Icma.az
close
up
RU
525 ci qəzet Film və seriallarda çatışmayan redaktor işi

525 ci qəzet Film və seriallarda çatışmayan redaktor işi

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ötən əsrin məhsulları olmalarına baxmayaraq, bu gün də maraqla izlənən, dialoqları dillərdən düşməyən filmlərimiz var. Maraqlısı odur ki, bu gün çəkilən filmlərimizdə həmin keyfiyyət görünmür. Nəinki filmlər, hətta seriallar belə bir dəfə izlənilir və unudulur. Hər iki dövrün filmlərinin ərsəyə gəlmə prosesini müqayisə etsək, görərik ki, aradakı fərqlərdən biri də redaktor problemidir. Uğurlu dialoqlar film və serialları baxımlı edən başlıca məqamlardandır. Bəs bu gün Azərbaycanda istehsal olunan film və seriallarda redaktor işinə niyə ehtiyac duyulmur?

Kinodramaturq Eldəniz Quliyev bildirir ki, ssenarinin, dialoqların uğurlu alınmasında redaktor əsas rol oynayır: "Hər hansı bir filmin redaktoru o filmin ərsəyə gəlməsində aparıcı rol oynayır və oynamalıdır. Film redaktoru hər hansı kinostudiyanın mövzu, tematik planını tərtib edir, öz imkanları daxilində istedadlı kinodramaturqları, ssenaristləri cəlb edir. Əvvəllər çəkiləcək, plana salınma ehtimalı olan bir filmin kiçik annotasiyası yazılırdı və həmin annotasiyaya uyğun olaraq müəllif tərəfindən sinopsisi yazılırdı. Mətn redaktorla bərabər işlənirdi və əgər redaktor həmin mətni qəbul edirdisə, bunu redaksiya kollektivinin müzakirəsinə çıxarırdı. Əlbəttə, bu fikirlər "Azərbaycanfilm"dən əldə etdiyim təcrübələrə əsaslanır. Redaksiya kollektivi bunu qəbul edib, düzəlişlər varsa, düzəlişlər edirdi, daha sonra həmin sinopsis Bədii Şuranın müzakirəsinə təqdim olunurdu. Bədii Şura Azərbaycanın tanınmış yazıçılarından, kinodramaturqlarından, ziyalılarından ibarət idi. Bu mərhələdən keçəndən sonra həmin sinopsis Azərbaycan Kino Komitəsinə göndərilirdi. Bu mərhələlər keçiləndən, razılıq əldə olunandan sonra isə ssenari işinə başlanılırdı. Bayaq qeyd etdiyim kimi, redaktorla müəllif birgə işləyirdi, süjet, obrazlar, dialoqlar, sətiraltı mənalar, cəmiyyətə, ictimai rəyə təsir kimi məsələlər düşünülürdü. Redaktor bu işə güzgü tuturdu, işıq saçırdı, müəllifə istiqamət verirdi. Redaktor əslində filmin ərsəyə gəlməsində motor rolunu oynayırdı. İndi isə son zamanlar çəkilən seriallarda, bədii, sənədli, qısametrajlı filmlərdə redaktor əsas fiqur deyil. Hətta bir çox filmlərdə redaktor ümumiyyətlə, olmur. Olsa belə, peşəkarlıq olmadığı üçün yaranan mətnlər də aşağı səviyyəli olur. Bildiyiniz kimi, hər hansı filmin yaranması, uğurlu şəkildə ərsəyə gəlməsi ssenaridən asılıdır. O vaxtı kinoda redaktor işləyən adamlar hamısı çox savadlı və peşəkar idilər. Təəssüf ki, indi redaktora ehtiyac duyulmur, buna görə də bərbad dialoqlar yaranır. Fikir versəniz görərsiniz ki, sətiraltı mənası, orijinallığı olmayan dialoqlardan istifadə edilir. Adi danışıq dili dialoq deyil, kinoda hər hərəkətin mənası olduğu kimi, hər sözün də mənası olmalıdır. Dialoq əslində kinodramaturgiyanın ən əsas funksiyalarından biridir. Təsadüfi deyil ki, Hollivudda və ya İtaliya, Fransa kinosunda yanlız dialoq yazmaqla məşğul olan insanlar olur, ssenarist ümumi mənzərəni yaradır, onun dialoqunu isə dialoq ustaları yazırlar. Redaktor bu işdə aktiv iştirak etməlidir".

Rejissor Emin Əfəndiyevin fikrincə, indiki gənclər öz dillərində danışan redaktorlar görmürlər, tanımırlar deyə kino çəkən adamlar redaktordan istifadə etmirlər: "Film redaktorunun əsas vəzifəsi odur ki, ümumi ssenari hazır olandan sonra onu redaktə etsin və daha çox da dialoqlara diqqət yetirsin. Yəqin ki, indi büdcə azdır deyə redaktor yoxdur. Ona da əlavə pul ödənməlidir. Həm də bu problemin səbəbini gənc nəsildə görürəm. Bizdə gənc redaktorlar demək olar ki, yoxdur, varsa belə, biz tanımırıq. Redaktorların əksəriyyəti yaşlı nəsildir. Yaşlı nəslin kinosu ilə gənc nəslin kinosu arasında həm yanaşmada, həm dialoqlarda, həm mövzu etibarilə kifayət qədər fərq var. Buna görə gənclər bir iş ərsəyə gətirmək istədiklərində yaşlı nəsillə birgə fəaliyyət göstərmək istəmirlər. Çünki danışıq tərzindən tutmuş hər bir şey fərqlidir. Müasir kinoda bədii dildə danışan çox az filmlər çəkilir. Daha çox qəhrəmanlar bugünkü müasir dildə danışırlar, müasir jarqonlardan istifadə edirlər. Biz yaşlı redaktorlarla işləyəndə təbii ki, onlar hamısı düzəlir və tamam başqa kino ərsəyə gəlir. Ona görə, indiki gənclər öz dillərində danışan redaktorlar görmürlər, tanımırlar deyə redaktor işindən istifadə etmirlər".

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov kinostudiyalarda redaktorların olmamasını qeyri-peşəkarlıqda görür: "Son dövrlərdə prodüserlər ssenari işini bilmirlər və ssenirinin ekspertizasını dəqiq aparmırlar. Redaktor işi taleyüklü peşədir və Sovet İttifaqında demək olar ki, dövlət siyasətini aparan məhz film redaktorları idi. Amerika və Qərb kinoindustriyasında "script doctor" anlayışı var, bu, sssenarini inkişaf elətdirən, ssenari səhvlərini göstərən peşədir. Sovet dövründə də elə idi, studiyaların redaktorları istehsalata buraxmağa namizəd ssenarilər üzərində işləyirdilər, məsləhətlər verirdilər. Filmin mətnində hansısa dəyişiklik etmək üçün çox mərhələlərdən keçmək lazım gəlirdi. Məsələn, "salam" əvəzinə "günaydın" deməyə mütləq filmin redaktoru razılıq verməli idi. Amerikada isə daha çox adamın razılıq verməsi lazım gəlirdi. Çünki ssenari o qədər süzgəcdən keçirdi, o qədər kamil bir məhsul olurdu ki, onu dəyişmək üçün bir neçə adam təsdiq verməli idi. Ona görə bizdə redaktorun olmaması olmayan kinoindustriyamızın qeyri- kamilliyinin göstəricisidir. Hələlik, şükür Allaha ki, Ramiz Fətəliyev, Ramiz Rövşən, Eldəniz Quliyev kimi peşəkar redaktorlarımız var".

Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova mövzuyla bağlı fikirlərini "525"lə bölüşərkən bildirib ki, kino materiallarının keyfiyyətli şəkildə ərsəyə gəlməsi, Azərbaycan dilinin normativlərini qorumaq üçün redaktorlara ehtiyac olur: "Bədii redaktə bütün mətnlər üçün vacibdir. Xüsusən vizual mətnlər üçün. Hərçənd, bunu son illər nəzərə almırlar. Bəzən yazılı mediada, bəzən sadə reklam banneri üzərlərində belə Azərbaycan dilinin nəinki bədii normativlərinə, hətta qrammatika qaydalarına kifayət qədər zidd mətnlər, fikirlər olur. Bu qədər problemlərin olduğu halda, nədənsə, digər tərəfdən televiziya kanallarında belə sözlərin tələffüzündə problemlərlə rastlaşırıq. Çox qəribə danışıq tərzi, intonasiya formaları formalaşır, dilimizə yad sözlər daxil olur. Televiziya aparıcıları, tanınmış insanlar cəmiyyət üçün nümunə ola biləcək insanlardır və onlar bəzən danışıqlarında, çıxışlarında bu normativ qaydaları ciddi şəkildə pozurlar. Bildiyiniz kimi, əvvəllər Azərbaycan Kinostudiyasında böyük redaktor qrupları var idi. Onlar filmlərin redaktəsi ilə məşğul olurdular. Amma burda redaktə dedikdə təkcə titrların redaktəsindən söhbət getmir, sözsüz ki, proses belə olurdu: ssenari seçilirdi, qəbul olunurdu, sonra redaktə olunurdu, çəkiliş və montaj prosesində yenidən redaktə edilirdi. Vizual mətnlərdə kinomatoqrafik materiallar qalıcıdır. Tamaşada hər hansı dəyişikliyi etmək olar, amma kinoda bu, mümkünsüzdür. Belə olduğu halda, xüsusilə kino materiallarının keyfiyyətli şəkildə ərsəyə gəlməsi üçün, Azərbaycan dilinin normativlərini qorumaq üçün redaktorlara ehtiyac olur. Mediada fəaliyyət göstərdiyim müddətdə belə problemlərlə çox rastlaşmışam. Xarici ədəbiyyatdan tərcümə olunmuş tamaşalara baxanda redaktə ilə bağlı problemlər bariz şəkildə görünür və sözsüz ki, mətndəki qüsurları, onların qüsurlu tələffüzünü, dilin bədii zənginliklərindən istifadə edilmədiyini, bəzən hətta mətnin mexaniki tərcümə olunduğunu görürük. Tamaşanın səhnə tərtibatı nə qədər uğurlu olsa da, mətnin keyfiyyətinin aşağı olması əsərə marağı azaldır. Mən arzu edərdim ki, prodakşnlarımızda redaktor ştatları olsun. Ümumiyyətlə, bədii redaktənin qaydası budur. Ortada bir mətn varsa, mütləq redaktə olmalıdır. Bir xalqın yaşaması onu dilinin yaşamasıdır. Buna görə filmlərdə, seriallarda mətnlər dilin normativ qaydalarına uyğun olmalıdır".

Ümumiyyətlə, film sənayesi sektorunda redaktor işi başlıca şərtlərdəndir. Filmlər, seriallar xalqın mədəniyyətini, dilini özündə əks etdirən əsas vasitələrdir. Mənəvi dəyərlərin qorunması üçün filmlərin yüksək səviyyədə olması mütləqdir. Buna görə də, ssenarilərin mütləq peşəkar redaktorların əlindən keçməsinə ciddi ehtiyac var.

Ləman İLKİN

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see168

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see162

Muxtar respublika büdcəsinin gəlirlərində artım qeydə alınıb

08 Sentyabr 2025 16:39see148

Polşa hakimiyyətləri xüsusi xidmət orqanlarına nəzarəti itirib

08 Sentyabr 2025 19:26see133

Gələn ay dünyanın məhkəmə hakimləri Bakıda toplaşacaq

08 Sentyabr 2025 11:20see129

Tovuzda bütün məzunlar ali məktəbə daxil olub

09 Sentyabr 2025 14:09see127

Məşhur rusiyalı reper Timatini axtarışa verildi

08 Sentyabr 2025 06:29see126

Çexiyalılarla səudiyyəlilər sülhlə ayrılıblar

08 Sentyabr 2025 23:28see122

Acından ölən xərçəng...

09 Sentyabr 2025 02:04see121

Bakılı oğlanların aktyoru oğluna toy etdi VİDEO FOTO

08 Sentyabr 2025 19:49see120

“İT Yay Düşərgəsi 2025”in qalibləri mükafatlandırıldı FOTO

08 Sentyabr 2025 23:21see119

Avtobusu elə sürdü ki, işıqforu kökündən çıxardı Video

08 Sentyabr 2025 19:12see117

“Liverpul”un müdafiəçisinin “Real Madrid”ə mümkün transferinin təfərrüatı açıqlanıb

09 Sentyabr 2025 09:00see115

Tanınmış həkim yol qəzası keçirdi

08 Sentyabr 2025 18:42see115

Tupakın qətlini məşhur reper sifariş edibmiş 29 il öncəki qətlin ŞOK DETALLARI

09 Sentyabr 2025 00:37see115

Arina Sabalenka US Open 2025 dəki qələbəsini necə qeyd edib FOTO

09 Sentyabr 2025 04:13see114

Orqan köçürməklə insan maksimum bu yaşa qədər yaşaya bilər

09 Sentyabr 2025 03:03see114

Cennaro Qattuzo: Gülünc qollar buraxdıq

09 Sentyabr 2025 01:36see114

Abşeronda 41 yaşlı kişinin meyiti aşkarlanıb

08 Sentyabr 2025 19:02see113

Tunis final mərhələsinə vəsiqə qazandı

08 Sentyabr 2025 22:14see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri