Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Dostu 6 bıçaq zərbəsi vurdu

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

Tramp Harvarda 30 gün vaxt verdi

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

525 ci qəzet Örnək insanlara borcumuzdur bu ehtiram Qəzənfər Paşayev yazır

525 ci qəzet Örnək insanlara borcumuzdur bu ehtiram Qəzənfər Paşayev yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qəzənfər PAŞAYEV
Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor

Bəzən elə anlar olur ki, səni acılı-şirinli gənclik illərinə aparır. Akademik İsa Həbibbəyli "Görkəmli dilçi alim, peşəkar ədəbiyyatşünas və ustad müəllim" monoqrafiyasını mənə hədiyyə edəndə fikir məni ağuşuna alıb əlçatmaz, ünyetməz 1956-cı ilə apardı. Azərbaycan Dövlət Universitetində (indiki BDU) ədəbiyyat yazıdan imtahan verirdim. Cəfər Cabbarlının "Almaz" pyesi düşmüşdü. Mövzu asan idi. Dayanmadan yazırdım. Sakitliyi bərpa edən gənc müəllim hərdən dayanıb yazıma göz gəzdirirdi. Artıq mövzunu tamamlamışdım. Həyəcanlı idim. "Yunbirliyi"ni birgə yazmışdım. Qorxurdum səhv etmiş olaram. Müəllimə müraciət etdim. "Heç nəyə toxunma. Yazını təhvil ver, get şifahi imtahana hazırlaş" - dedi. Müəllimin sözlərinin məni necə rahatlandırdığını təsəvvür etmək çətin deyil. Gənc alim məndən cəmisi səkkiz yaş böyük olan Yusif Seyidov idi. Sonralar münasibətlərimiz az qala dostluq səviyyəsinə yüksəldi. Nəvəsi mənim qızımla bir sinifdə oxuyurdu. Qızı Vəfa və nəvəsini dünyalar qədər çox istəyirdi. Onun övlad sevgisi bir örnək idi. Maştağada bağı vardı. Hərdən ona baş çəkirdim. Həyatımda bağına əsl bağban kimi qulluq edən və bundan həzz alan iki ziyalı görmüşəm - dost münasibətində olduğum Əjdər Xanbabayev və Yusif Seyidov.

Ölkəmizdə elm aləmində və ədəbi ictimaiyyət arasında xeyirxah insan, əsl pedaqoq, dilçi alim və ədəbiyyatşünas deyəndə göz önünə ilk gələnlərdən biri Yusif Seyidov olur.

Akademik İsa Həbibbəylinin professor Yusif Seyidovu görkəmli dilçi alim, peşəkar ədəbiyyatşünas, ustad müəllim kimi təqdim etməsi təsadüfi deyil. Yusif müəllim ADU-nun filologiya fakültəsini bitirəndən (1952) üç il sonra namizədlik dissertasiyası müdafiə edərək Universitetdə dilçi alim kimi fəaliyyətə başladı. Doktorluq dissertasiyası müdafiə edəndən sonra (1965) doğma Universitetdə "Azərbaycan dili və onun tədrisi metodikası" kafedrasını yaratdı və ömrünün sonuna qədər ona rəhbərlik etdi. Bu kafedra onun sayəsində ölkəmizdə dilçilik və metodika üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlayan elmi-metodik mərkəzə çevrildi.

Akademik İsa Həbibbəyli göstərir ki, bu müddət ərzində Yusif Seyidov 34 dilçi alim yetişdirmişdi. AMEA-nın  müxbir üzvü Əbülfəz Quliyev, professorlar Musa Adilov, Həsən Mirzəyev, Vilayət Əliyev, Elməddin Əlibəyzadə, Buludxan Xəlilov, Akif İmanlı, Nadir Məmmədli, Sədaqət Həsənova və başqaları tanınmış dilçi alimlər səviyyəsinə yüksəldilər və Yusif müəllimə başucalığı gətirdilər.

İsa Həbibbəyli professor Yusif Seyidovun yaradıcılığını üç yöndən tədqiq və təhlil etmişdir: görkəmli pedaqoq, dilçi alim və ədəbiyyatşünas kimi. İsa müəllim ortaya qalın olmayan, lakin qalan, dərin məna kəsb edən bir əsər qoymuşdur. Müəllif Yusif Seyidovun həyatı və yaradıcılığını tam əhatə edən monoqrafiyanı aşağıdakı fəsillərə ayırmışdır: "Professor Yusif Seyidovun ömür yolu", "Görkəmli dilçi alimin elmi xidmətləri", "Peşəkar ədəbiyyatşünaslıq nümunəsi", "Yusif Seyidovun elmi publisistikası və ictimai görüşləri", "Ustad müəllim və əsl elmi rəhbərlik missiyası".

Monoqrafiyanın birinci bölümündə Yusif müəllimin anadan olduğu 1929-cu ildən dünyasını dəyişdiyi 2013-cü ilə qədər həyatında baş verən əlamətdar və örnək ola biləcək hadisələrdən bəhs edilir. Bu fəsildən hasil olan qənaət odur ki, insan həyatda hər şeyi zəhmət, alın təri, yuxusuz gecələr hesabına qazanır. Zəhmət adamı ucaldır. Yusif Seyidov çoxcildlik elmi əsərlərini deyilənlərin hesabına ərsəyə gətirə bilib. Alimin dərslikləri hələ də tədris prosesində istifadə edilir.

Yusif müəllim görkəmli dilçi alimlərimiz Əbdüləzəl Dəmirçizadə, Muxtar Hüseynov, Əlövsət Abdullayev, Ağamalı Həsənovla birgə yazdığı "Müasir Azərbaycan dili" kitabına görə Dövlət Mükafatına layiq görülmüşdü (1974). Sonralar yazdığı dərsliklər və monoqrafiyalara görə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, "Şöhrət" ordeni ilə təltif edilmişdi.

Professor Yusif Seyidovun həyatı və yaradıcılığı şərəfli ömür yolu örnəyidir.

Monoqrafiyanın "Görkəmli dilçi alimin elmi xidmətləri" bölümündə İsa müəllim professor Yusif Seyidovun dilçilik sahəsində fəaliyyətini zərgər dəqiqliyi ilə təhlil etmiş, dilçi alim səviyyəsində tədqiqat apararaq Yusif müəllimin dilçilik və qrammatika sahəsindəki uğurlarını layiqincə qiymətləndirmişdir.

İsa müəllim Yusif Seyidovu peşəkar ədəbiyyatşünas adlandırır. Peşəkar tərcüməçi, peşəkar idmançı, peşəkar musiqiçi ifadələri məlumdur. Peşəkar ədəbiyyatşünas ifadəsini ilk dəfədir eşidirəm. Bununla belə, professor Yusif Seyidovun ədəbiyyatşünaslıq sahəsindəki əsərlərinin siyahısına baxmaq kifayətdir ki, alimin Yusif müəllimi "peşəkar ədəbiyyatşünas" epiteti ilə şərəfləndirməsinə heyran qalasan: "Klassik Azərbaycan şairləri söz haqqında (XI-XVIII əsrlər)". 1977 (Samət Əlizadə ilə şərikli), 112 səh.; "Sözün şöhrəti". 1983, 288 səh.; "Şairin fikir dünyası". 1985, 467 səh.; "Ədəbi tənqid və bədii dil". 1986, 239 səh.; "Sözün hikməti". 1989, 485 səh.; "Şairin dərdi". 1996, 184 səh.; "Nəsiminin dili". 1996, 268 səh.; "Ey ulu dünya". 1996, 168 səh. əsərləri deyilənlərə dayaq olur.

Doğrudur, görkəmli dilçi alimlərimizdən Ağamusa Axundov, Tofiq Hacıyev, Musa Adilov, Kamal Abdulla, Nizami Cəfərov, Kamil Vəliyev və Qəzənfər Kazımov, eyni zamanda, ədəbiyyatşünas alim kimi də şöhrət qazanmışlar. Lakin dilçilər arasında ədəbiyyatşünaslığa dair ilk elmi məqalələrin və kitabların müəllifi Yusif Seyidovdur. Yusif Seyidov Yazıçılar Birliyinin üzvlüyünə 1965-ci ildə, o biri alimlərimizin hamısı 1980-ci ildən sonra seçilmişdilər. Bu faktın özü də deyilənlərə dayaq olur. Ədəbiyyatşünaslığa dair kitabların sayına görə də Yusif müəllim öndə gedir.

Akademik İsa Həbibbəyli təsadüfi deməmişdir: "Yusif Seyidov ədəbiyyatşünaslıqda da dilçilikdə nümayiş etdirdiyi yüksək elmi səviyyə qədər peşəkardır. Onun elmi-nəzəri xarakter daşıyan ədəbiyyatşünaslıq əsərlərinə sözün böyük mənasında əsl ədəbiyyatşünaslar qibtə edə bilərlər".

Həqiqətən də Yusif Seyidovun İmadəddin Nəsimi, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov, Mir Cəlal, Nəbi Xəzri, Elçin, Cabir Novruz və başqa yazıçı və şairlər, eyni zamanda ədəbiyyatşünas alimlərdən Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Yavuz Axundlu və İsa Həbibbəyli haqqında kitabları və məqalələri ədəbiyyatşünaslıq üzrə sanballı tədqiqatlardır.

Akademik İsa Həbibbəyli haqlı olaraq yazır ki, professor Yusif Seyidovun "Şairin dərdi" (1996) Xalq şairi Səməd Vurğunun, "Şairin fikir dünyası" (1985) Bəxtiyar Vahabzadənin elmi pasportudur. Bizə qalırsa, alimin "Akademik İsa Həbibbəyli" (2013) əsəri də İsa müəllimin elmi kimlik vəsiqəsidir.

Yusif Seyidov Səməd Vurğunun yaradıcılıq ideallarından bəhs edən "Şairin dərdi" əsəri Azərbaycan Vurğunşünaslığının bənzərsiz nümunəsi olmaqla bərabər, şairin şeir dili haqqında aydın elmi təsəvvür yaradır, eyni zamanda şairin yaradıcılığının geniş elmi təhlilini verir - deyə İsa Həbibbəyli qəti qənaətə gəlir.

İsa müəllim qeyd edir ki, professor Yusif Seyidov "Mirzə İbrahimov" adlı məqaləsində Xalq yazıçısının dili ətrafında müşahidələr apararkən müəyyən etmişdir ki, Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri ədəbiyyat nəzəriyyəsi ağırlıqlı elmi baxışların ifadəsidir. Akademik İsa Həbibbəyli Yusif Seyidovun Mir Cəlalın bədii yaradıcılığından söz açan "Ədəbi-bədii dil problemləri" məqaləsini yüksək qiymətləndirir və göstərir ki, müəllif böyük söz ustadının irsinin araşdırılmasına fərqli bir elmi töhfə vermişdir.

Professor Yusif Seyidov akademik Məmməd Cəfər Cəfərovun dilçilik görüşlərinə həsr olunmuş çox maraqlı və sanballı elmi əsər həsr etmişdir. Tədqiqatçı "Dünya bədii fikrində dil", "Rus bədii fikrində dil", "Milli bədii təfəkkürdə dil" kimi qlobal məsələlərə dair akademikin fikirlərini və mülahizələrini ciddi elmi sistem əsasında tədqiq etmişdir.

Yusif müəllimin "Yaxşı ki, həyatda Abbas müəllim kimi adamlar olmuşdur" məqaləsi vətənini sevən, xalqını sevən, milli-mənəvi dəyərlərimizi sevən, hər kəsin xatirini çox istədiyi Abbas Zamanova həsr olunmuşdur. Keçən əsrin 50-60-cı illərində yaşamış adamlar yaxşı bilirlər ki, Naxçıvanın Ermənistana qatılmasının qarşısının alınmasında Abbas müəllim necə fədakarlıq göstərmişdi. O vaxt gənclərimiz onu milli qəhrəman kimi qəbul edirdilər. Nə yaxşı ki, müəllif Abbas müəllim haqqında məqaləsində bu məsələni önə çəkir. Abbas müəllimin örnək adam olduğunu xüsusi vurğulayır.

Akademik İsa Həbibbəyli monoqrafiyasında Elçinin "Sosrealizm bizə nə verdi?" əsəri ilə bağlı professor Yusif Seyidovun "Elçinin önə çəkdiyi həqiqətlər" üzərində xüsusi dayanır və yazır ki, məqalə Elçinin ədəbiyyatşünaslıq fəaliyyətinin örnəklərindəndir.

Mənəm-mənəmlik olmasın, Elçinin "Sosrealizm bizə nə verdi?" əsəri barədə mətbuatda "İtirdiklərimiz və qazandıqlarımız" adlı məqalə ilə ("Ədəbiyyat qəzeti", 17 dekabr 2010-cu il) ilk çıxış edən mən olmuşam. Sonra başqa alimlərimiz, o cümlədən də Yusif Seyidov "Elçinin önə çəkdiyi həqiqətlər" adlı məqalə ilə ("Ədəbiyyat qəzeti", 14 yanvar 2011-ci il) çıxış etdi. Etiraf edirəm ki, Yusif müəllimin məqaləsi bir çox yöndən üstün oldu. Bu məqalə Xalq yazıçısı Elçinin yaradıcılığına həsr olunmuş ən yaxşı tədqiqatlardan biridir. Müəllifin "Altmışıncılar olmasaydı, ədəbiyyatımızın son 50 ili solğun görünərdi" kəlamı bir çox mətləblərə işıq tutur.

Buna görədir ki, Ədəbiyyat İnstitutunda Xalq yazıçısı Elçinin şəxsən iştirak etdiyi "Sosrealizm bizə nə verdi?" əsərinin müzakirəsində (16.02.2011) məruzəçi kimi tez-tez Yusif Seyidovun məqaləsinə müraciət etdim (Məruzə "Elm" qəzetində (28.02.2011) çap olundu). Açığını deyim ki, məruzəmin maraqlı və inandırıcı alınmasında Yusif müəllimin məqaləsi köməyimə çatdı. Yusif müəllimin məqaləsi özü bitkin bir əsərdir. Mənim "İtirdiklərimiz və qazandıqlarımız" məqaləm çap olunanda bəzilərindən giley-güzar eşidirdim: "Elçin müəllim bu məsələyə niyə 20 ildən sonra qayıdıb?" Bu məsələyə Yusif Seyidov aydınlıq gətirdi: "Əvvəla, belə proseslərə zamanca uzaqdan baxmaq lazım gəlir. Görmək lazım idi ki, sosrealizmin hökmü olmadan ədəbiyyat necə yaşayar? Həqiqi sənət əsərləri yarana bilərmi? Qoy həyat özü göstərsin ki, sosrealizm yeganə yaradıcılıq metodu deyil. Məhz indi bu problemin verdiyi yola nəzər salmaq, onun ictimai-siyasi əsaslarını açmaq, nə verdiyini, nə aldığını elmi əsaslarla araşdırmaq olar".

Professor Yusif Seyidov və mənim əsəri oxuyarkən biri-birimizdən xəbərsiz eyni hissləri yaşamağımız, eyni narahatlığı keçirməyimiz, bu 70 illik bir dövrdə sosrealizmin Azərbaycan ədəbiyyatına verdikləri və nədən məhrum etdiyi ətrafında düşüncələrimiz olub. Əlli ildən artıq Azərbaycan ədəbiyyatının oxucusu və təəssübkeşi olan bizlər, ürəyimiz əsə-əsə bizi qane edə biləcək düzgün və obyektiv cavabı gözləyirdik. "Qazandıqlarımızın ağırlığı itirdiklərimizdən az olamayacaq, bəlkə də əksinə, çox olacaq" - deyə Elçin müəllim doğru qənaətə gəlir.

Yusif müəllim sosrealizmin siyasi mahiyyətli bir metod olduğundan, ədəbiyyatın onun müəyyənləşdirdiyi yolla getmək zorunda qaldığından bəhs edir. Bununla belə, bəzən çaylar bəndləri yıxaraq məcrasından çıxdığı kimi, Azərbaycan ədəbiyyatı, elə musiqisi də bir sıra hallarda sosrealizm çərçivəsindən çıxırdı. Professor Yusif Seyidovun göstərdiyi kimi, Elçin bu əsərində nəzəri metod kimi sosrealizmin daxili mexanizmini, onun tarixi missiyasını açıqlamaqla tarixi xidmətlər göstərmişdir.

Akademik İsa Həbibbəylinin monoqrafiyası Yusif Seyidovun elmi publisistikası və ictimai görüşlərinə ayrıca fəsil ayırması təsadüfi deyil. Burada diqqət çəkən məsələ odur ki, elmlə deyilməsi mümkün olmayan mətləbləri publisistikanın dili ilə adi oxucunun da başa düşəcəyi tərzdə ifadə etmək olur. Eləcə də insanlar baş verən hadisələrdən vaxtında xəbərdar olur. Yusif müəllimin "Yenidənqurma və milli dillər", "Kimi aldadırsınız", "Şəhərimizdə adların əbədiləşdirilməsinə dair", "İndi küsmək və incimək vaxtı deyil" və s. İsa müəllim doğru olaraq yazır ki, bu məqalələr o vaxt yazılıb ki, dövlət müstəqilliyi haqqında ümidlər və gələcəyə inamın nəbzi döyünürdü.

Yusif Seyidov Ulu öndər Heydər Əliyevə silsilə məqalələr həsr etmişdir: "XX-XXI əsrlər Heydər Əliyev əsirləri", "Cənab Heydər Əliyevlə görüşlərim", "Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəylik ideyası" kimi məqalələrində dahi şəxsiyyət Heydər Əliyevin şəxsiyyətinin və fəaliyyətinin miqyasını ciddi elmi məntiqlə əsaslandırmışdır.

Ulu öndərə sonsuz məhəbbətin nəticəsidir ki, Yusif Seyidov Abbas Zamanov və Yavuz Axundlu ilə ağır vaxtlarda Naxçıvanda Heydər Əliyevi ziyarət etmişdi.

İsa Həbibbəylinin monoqrafiyasının ən maraqlı fəsillərdən biri "Fotosalnamə"dir. "Fotosalnamə" Yusif müəllimin uşaqlıqdan başlamış dilçilik elminin zirvəsinə yüksəldiyi illərə qədər işıq tutur. Yusif Seyidovun Bakı Dövlət Universitetindəki fəaliyyətini əks etdirən şəkillər mənə çox təsir etdi. Sanki Ağamusa Axundov, Fərhad Zeynalov, Əlövsət Abdullayev, Firudin Hüseynov, Musa Adilov, Abdulla Abbasov, İnayət Bekdaşi, Əliyar Səfərli, Kamil Vəliyev, Bəxtiyar Vahabzadə, əzizim Abbas Zamanov, Pənah Xəlilov, "Az getdim, uz getdim" adlı məqaləmə görə məni tənqid edən Ağamalı Həsənov, dostum Vasim Məmmədəliyev və Budaq Budaqovla yenidən görüşdüm. Onların hamısı ilə səmimi münasibətim vardı. Ağamusa Axundov, Bəxtiyar Vahabzadə, Budaq Budaqov, Vasim Məmmədəliyev haqqında məqalələr də yazmışam.

"Fotosalnamə" Yusif Seyidovun ömrünün payız çağında İsa Həbibbəyli ilə 1944-cü ildə bitirdiyi doğma məktəbə gələrək önündə çəkdirdiyi şəkillə açılır. Bu şəkil çox mətləblərdən xəbər verir. Kim bilir, bəlkə də Yusif müəllim şan-şöhrət gətirdiyi doğma Yengicə kəndi və oxuduğu məktəblə vidalaşmağa gəlmişdi. Məlum olan odur ki, professor Yusif Seyidov şöhrətin sevincini də, yaşın kədərini də yaşamış, çoxşaxəli elmi fəaliyyəti, sanballı əsərləri, publisistik yazıları ilə görkəmli elm xadimi kimi böyük nüfuz sahibi idi. Akademik İsa Həbibbəyli haqlı olaraq göstərir ki, dilçi alimlər kimi, ədəbiyyatşünaslar da Yusif Seyidovu həmişə öz sıralarında və ön cərgədə görmüşlər.

Professor Yusif Seyidov Azərbaycan ədəbi dili tarixinin tam, bütöv, möhtəşəm elmi salnaməsini yaratmışdır - deyən İsa Həbibbəylinin: "Professor Yusif Seyidov, həqiqətən də, qalın və qalan kitablar, əbədi yaşamaq və yaşatmaq haqqı qazanmış elmi əsərlər yaratmış, özünə əbədiyaşar abidə ucaltmışdır" kəlamı çox mətləblərə aydınlıq gətirir.

Akademik İsa Həbibbəylinin həcmcə çox da böyük olmayan (132 s.) "Görkəmli dilçi alim, peşəkar ədəbiyyatşünas və ustad müəllim" monoqrafiyası böyük bir alimin şərəfli ömür yoluna layiqincə bələdçilik edir - desək, həqiqətdən uzaq olmaz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see148

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri