. Səbrimin tükəndiyi nöqtələrdə şagirdlərimin bəzilərinin də bu cür uşaqlar kateqoriyasında olduğunu xatırlayıb sinif otağında onların mənim sevgimə, dəstəyimə və anlayışıma daha çox ehtiyac duyduğunu beynimdə, səssiz təkrarlayıram.

Dostoyevski yazır: "Fikir ayrılığına baxmayaraq, qarşınızdakı insana hörmət edə bilirsinizsə, bu o deməkdir ki, insan ola bilmisiniz". Peşəkar müəllim də fikir və şagird müxtəlifliyini həmişə diqqət mərkəzində saxlamağı bacarmalıdır. Eyni zamanda, onların gözü ilə həyata baxmağı öyrənməlidir, əks halda, həmin şagirdlərin duyğu və düşüncələrini anlamaqda çətinlik çəkər. Mənimsə, həyatdakı əsas məqsədim məhz həssas, diqqətcil, əsl peşəkar pedaqoq olmaqdır. Uşaqların etibarını qazanmaq, yaddaşlarında sevimli müəllim kimi qalmaq heç də asan deyil, həyatı, fənnini sadəcə kitablardan öyrətməyən fədakar müəllim olmaq isə daha mürəkkəb işdir.

Bacardığım qədər hər gün o şagirdlərimlə pozitiv, gülərüz  davranır, çox sadə görünsə belə, yenə, onların gözlərinin içinə baxaraq bu gün əhvallarının necə olduğunu soruşuram. Orta məktəb illərində müəllimlərim mənim duyğu və düşüncələrimi çox da ciddiyə almadığı üçün bəzi problemlərimlə təkbaşına qalıb özüm həll yolları axtarırdım, bəzən üzülüb heç bir işə yaramadığımı düşünür, qəhərlənirdim. Buna görə də şagirdlərimin kədərini, çətinliklərini onlara hiss etdirmədən mimikalarındən, səs tonundan, mövzularımıza münasibətindən anlamağa cəhd göstərirəm.

Biz - müəllimlər gərək unutmayaq ki, bir vaxtlar özümüz də parta arxasında əyləşən şagird və ya tələbə olmuşuq. İndi isə həm öyrənən, həm öyrədənik. Mən hər yaşda şagirdlərimdə özünəinam hissi, ətrafındakı bütün canlılara qarşı hörmət formalaşdırıb valideynlərinin, insanların, sahib olduqları hər şeyin qədrini bilməyi öyrətməyə can atıram. Kiçicik qəlblərində böyük dünyalar gəzdirən şagirdlərimin qiymətləri aşağı olarkən necə kədərləndiklərini görüb onlara deyirəm ki, kiminsə aşağı qiymət alması onun zəif, gücsüz deyil, daha sistemli çalışmalı olduğunu göstərir. Oyunun qalibi raundlarda deyil, ən sonda bilinir, bunun üçün  səhvlərinizi düzgün analiz edib gələcək doğrularınızın möhkəm təməlini atmalısınız.

İnsani duyğuları ən yüksək səviyyədə bizlərə aşılayan peşəkar müəllimləri cəmiyyətin ideologiyasında dönüş yarada bilən novator şəxsiyyətləri də yetişdirməyi bacarmalıdır. Yetişdirdiyi insanlara acı həqiqətləri də söyləməli və başa salmalıdır ki, səmimilik, doğruluq həmişə qələbə qazanmasa da, gec-tez ədalət öz yerini tutur. Ucuz qalibiyyət qazanmaq yerinə, vicdanlı, dürüst uduzmağı seçmək vacibdir. Tarix boyu maarifçilərimiz, ziyalılarımız bütün qadağalara, təhdidlərə baxmayaraq, yurdumuzu yadelli əsarəti altında əzilməyə qoymayaraq təhsil sahəsində dünyanın inkişaf etmiş ölkələri ilə bir sıraya gətirməyi bacardılar. Mən də bu yolda bizə miras verilən dilimizi, ədəbiyyatımızı, tariximizi gələcək nəsillərə ömrümün vəfa etdiyi qədər çatdırmağa çalışan müəllimlərdən olacağıma söz vermişəm.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri