Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

525 ci qəzet Azərbaycan Gürcüstan: dost ölkələr, etibarlı tərəfdaşlar

525 ci qəzet Azərbaycan Gürcüstan: dost ölkələr, etibarlı tərəfdaşlar

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Gürcüstan arasında münasibətlər yüksək səviyyədədir. Gürcüstan Azərbaycanın ən yaxın qonşusu və strateji mütəffiqidir. İki ölkə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Tarixi bağlara, mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin inkişaf dinamikası hər iki dövlətin mənafeyinə və milli maraqlarına uyğundur.

Ötən ilin oktyabrında Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası xalqın yekdil dəstəyi ilə yenidən qələbə çaldı. Həm seçki ərəfəsində, həm ondan sonra ölkədə bəzi xarici dairələrin birbaşa müdaxiləsi ilə arzuolunmaz proseslər baş versə də, həmin qüvvələr öz məqsədlərinə çata bilmədilər. Gürcüstan xalqı bu seçkilərdə öz gələcəyini, milli dəyərlərini, tarixi irsini, təhlükəsizliyini və inkişafını qorudu, səsinə sahib çıxdı. Baş nazir İrakli Kobaxidzenin rəbərliyi ilə hökumətin yenidən qurulması Gürcüstanın kənar müdaxilələrdən qorunmasına imkanı verdi.

Baş nazir İrakli Kobaxidze xaricə ilk rəsmi səfərini Azərbaycana etməsi bir daha Tbilisinin Bakıya verdiyi önəmi, münasibətlərin yüksək səviyyəsini göstərdi.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, çiçəklənmənin və inkişafın sütunlarıdır. Bu iki ölkə regionda ənənəvi ailə dəyərlərini, milli mədəniyyəti, ləyaqəti, tarixi irsi qoruyur. Azərbaycan və Gürcüstanın liderlərinin və xalqlarının müdrikliyi regionumuzu yad dəyərlərdən, qeyri-ənənəvi meyllərdən və sorosçuların müdaxiləsindən xilas etdi. Azərbaycan hər zaman Gürcüstanın yanında olub, ona öz dəstəyini göstərib. Müəllifi olduğu mühüm regional layihələri Gücüstanın iştirakı ilə reallaşdırıb.

Gürcüstanın Baş naziri son 10 ay ərzində Azərbaycana üç dəfə səfər edib. Bu, iki ölkənin əlaqələrinin xüsusi xarakterini, münasibətlərin dərinliyini nümayiş etdirir.

Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşündə səfərin əhəmiyyətinə diqqət çəkib: "Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz "Gürcü Arzusu" Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm".

Dövlət başçısı deyib ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir: "Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar".

Energetika sahəsində iki ölkə arasındakı əməkdaşlığın həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıdığını söyləyən Prezident əlavə edib ki, birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatıb, bunun 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə qaz ixrac coğrafiyamız genişlənəcək.

Təbii ki, layihələrin həyata keçirilməsi, inkişaf, tərəqqi üçün stabil Cənubi Qafqazın olması çox mühümdür. Dövlət başçısı məhz bu məqamın əhəmiyyətinə toxunaraq deyib ki, "Gürcü Arzusu" partiyasının qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır.

Öz növbəsində İrakli Koxibadze deyib ki, Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir, bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq.

Baş nazir münasibətlərdə iqtisadi aspektin vacibliyinə toxunub, həyata keçirilən layihələrin strateji və iqtisadi əhəmiyyətini vurğulayıb: "İqtisadi-ticari sahə çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək".

Hökumət rəhbəri bildirib ki, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir: "Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk".

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım "525"ə deyib ki, Azərbaycan qonşu ölkələrlə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Ölkəmizin sıx partnyorluq və strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu dövlətlərdən biri də Gürcüstandır. Bu günlərdə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri əlaqələrin daha da inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.

Deputat bildirib ki, Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib: "Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycanla Gürcüstan arasında enerji sektorunda nümunəvi əməkdaşlıq münasibətləri formalaşıb. Mətbuata birgə bəyanat zamanı cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz təbii qazını Gürcüstan vasitəsilə 11 ölkəyə ixrac edir. Bu ixracın həcmi ötən il 25 milyard kubmetr təşkil edib. Gürcüstanın da təbii qazla təminatında ölkəmiz müstəsna rol oynayır. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji kəmərləri, həmçinin nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti də iki ölkə arasında sıx əməkdaşlığın göstəricisidir. Cənub Qaz Dəhlizinin reallaşdırılmasında da ölkələrimizin qarşılıqlı səyləri mühüm rol oynayır. Bununla belə, yeni layihələrin icrası da nəzərdə tutulur. Onlardan biri yaşıl enerji layihəsidir. Burada da Gürcüstan və Azərbaycan digər ölkələrlə bərabər, çox böyük və genişmiqyaslı layihənin icrasına başlayıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək. Çünki həm Gürcüstanın, həm Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan və Gürcüstan bir çox sahələr üzrə fəal əməkdaşlıq edir: "Həm beynəlxalq təşkilatlar çərçivəsində, həm də ikitərəfli formatda daim bir-birimizi dəstəkləyirik. Münasibətlərin hazırkı yüksək səviyyəsi isə tarixi ənənələrə söykənir. Əsrlər boyu xalqlarımız daim dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Bugünkü dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulub. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan və Gürcüstan Cənubi Qafqazda sülh və əməkdaşlığın təmin olunmasının tərəfdarıdır. Bu baxımdan, bölgədəki məsələlərin məhz bölgə ölkələri tərəfindən həll olunmasına maraqlıdırlar".  

Fatma Yıldırım qeyd edib ki, iki ölkə arasındakı siyasi dialoqun yüksək dinamizminə uyğun olaraq tərəflərin maraqlarına cavab verən iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. Azərbaycan şirkətləri dost ölkədəki əlverişli investisiya mühitindən bəhrələnərək tikinti, turizm, infrastruktur quruculuğu və digər sahələrə məmnuniyyətlə böyük həcmlərdə sərmayələr yönəldirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:280
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Yanvar 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see358

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see282

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see267

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see266

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see246

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see243

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see227

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see222

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see218

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see214

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see207

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see203

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see197

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see195

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see194

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see194

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see192

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see184

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri