Icma.az
close
up
RU
525 ci qəzet İşləri gücləri sənət

525 ci qəzet İşləri gücləri sənət

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İncəsənət insanın özünüifadəsi üçün ən əhəmiyyətli vasitələrdəndir. Sənət bəzi insanların işinə, bəzilərinin isə hobbisinə və yaxud istirahət vasitəsinə çevrilir. Əslində incəsənətin bütün sahələri bir-birilə sıx bağlıdır və sənətşünaslar da zaman-zaman bunu xüsusi vurğulayırlar. Məsələn, musiqinin teatr və kino ilə əlaqəsini qeyd edə bilərik. Demək olar ki, bütün tamaşa və filmlərdə hisslərin tamaşaçıya daha güclü ötürülməsi üçün musiqidən istifadə olunur. Dünyaca məşhur rejissor Stenli Kubrikin filmlərində, rəssamlıqdakı kimi, işıq və kompozisiyaya ciddi əhəmiyyət verməsinin səbəbi onun fotoqrafiyaya dərin marağından irəli gəlir. "Pianoçu" filmi ilə daha da məşhurlaşan Roman Polanskinin də rəssamlıq və heykəltaraşlığa böyük marağı olub. Hətta rejissor olmazdan əvvəl sənətkarın bu sahə üzrə təhsil aldığı bilinir. Dünyada belə nümunələr çoxdur. Bəs Azərbaycan sənətçiləri necə? Öz sahələrindən başqa,  incəsənətin hansı növləri ilə xüsusi maraqlanır və sənət aləmindəki yenilikləri təqib edə bilirlərmi?  Sənətçilərimiz bu sualları "525-ci qəzet"in "İşləri-gücləri sənət" rubrikasında cavablandırırlar.

"İNDİKİ MÜĞƏNNİLƏRİN İFALARI MƏNİM RUHUMA UYĞUN DEYİL"

Azərbaycan Dövlət Kukla Teatrının quruluşçu rejissoru, ssenarist Səidə Haqverdiyeva rəssamlıq sənətinə xüsusi maraq göstərdiyini deyir: "Amma təəssüflər olsun ki,mənim belə bir qabiliyyətim, istedadım yoxdur, heç vaxt da buna cəhd etməmişəm. Bacım qızı rəssamdır. Bəzən o, bir əsər üzərində işləyəndə heyranlıqla baxıram. Uşaq vaxtı rəqslə məşğul olmuşam, piano dərsi almışam".

Həmsöhbətimiz keyfiyyətli musiqiləri dinləməyə üstünlük verdiyini, müasir dövrdə yazılan mahnıların onun zövqünə xitab etmədiyini bildirir: "Müasir müğənnilərdən heç kimin yaradıcılığını yaxından izləmirəm. Sonuncu dəfə bəstəkar Vüqar Camalzadənin yaradıcılıq gecəsində iştirak etmişəm. Olduqca maraqlı konsert proqramı hazırlanmışdı. Açığını deyim, müasir dövrün musiqiləri, indiki müğənnilərin ifaları mənim ruhuma uyğun deyil. Hələ də ötən əsrin sənətkarlarının ifalarını dinləyirəm. Rübabə Muradova, Nərminə Məmmədova, Polad Bülbüloğlu, Akif İslamzadə və Oqtay Ağayev ən çox dinləyib-sevdiyim sənətkarlardır. Onları dinləyəndə ruhum dincəlir. Nərminə Məmmədovanın xüsusi vurğunuyam. Mən onun ifasını əvvəllər də eşitmişdim. Ancaq Azərbaycan radiosunda səhər verilişinin aparıcısı işlədiyim dövrdə onun sənətinin, səsinin vurğununa çevrildim və tez-tez dinləməyə başladım".

S.Haqverdiyeva ədəbiyyatla da çox maraqlanır: "Cəfər Cabbarlı, Əhməd Cavad yaradıcılığını xüsusilə sevirəm. Müasir yazıçılarımızın bəzilərini izləyirəm. Yəni təqdimatlara dəvət ediləndə gedirəm və kimin kitabını alıramsa, onu mütləq şəkildə oxuyuram. Olub ki, hansısa yazıçının bir hekayəsini, bir romanını bəyənim. Amma bütün əsərlərini, yaradıcılığını bəyəndiyim, yeni əsərinin yolunu səbirsizliklə gözlədiyim müasir yazıçı yoxdur".

"GƏNC YAZARLARIN YARADICILIĞINA MARAĞIM VAR"

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Aygün Fətullayeva musiqi, rəqs sənətinin incəsənətin digər sahələrindən ona daha yaxın olduğunu söyləyir: "Musiqini, rəqs sənətini sevirəm. Qiraət sənətini, bu işlə məşğul olan sənətçilərin yaradıcılığını imkan düşdükcə izləyirəm. Özüm də şeir söyləməyi çox sevirəm. Gənc yazarların yaradıcılığına marağım var. İstedadlı gənc yazarlarımız yetişib. Fürsət olduqca onların səhnəyə qoyulan tamaşalarına da gedib baxıram. Mədəni tədbirlərə gəlincə, sonuncu dəfə Səttar Bəhlulzadənin yubileyinə həsr olunan sərgidə iştirak etmişəm".

Günel MUSA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri