Icma.az
close
up
RU
Müharibə və ya sülh: Bu görüşdə həll olunur

Müharibə və ya sülh: Bu görüşdə həll olunur

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Rusiya, Ukrayna və ABŞ Birləşmiş Ərəb Əmirliklərində danışıqlar aparır. 

“Cebheinfo.az” xəbər verir ki, məlumatı Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi yayıb. Rəsmilərin sözlərinə görə, bu, Moskvanın təxminən dörd il əvvəl tammiqyaslı işğala başlamasından bəri hər üç ölkənin qatıldığı ilk görüşdür.

Kreml Prezident Vladimir Putin və ABŞ nümayəndələri arasında Moskvada keçirilən görüşdən sonra Rusiya rəsmilərinin danışıqlarda iştirak edəcəyini təsdiqləyib.

Rusiya bu danışıqları "hər cəhətdən faydalı" adlandırıb, lakin ərazi məsələləri həll olunana qədər uzunmüddətli sülh razılaşmasının əldə edilə bilməyəcəyini bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabi danışıqları barədə "Ümid edirəm ki, müharibəyə son qoymaq üçün bir addımdır",- deyib.

Kremlin köməkçisi Yuri Uşakov danışıqların " konstruktiv və çox səmimi" olduğunu söyləyib, lakin ərazi məsələləri həll olunmadan davamlı sülh üçün hər hansı bir razılaşmanın mümkün olmayacağını təkrarlayıb:

"Buna nail olana qədər Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərini ardıcıl olaraq həyata keçirməyə davam edəcək”.

Uşakov əlavə edib ki, Putin Rusiyanın diplomatik həll yolu ilə səmimi maraqlanır.

O, ötən il Tramp və Putin arasında Alyaskada keçirilən sammitə istinad edərək "Ərazi məsələsi Ankoricdə razılaşdırılmış formulaya uyğun olaraq həll edilmədən uzunmüddətli razılaşmaya nail olmaq ümidi yoxdur",- deyib.

Davosda Trampla görüşdükdən sonra Zelenski Əbu-Dabidə danışıqlardan əvvəl şərqi Ukraynadakı ərazinin gələcək statusunun həll olunmamış məsələ olaraq qaldığını açıq şəkildə bildirib.

"Hər şey torpaqla bağlıdır. Hələ həll olunmamış məsələ budur", - deyə Zelenski Davosda jurnalistlərə bildirib.

O  əlavə edib ki, ruslar kompromislərə hazır olmalıdırlar:

"Donbas əsas məsələdir. Əbu-Dabi danışıqları müharibəyə son qoymaq üçün bir addımdır. Amma fərqli şeylər baş verə bilər”.

Ərazi mübahisəli məqamlara Rusiyanın Ukraynanın Kiyevin hələ də nəzarətində olan Donetsk bölgəsinin 25%-ni təhvil verməsi tələbi daxildir.

Rusiya tərəfindən Əbu-Dabidəki nümayəndə heyətinə Rusiyanın Baş Kəşfiyyat İdarəsinin direktoru general İqor Kostyukov rəhbərlik edir.

Zelenski ötən ay ABŞ-nin müharibəyə son qoymaq üçün 20 maddəlik planının 90%-nin hazır olduğunu və Ukraynanın Şərqi Ukraynadakı Donbas məsələsindəki mövqeyinin Rusiyanın mövqeyindən fərqli olduğunu bildirmişdi.

O, Donbasda iqtisadi zona yaratmaq üçün qoşunları bölgədən 40 km (25 mil) məsafəyə qədər geri çəkməyi təklif edib.

ABŞ-nin Ukraynanın sənaye mərkəzi olan Donbas üçün təklifi Kiyev üçün təhlükəsizlik zəmanətləri müqabilində silahsızlaşdırılmış və azad iqtisadi zona yaratmaqdır.

Zelenski Davosda jurnalistlərə bildirib ki, razılaşma əldə olunacağı təqdirdə Ukrayna üçün ABŞ təhlükəsizlik zəmanətləri barədə Trampla razılığa gəlib.

O, təfərrüatı açqılamayıb, lakin imzalanmadan əvvəl bunun ABŞ Konqresi və Ukrayna parlamentinə təqdim edilməli olduğunu bildirib.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri