Icma.az
close
up
RU
525 ci qəzet Gürcüstan diplomatlarının Aİ yə vizasız gediş gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub

525 ci qəzet Gürcüstan diplomatlarının Aİ yə vizasız gediş gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub

Avropa İttifaqı (Aİ) ölkələrinin Daimi Nümayəndələr Komitəsində Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasına dair qətnamənin razılaşdırılması üçün keçiriləcək Aİ şurasında iclasın günü məlum olub.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, iclas yanvarın 24-ə təyin edib.

Təşəbbüs daimi nümayəndələr tərəfindən təsdiqlənərsə, diplomatik və xidməti pasportlara malik Gürcüstan diplomatları, rəsmi şəxsləri və onların ailələri üçün Aİ-yə istənilən 180 günlük dövrdə 90 günə qədər qısamüddətli səfərlər üçün viza tələb ediləcək.

Qeyd edək ki, dekabrın 20-də Avropa Komissiyası Gürcüstandan olan diplomatlar və rəsmilər üçün vizasız rejimin dayandırılmasını təklif etmişdi.

seeBaxış sayı:85
embedMənbə:https://525.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri