Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

525 ci qəzet Həqiqət həqiqətənmi öldürür?

525 ci qəzet Həqiqət həqiqətənmi öldürür?

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Hər zaman fərqlilikləri, maraqlı səhnə əsərləri ilə seçilən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu dəfə də tamamilə fərqli və maraqlı premyera ilə tamaşaçıların görüşünə gəlməyə hazırlaşır. Bu dəfə teatr həvəskarları Xalq yazıçısı Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanını səhnədən izləmək şansı qazanacaqlar. Eyniadlı səhnə əsəri fevralın 15-də və 16-da saat 19:00-da nümayiş olunacaq.

Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi tamaşanın quruluşçu rəssamı Gennadi Skoromoxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Ceyran Başarandır. Səhnə əsərində Xalq artistləri Əli Nur, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Rövşən Kərimduxt, Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, aktyorlar Elnur Qədirov, İlahə Həsənova və Tural İbrahimov rol alıblar.

Kamal Abdullanın 2006-cı ildə çapdan çıxan "Sehrbazlar dərəsi" romanı oxucuların və ədəbi tənqidçilərin böyük marağına səbəb olub. Mistik əhvalatların baş verdiyi əsər paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxması və burada yaşamasından, Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının faciə ilə bitən sirli görüşündən bəhs edir. Tamaşa eyni zamanda həqiqətə çatmağa can atan insanın faciəli aqibəti haqqındadır. İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər. Tamaşa "Qisas hissi ilə yaşama" ideyasına xidmət edir, bu fikri aşılayır. Məşq prosesində iştirak etdiyimiz əsərdə rejissor Bəhram Osmanovun Karvanbaşı obrazını canlandıran aktyor Elnur Qədirova situasiyanı anlatmaq üçün söylədiyi söz bütün məşq boyunca və ondan sonra da fikrimi məşğul etdi: "Həqiqət insanı öldürür!" Görəsən, doğrudanmı belədir?

Məşqdə yaranan fasilədən istifadə edib həm yeni tamaşa, həm də məhz bu fikirlə bağlı daha geniş məlumat almaq üçün rejissora və aktyorlara müraciət etdik. Səhnə əsərinin hazırlanmasından danışan rejissor Bəhram Osmanov deyir ki, Kamal Abdullanın əsərləri maraqlı olsa da, onları səhnələşdirmək həmişə çətin olub: "Kamal Abdullanın dramaturgiya yaradıcılığı mücərrədliklərlə doludur. O, 25 ildən çoxdur ki, teatrla intensiv əlaqədədir. Onun yazdığı pyeslər teatr cameəsi tərəfindən həmişə mübahisəli qarşılanıb. Aktyorlar tərəfindən sevilsə də, o əsərləri səhnələşdirmək həmişə çətin olub. "Sehrbazlar dərəsi" həm ölkəmizdə, həm də ölkəmizdən kənarda kifayət qədər məşhur romandır. Müxtəlif dillərə tərcümə olunub. Mənə elə gəlir ki, bu gün dünyada baş verən hadisələr "Sehrbazlar dərəsi"nin roman kimi deyil, pyes kimi səhnəyə gəlməsini zəruri etdi. Kamal müəllimlə birlikdə əsərin səhnə variantı üzərində il yarım işləmişik. Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkür edirəm ki, əsərin hazırlanmasına razılıq verdi. Əsər postmodern üslubda hazırlanıb. Çalışmışam ki, bu üslubu saxlayım. Eyni zamanda romançılıq üslubunun səhnədə itməməsini, maraqlı müəllif təhkiyələrinin səhnədə səslənməsini istəmişəm. Kifayət qədər müasir, gənclərdən tutmuş yaşlı nəslə qədər müxtəlif tamaşaçı təbəqəsini maraqlandıra biləcək suallara cavab tapılmasına şərait yaratmağa çalışmışam. Burada mərhəmət, böyüyə hörmət, sevgiyə hörmət, ədalət hissi, intiqamın, intiharın, Allaha asi çıxmağın günah olduğu kimi məsələlər qabardılıb ki, bunların hər biri də 21-ci əsrdə kifayət qədər aktualdır. Üç aya yaxındır ki, məşqlər gedir. Əsərin səhnədən ötürdüyü mesaj kifayət qədər güclüdür. Yaradıcılıq işi çox çətin, böyük əmək tələb edən, amma bir o qədər də maraqlıdır. Çoxdandır belə gərgin və maraqlı yaradıcılıq atmosferi yaşamamışdım. Roman tarixi əsər kimi oxunursa, səhnədə zaman-məkan konkretliyi tamamilə itir. Bu tamaşa gənclər üçün ibrətamiz hekayətdir, yaşlılar üçün isə həyatın mənası barədə bir daha düşünmək imkanı yaradacaq. Ən əsası odur ki, sən demə, həqiqət insanı öldürürmüş. Bu, bir qədər mübahisə yarada bilər, amma əslində belədir. Həqiqət insanı yaşatmalıdır, amma öldürür.

Səhnə həllində texniki cəhətdən çətinlik çəksək də, tamamilə orijinal və fərqli həllə nail olmuşuq. Hətta əminəm ki, bir qədər mübahisələrə də səbəb olacaq. Tamaşa saat yarımlıq olsa da, enerjisi, yaşatdığı hisslər daha uzun müddət qalacaq".

Xalq artisti Əli Nur yeni tamaşanın seviləcəyinə əmindir: "Kamal Abdulla uzun illərdir ki, Akademik Milli Dram Teatrının ən yaxın dostlarındandır. O, dünya teatrını, ədəbi janrları mükəmməl bilən bir yazıçıdır. "Sehrbazlar dərəsi" romanı mistik mövzudadır. Burada zaman və məkan mücərrəddir. Canlandırdığım obraz mistik obraz olmaqla bərabər, müasir dövrümüzdəki massonluğu da yada salır. O, çalışır ki, dünya onun əlində olsun. Bəhram Osmanov əsəri çox uğurlu şəkildə səhnələşdirib, obrazlara kolorit verib. Tamaşada aktyor oyununa kömək edən musiqi, dekorasiya, geyim və sair kimi elementlər də dəqiq seçilib, hazırlanıb. Mənə elə gəlir ki, tamaşa böyük uğur qazanacaq. Həmçinin, əsəri dünyanın istənilən yerində nümayiş etdirmək olar. Çünki zaman və məkan konkret deyil. Əsəri izlədikcə sanki sehrli bir dünyaya səyahət edirsən".

Aktyor Elnur Qədirov deyir ki, bu dəfəki tamaşa özünün mistikası ilə fərqlənir: "Düşünürəm ki, tamaşaçı bu dəfə tamamilə fərqli, maraqlı və qeyri-adi əsər izləyəcək. Bir aktyor kimi özümüz üçün də çox maraqlıdır. Məşq prosesi çox maraqlı gedir. Əslində, biz məşqə çıxarkən düşünürük ki, tam gücümüzü sərf etməyək, "yarımayaq" edək. Amma heç cür alınmır. Səhnəyə çıxandan sonra hər şey dəyişir. Romanı oxumuşam, amma rejissorumuz Bəhram müəllimin yozumu fərqlidir və inanıram ki, romanı oxuyan insan tamaşaya baxarkən fərqli əsərlə qarşılaşacaq. Mən Karvanbaşı obrazını ifa edirəm. Bu insan çox narahatdır, daim həqiqət axtarışındadır. Əsər isə bizə anladır ki, mənəvi rahatlıq tapmaq üçün keçmişdə qalmaq, onu eşələmək lazım deyil. Bu gün və gələcəklə yaşamaq lazımdır".

Aktrisa İlahə Həsənova üçün isə Kamal Abdulla yaradıcılığı ilk deyil: "Bu, artıq Kamal müəllimin üçüncü əsəridir ki, rol alıram. Ona görə də bu atmosfer, Kamal müəllimə xas xüsusi danışıq dili mənim üçün yad deyil. Onun özünəməxsus danışığı var ki, sən səhnədə onu hərəkətə, emosiyaya çevirə bilməsən, havada qalacaq, anlaşılmayacaq. "Sehrbazlar dərəsi" romanını oxuyanda düşündüm ki, bu necə səhnələşdiriləcək? Amma səhnələşdirmə də çox maraqlıdır. Romandan, demək olar ki, heç nə itməyib. İfa etdiyim Pərinisə öz düşmənini sevən gənc qızdır. O bu sevginin qurbanı olur. Əslində isə belə olacağını bilə-bilə sevir, sevgisinə sahib çıxır".

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:287
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri