Icma.az
close
up
RU
525 ci qəzet Hər kəs “Sehrbazlar dərəsi”nin sehrli aurasına düşmüşdü...

525 ci qəzet Hər kəs “Sehrbazlar dərəsi”nin sehrli aurasına düşmüşdü...

525.az saytına istinadən Icma.az xəbər verir.

Teatr qarderobdan başlayır deyirlər. Niyə demirlər ki, repertuardan başlayır? Bütün teatrlarımız, xüsusən, Akademik Milli Dram Teatrı repertuar seçiminə həssaslıqla yanaşır, premyeralarla əvvəlki illərdə nümayiş olunan tamaşaların təkrar nümayişi arasında özünəməxsus bir silsilələnmə təşkil edir.

Fevralın 15-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirildi.

Növbəti gün - fevralın 16-da isə tamaşa təkrar nümayiş etdirildi. Tamaşaya iki gün ərzində mədəniyyət naziri Adil Kərimli, Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli, ADA universitetinin rektoru Hafiz Paşayev, Prezident Administrasiyasının məsulları Fərəh Əliyeva və Ədalət Vəliyev, eləcə də digər tanınmış və nüfuzlu şəxslər tamaşa etdi.

Sözügedən tamaşaya baxmaq xoşbəxtliyi bəndənizə də qismət oldu.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Gennadi Skomoroxov, bəstəkarı Xalq artisti Siyavuş Kərimi, səhnə hərəkəti və plastika üzrə mütəxəssisi Əməkdar artist Bəhruz Əhmədli, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

Tamaşada Elnur Qədirov (Karvanbaşı), Elçin Əfəndi (Səyyah Sehrbaz), Əməkdar artist Rövşən Kərimduxt (Cəllad Məmmədqulu), aktrisa İlahə Həsənova (Pərnisə), Əməkdar artist Mətanət Atakişiyeva (Qarı), Xalq artisti Əli Nur (Seyid Sarı), Xalq artisti Kazım Abdullayev (İbrahim Ağa), Əməkdar artist Kazım Həsənquliyev (Ağ dərviş) çıxış ediblər.

Əlbəttə ki, Xalq yazıçımızın trilogiyasını - həm “Yarımçıq əlyazması”, həm “Sehrbazlar  dərəsi”, həm də “Unutmağa kimsə yoxdur” romanlarını oxuyan və oxuyub da sevən hər bir kəs bu ədəbi şedevrlərin səhnə təcəssümünün necə olacağı barədə düşünürdü. Bəri başdan qeyd edim ki, tamaşa alındı, hər iki gün anşlaq oldu, gur alqışlar səngimək bilmədi.

Tamaşa həqiqətə çatmağa can atan insanın sonda faciəli aqibəti haqqındadır - mistik əhvalatların baş verdiyi səhnə əsəri paralel dünyalar arasındakı ahəngdən, atası Cəlladbaşını axtaran Karvanbaşının taleyin hökmü ilə Sehrbazlar dərəsinə gəlib çıxmasından, burada ömür edən Ağ dərvişin və hər iki dünyada yaşayan Səyyah sehrbazın çağırdığı ruhla Karvanbaşının sonu faciə ilə bitən sirli görüşündən bəhs edir.

İnsan həqiqəti öyrənməyi çox arzulayır, buna çox tələsir, amma unudur ki, bu yolun sonunda, mənzil başında onu fəlakət və bədbəxtlik də gözləyə bilər. Ona görə də yaşam qaydası özünü hər bir şeyə hazırlamaq, ən böyük sürprizlər qarşısında belə döyüküb qalmamaq, həyatın atdığı badalaqlardan yıxılıb yerdə qalmamaqdır. Bir də ki, bütün həqiqətləri bilməkdən yan keçmək.

Tamaşa səhnəsindəki duman effekti, çox canlı görünən daş qaya dekorasiyaları və əsrarəngiz fon musiqisi tamaşaya xüsusi bir magizm və məzmun qatırdı. Təbiət hadisələri effektləri - göy çaxması, yağış yağması, göydən daş və ulduz yağması da uğurlu idi.

Tamaşanın növbəti nümayişi fevralın 27-də olacaq. Və mən bütün teatrsevənləri, Kamal Abdullasevənləri məmnuniyyətlə tamaşaya baxmağa dəvət edirəm.

“Sehrbazlar dərəsi”nə siz də ayaq qoyun. Çox şeylər əxz edəcəksiniz.

Könül, “Ədəbiyyat və incəsənət”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri