Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

525 ci qəzet Həqiqət meyarına söykənən poeziya

525 ci qəzet Həqiqət meyarına söykənən poeziya

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xalq şairi Nəriman Həsənzadə şair, publisist, dramaturq, tərcüməçi, nasir kimi çoxşaxəli yaradıcılığa malik, elmi, pedoqoji, ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan tarixində mühüm rolu olan bir ziyalıdır. Cəmiyyətin düzgün formalaşmasında, vətən sevgisinin  insanların ürəyində alova çevrilməsində poeziyanın, onu yaradan şairin, yaşadan oxucuların rolu az deyildir. Bu mənada Nəriman Həsənzadənin şeirləri ilə bərabər, geniş diapazonlu yaradıcılığı ötən əsrin yarısından üzü bəri söz, fikir müstəvisində xalqın, vətənin, dövlətin müdafiəçisinə, enilməz əsgərinə çevrilir. Şair özü isə filosof, tarixçi, ədəbiyyatşünas alim, xalq diplomatiyasının müdrik, uzaqgörən, səmimi və yüksək mənəviyyatlı şəxsiyyəti təsiri bağışlayır. O, yaradıcılığın hansı sahəsindən və dünyanın hansı ölkəsində qələmə güc, sözə qüvvət verməsindən asılı olmayaraq əsl azərbaycanlı kimi həqiqət meyarına söykənir.      

Xəlqilik, folklora bağlılıq Xalq şairi Nəriman Həsənzadənin kiçik yaşlarından başlayan ta istedadının işığı ilə yarıb keçə bildiyi zülmətli və əzablı uzun bir dövrü, ömrünün yetkin və müdrik çağlarında qazandığı uğurları ilə yoğrulan yaradıcılığının başlıca xüsusiyyətlərindən biridir. Həmişə xalqının, millətinin ən sadə təbəqəsinin əhatəsində olması onu insanların dərd-sərini, istək və arzularını yüksək intellektə malik ziyalıdan tutmuş ucqar kənd adamına qədər başa düşəcəyi bir dildə yazmasına əsas zəmindir.

Nəriman Həsənzadə Ağstafa rayonunun Poylu kəndində dəmiryolçu ailəsində anadan olub. Yaradıcılığı folklorumuzdan qaynaqlanır. 70 illik yubileyi ilə bağlı verdiyi müsahibədə şair belə deyir:

"Kəndimizdə Çoban Əfqan adında bir kişi olub. O, Kür qırağında heyvan otararmış. Bir gecə həmin çoban anamın yuxusuna girib deyir: "Sənin oğlun şairdi, ona ilhamı mən verirəm. Oğluna denən, mənə bir şeir  yazsın". Başqa bir müsahibəsində isə: "6-cı sinifdə oxuyanda "Ağlaram" adlı şeir yazdım. Vidadinin şeirinə nəzirə. Elə indi də ağlayıram". - cavabını verir. Kiçik ikən atasız qalan, anasının bişirdiyi sac çörəyini satmaqla ailəsinə kömək edən Nəriman həyatın acılarını ürəyindən sızan misralara boşaldır. 

40-cı illərdə iki onillik boyu türkçülüyü, azərbaycançılığı, islam dəyərlərini məhv etmək üçün kifayət qədər iş görən sovetlər, akademik İsa Həbibbəylinin təbirincə ifadə etsək, "Azərbaycan ziyalılarının hamısına birmənalı şəkildə yalnız ideoloji funksiya yerinə yetirən vasitə kimi" baxıldı. Şair və yazıçıların qütbləşdirilməsi, bir-birinə qarşı qoyulması ideoloji şüarlarla pərdələnirdi. Əsasən feodal zülmündən, xanlıqlar dövrünün hərc-mərcliyindən giley-güzar, millətin keçmişindən doğan kədər və ümidsizlik mövzusunda yararlı nümunələr təbliğ olunurdu! Yəni bu milləti yalnız sovet quruluşu "aydınlığa" çıxarıb ideyasına güc verilirdi. 

Bir əsr ömür sürən Molla Vəli Vidadi Səfəvi bəylərindən nüfuzlu ailənin varisi idi. Allah-təala aşığa hər şey verir, - var, sərvət, istedad, uzun ömür! Məhz belə nüfuz sahibinin keçmişi lənətləməsi sovetlərin xeyrinə işləyirdi. Gənc Nəriman bu siyasi riyakarlığı anlaya bilməzdi. Anasının, sonradan özünün Çoban Əfqanı yuxuda görmələri buta verilməsi mifoloji amillə bağlıdır: "70 yaşıma çatanda onu yuxuda gördüm. Ortayaşlı, saqqallı bir kişi "Çoban əfqan mənəm" dedi, - damcılı bulaqdan bir dolça su doldurub mənə uzatdı ki, iç". Buta adətən dastanlarda süjet xəttinə daxil mifoloji hadisə kimi sevənlərin münasibətlərinin ilkin mərhələsində yuxu vasitəsi ilə gələn sədadır. Mənasının dərinliyi daşıdığı "sirli yaddaşın" kibernetik xüsusiyyətlərdən irəli gəlir. "Buta" haqqında semantik anlamlar onun görünən tərəfidir. Nəriman Həsənzadə Çoban Əfqanı unuda bilmir, sonradan onun bir neçə şeirini toplayıb çap etdirir. Qəribədir ki, kənd çobanının da şeirlərinin biri məhz "Ağlaram" adlanır.

Varlılar alandı, biz də satılan

Ünüm asimana yetər ağlaram.

3 yaşında ilk şeiri məktəbin divar qəzetində işıq üzü görən N.Həsənzadə ədəbiyyatı, folkloru yaxşı mənimsəmişdi. "Ağlaram" qoşması da dərd yükünü daşımağa alışmış, həm də oxumağa maraq göstərən Nərimanın ürəyinə yatmışdı. Nəriman bu şair "ağlama"sında özünün, həmkəndlisinin taleyini görürdü.

Hər bir şairin yaradıcılığında folklor motivlərini təhlil etmək üçün ilk növbədə onun həyat və fəaliyyətinə təsir edəcək başlıca amilə - dövrə və mühitə, özü də zamanın reallıqlarına vararaq diqqət yetirilməlidir! Bu mənada xalq şairinin uşaqlığı repressiya, yeniyetməliyi müharibə illərinə təsadüf edib, gəncliyi siyasi təlatümlərdə keçib, istedadının çağladığı illərdə isə sevimli Sarasının mənəvi sarsıntılarını yaşayıb. 

Şairin yaradıcılığını təhlil edən professor Buludxan Xəllov yazır: "N.Həsənzadə öz butası ilə ədəbiyyatımıza gələn, ilham pərisi bu butadan qaynaqlanan və ədəbi taleyi təbii olan sənətkarlarımızdan biridir".

Onun böyüyüb boya-başa çatdığı, ilk təhsilini aldığı mahal sazlı-sözlü olması ilə fərqlənirdi. Təbii ki, yaradıcılığının qaynayan dövrü Bakı mühiti ilə bağlıdır. O, burada istedadlı şairlərin əhatəsində oldu, İsmayıl Şıxlı, Mir Cəlal Paşayev kimi böyük yazıçılarımızın qayğısını üzərində hiss elədi, Osman Sarıvəlli, Xəlil Rza, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə... ilə dostluq münasibəti yaranır. Yazdığı şeirlər dillər əzbəri olur. Yaradıcılığına maraq da əsasən nəzm və nəsr əsərlərinin dil sadəliyi, məntiq, məna və rəng çalarları şeirlərinin başlıca leytmotividir. Atalar sözləri və məsəllər, dastan motivləri, deyimlər folklorumuzdan qaynaqlanır.  

N.Həsənzadə kitablarının qiymətdə hamıya əlçatan olmasını istəyir. Çünki şeir gecələrində, oxucularla görüşlərində necə sevildiyini, yaradıcılığına maraq göstərildiyini hiss edirdi. Lakin "ucuz ətin şorbası olmaz" atalar sözünü N.Həsənzadə öz kitablarına aid etmək istəmir:

"Mənim kitabımı ucuz eyləyin,

tələbələr üçün, fəhlələr üçün,

hardasa, lap kasıb bir nəfər üçün,

maaşı aşağı olanlar üçün,

şəhərdə kirayə qalanlar üçün,

çörək qiymətinə, duz qiymətinə,

qoy sonra qalxsın o öz qiymətinə".

"Kitablarımı ucuz eyləyin" ifadəsinin çörək və duz qiymətində mənaca ən böyük dəyərini verir. Məlumdur ki, folklorumuzda çörək və duza verilən qiymət çox yüksəkdir. Şair də bu münasibətdən məharətlə bəhrələnir. Budur Nəriman Həsənzadə şeirinin hikməti!

Elə taleli yaradıcı insanlar var ki, onların həyatı məhəbbət və ya faciə dastanları üçün əsl mövzu ola bilər. Acı talelər yaşamış Müşfiq-Dilbər, Cavid-Müşkinaz, Əhməd Cavad-Şükriyyə cütlüklərinin, Nəriman Həsənzadə-Sara sevgisinin timsalında dastana dönmüş talelər ədəbiyyatşünaslığın, bütövlükdə tariximizin ən zəngin səhifələrindəndir. Professor B.Xəlilov əmin olduğunu bildirir ki: "Dastan yaradıcılığı üçün adətən belədir: hadisələr bir müddət xalqın hafizəsində yaşayır, dildən-dilə keçir, dastan şəklinə düşür. Xalq öz istək və arzularını da əlavə etməklə "Nəriman və Sara" dastanını yaradacaq, heç şübhəsiz, onun variantları da formalaşacaqdır".

N.Həsənzadə etiraf edir ki, Sara xanımla 26 illik birgə yaşayışı zamanı, yəni sağlığında ona şeir həsr etməyib. Xanımının əlacsız halı və cismani yoxluğu ona sevgi dolu kədərli şeirlər yazdırır. Xəstənin qızdırmalı olması el deyimində "od tutub yanmaq", "alışıb yanmaq" və s. müxtəlif cür səsləndirilir. Şair "Kaş o deyən olsun" şeirində bunu öz təxəyyülü ilə yozur:

Yanır meşələrin cökəsi kimi,

közərə-közərə hərdən həsdəyir.

Bəxti yıxılıbdı kölgəsi kimi,

Özü ayaq üstə durmaq istəyir. (Səh. 40)

"Bəxti ayaq üstə olmaq", "bəxti yeyin" kimi xalq deyimləri dilimizdə yer almış ifadələrdəndir. Şair folklordan bəhrələnərək gözəl şeir yaradır. "Taleyim" şeirində buna rast gəlirik:

Heç igiddən bəxtin üzü dönməsin,

ocağının odu-közü sönməsin.

Gözə kölgə, üzə bulud enməsin,

yalvardıqca qan-qan deyir taleyim.  (41)

Şeirin üç misrası alqış, son misrası özündə dərin mənalı ağı kimi səslənir. Şairin təbirincə, insan gözü kölgəli, üzü tutqun olmasın. H.Həsənzadəni bu hala gətirən onun günahları yox, can sirdaşının çarəsiz durumudur. Şair o dərəcədə milli şairdir ki, onun hər bir şeirində bu və ya digər mənada folklor motivləri tapmaq olar, o qədər xəlqidir ki, onun şeirlərinə hopan fikirlər zərbi-məsələ çevrilə bilər. Bu prosses xalq şairinin yaradıcılığına hər dəfə müraciət etdikcə üzə çıxa bilər. "Gözə gətirdim səni" şeirinin sərlövhəsindəki folklora müraciət şeirin sonundakı misra ilə yekunlaşır:      

"Gərək gizli saxlasın

 insan məhəbbətini.

Gör harda biz unutduq

bizim el adətini". - misraları kimi. 

(səh 42)

N.Həsənzadənin şeirlərində "xəstədir xəstəyə baxan", "doldurub dolçamızı, tez dalımca su atdın", "kitab da bir ömrün vəsiqəsidi", "yazana min rəhmət, deyənə əhsən", "baş saxlayıb başsızlara baş əyənlər" və s. kimi xalq deyimlərinə hər bir şeirində rast gəlmək olar. Bu misralarda xalqın ruhu aşkar hiss olunur, ancaq bu ruh xalq şairinin istedadında zənginləşir, bədiiləşir, məzmun və məna vəhdətini özündə-sözündə yoğurub oxucuya təqdim edir.

Gözümün ağı sən, qarası torpaq

Gör harda bükdülər ağı qaraya!

("Zülmətdə işıq", s. 70)

lll

Ha yalvardım, ha çağırdım, ay Sa..ra!..

Darıxmağa həyanımız, a laylay,

ayrı düşən ünvanımız, a laylay!

 ("Laylay", səh. 81)

lll

İkinci sırada şairlər gələr

birinci sırada peyğəmbər olsa!

("Şeyxim", s. 143)

N.Həsənzadə bütün yaradıcılığı boyu xalq yaradıcılığına, folklora müraciət edir, milli adət-ənənələrə sadiq qalmağı, elə-obaya söykənməyi məsləhət bilir. Onun nəsihətamiz şeirləri çağdaş Azərbaycan ədəbiyyatının ayrılmaz bir parçasıdır, çünki özü demişkən:  

Bir insan ömrünü girov qoymuşam,

Bir şair ömrünü yaşatmaq üçün!

Xalq şairinin mənalı ömrü onun səmimi şeirlərində, çoxşaxəli yaradıcılığında daim var olub, var olacaqdır.

Mahir CAVADLI
AMEA Folklor İnstitutu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Fevral 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri