Icma.az
close
up
RU
525 ci qəzet Təsviri sənət üçün ilham qaynağı: Üzeyir Hacıbəyli obrazı

525 ci qəzet Təsviri sənət üçün ilham qaynağı: Üzeyir Hacıbəyli obrazı

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şəmsiyyə ZALOVA
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı

Milli musiqi mədəniyyətimizin tərəqqi tarixində misilsiz xidmətləri olan böyük bəstəkar Üzeyir bəy Hacıbəyli və onun zəngin bədii irsi rəssam, heykəltaraş və digər yaradıcı ziyalılarımızı ilhamlandıran ən başlıca mövzular sırasındadır. Bir çox sənətkar dahi Üzeyir bəyə və onun əsərlərinə ithafən dəyərli sənət nümunələri ortaya çıxarmaqla sonsuz məharət göstəriblər.

Rəssam Mikayıl Abdullayevin portret yaradıcılığı Üzeyir Hacıbəyli mövzusunda da olduqca məhsuldar alınıb. O, bəstəkara bir neçə portret həsr etmiş, Üzeyir bəy dühasının böyüklüyü haqqında ən dəqiq konturları da, zənnimcə, məhz o verə bilmişdi. Portretlərin müvəffəqiyyəti isə rəssamın canlı natura müşahidəsi ilə izah olunur. 1943-cü ildə yaradılmış, sadəliyi, səmimiliyi, mənəvi zənginliyi ilə tamaşaçının qəlbinə yol tapan Üzeyir Hacıbəyli portreti rəssam M.Abdullayevin mühüm nailiyyəti idi. Portretin ərsəyə gəlməsi ilə bağlı rəssam "Yazılarım" adlı xatirəsində bildirir: "Yadımdadır, 1943-cü ildə C.Cabbarlı adına Azərbaycan Teatr Muzeyinin açılışına hazırlıq görülürdü. Muzeyin ekspozisiyasında böyük bəstəkarımız Üzeyir Hacıbəylinin portreti olmalı idi. Bu şərəfli iş bu sətirlərin müəllifinə tapşırıldı. Mən portreti naturadan çəkmək niyyətində idim. Üzeyir bəyin bu işə razılıq verməsi xəbəri mənə çatanda sevinc qarışıq həyəcan keçirməyə başladım. Konservatoriyanın direktoru Üzeyir bəyin kabinetində, pəncərə qabağında iş yerimi rahatlayaraq molbertin ayaqlarını açıb qurdum və rəngləri sahmanladım. Lövhə üçün hazırladığım çərçivəli kətanı üçayaqlı molbertə bənd etdim. Divardan asılan qədimi saatın zəngi on dəfə çaldı. Üzeyir bəy kabinetə daxil olanda mən cəld ayağa qalxdım və biz ehtiramla salamlaşdıq. Sonra o, kresloya əyləşdi və əllərini kreslonun qolları üstünə qoyub soruşdu: "Necə oturmalıyam?" Mən tez cavab verdim: "Elə bu cür, oturduğunuz kimi sərbəst".

Kompozisiyanın mərkəzində görkəmli bəstəkarın məğrur surəti yüksəlir. Rəssamın qəhrəmanı yaratmaq eşqi ilə yaşayan bir sənətkardır. Gərgin zehni əməyin və yaradıcılıq prosesinin nəticəsində yaranmış bu portretdə dahi şəxsiyyətə böyük hörmət və məhəbbət açıq-aydın hiss olunur. Rəssam bu əsərində canlı naturanın real xassələrini təcəssüm etdirməklə və boyaların ahəngi vasitəsi ilə bədii formanın orijinallığına nail ola bilib.

M.Abdullayev həcm etibarilə çox da böyük olmayan bu tablonu üç-dörd günə bitirmiş və muzeyin tələsməsinə baxmayaraq, portreti çox bəyənən bəstəkara bağışlamışdı. Lakin rəssam tezliklə muzey üçün ikinci, daha böyük portret üzərində işləməyə başladı. Üzeyir bəy rəssama növbəti dəfə də böyük məmnuniyyətlə poza vermişdi. İkinci portretdə dahi bəstəkar kabinetindəki iş masasının arxasında əyləşib, əllərinin barmaqlarını bir-birinə keçirib.

Sənətkar, bəlkə də, yeni bəstələdiyi əsərindən indicə ayrılıb. Tünd koloritli bu portretdə bəstəkarın üzü və əlləri işıqlandırılıb, onun təmkinli siması, düşüncəli nəzərləri həssaslıqla canlandırılıb. Bu cəhətlərə istinad edən rəssam dahi bəstəkarın portretini romantik səpkidə yaradıb, onun şəxsiyyətinə xas əzəməti, musiqiylə yoğrulmuş ruhunu ifadə etməyə müvəffəq olub.

M.Abdullayev 1944-cü ildə növbəti portreti işləməyə başlayıb. Bu portret üçün Üzeyir bəy özünün ən çox xoşuna gələn fotoşəkillərindən birini rəssama bağışlamışdı. Rəssam bu fotoşəkilin köməyi ilə portreti uğurla tamamlayıb.

Böyük rəssam Tahir Salahov da portret janrında ardı-arası kəsilmədən axtarışlar aparıb, cismani və mənəvi gözəlliyi ahəngdar şəkildə birləşdirən surətləri nəqş etməyə çalışıb. "Portretlərimin hamısı mənim üçün əzizdir. Çünki onlar mənim doğmalarımın, sevdiyim insanların, əsl sənətkarların portretləridir. Mən o əsərləri sahiblərinə görə çox sevirəm, zəhmətimə görə yox" - deyən rəssamın özünəməxsus "sərt üslub" unda yaratdığı daha bir parlaq obraz Üzeyir Hacıbəylidir. Lakin sənətkar bu portretində öz üslubunu sadəcə təqlid etməmiş, onu novatorcasına zənginləşdirməyə çalışmış və buna müvəffəq olmuşdu. Kəskin profildən təsvir edilmiş görkəmli bəstəkar nəzərlərini qarşısındakı not vərəqlərinə dikib.

O, sanki bütün diqqətini cəmləyərək yenicə bəstələdiyi musiqi əsəri haqqında düşünür. Rəssam bu dəfə də təsvir etdiyi şəxsin xarici bənzəyişini verməklə kifayətlənməyib, obrazın daxili aləmini aşkara çıxarmağa xüsusi səy göstərib. T.Salahov, hər zaman olduğu kimi, bu portretində də təsvir etdiyi obrazın fəaliyyətinə işarə edən önəmli motivlərə xüsusi əhəmiyyət verib. Misal üçün, fona royal əlavə etməklə əsərin məzmununu daha dərin və mənalı göstərməyi bacarıb. Sərbəst rəng yaxıları vasitəsi ilə təsvirin həcmli alınmasına nail olub. Sərt cizgilər, tünd rənglər yenə də T.Salahovun rəsm əsərinin əsas bədii ifadə vasitəsidir. Seçilmiş mövzu, bəstəkarın o andakı vəziyyəti və rənglərin dolğunluğu rəssamın bu əsərində bir-birini uğurla tamamlayır.

Ü.Hacıbəylinin təsviri sənət sahəsində portretləri ilə yanaşı, monumental heykəlləri, büst heykəlləri, dekorativ səciyyəli portret qabartmaları da işlənib. Bu baxımdan, bəstəkarın Azərbaycan heykəltaraşlığının aparıcı inkişaf tendensiyasını müəyyən edən təsvirləri içərisində sənətkar Tokay Məmmədov tərəfindən hazırlanan heykəl və büst heykəlləri xüsusi əhəmiyyət yer tutur.           T.Məmmədovun ailəsində Ü.Hacıbəylinin adı həmişə dərin ehtiramla anılıb. Heykəltaraşın anası Zivər xanım gənc yaşlarında skripka çalıb və Ü.Hacıbəylinin dirijorluq etdiyi türk musiqi qrupuna ilk skripkaçı kimi qəbul olunub. Eyni zamanda ilk peşəkar qadın heykəltəraşımız olan Zivər xanım Üzeyir bəyi, ona poza verməsi üçün razı sala bilmiş, bununla da dahi bəstəkarın belə bir imkan yaratdığı yeganə heykəltəraş olmuşdu.

Ü.Hacıbəylinin Bakı Musiqi Akademiyasının qarşısında, kresloda əyləşən klassik abidəsi bir çoxumuza doğmadır. T.Məmmədovun quraşdırılmış ilk monumental abidəsi məhz bu heykəldir. Abidədə dahi bəstəkar yaradıcılıq məqamında təsvir edilib. Sənətkarın məğrur oturuşu ilk baxışdaca nəzərimizi cəlb edir. Onun bir ayağını digərinə nisbətən önə atması, əlini çənəsinə söykəməsi, obrazın ifadəliliyini gücləndirən geyiminin düzgün seçilməsi, eyni zamanda abidənin dəqiq proporsiyası kimi detallar fiqura daha da möhtəşəmlik, obraza qətiyyət qazandırıb. Bəstəkarın əlindəki not vərəqləri isə onun öz işinə olan məhəbbətinin simvolu kimi qəbul olunur.

Dahi bəstəkarın bu heykəlini izlədikdə belə qənaətə gəlirik ki, iri ölçü monumental əsərin təsir gücünü müəyyən edən yeganə meyar deyil. Əslində monumentallıq yalnız əsərin fiziki parametrləri ilə yox, ifadə olunan obrazın mənəvi aləmi ilə ölçülür.

Azərbaycan milli heykəltaraşlıq məktəbinin görkəmli nümayəndəsi Ömər Eldarovun orijinal və təkrarsız fərdi üslub xüsusiyyəti ona Üzeyir bəyin qəbirüstü abidəsini hazırlamağa imkan verib. 1954-cü ildə ucaldılan memorial abidə Azərbaycanda tuncdan tökülən ilk heykəl idi. Ü.Hacıbəylinin olduqca plastik, kompozisiya baxımından mükəmməl, klassik ənənələrə uyğun hazırlanmış bu abidəsində şeiriyyətlə musiqinin birgə ahəngi nəzərə çarpır. Abidə möhkəm, tamamlanmış, dəqiq ölçülüb-biçilmiş komponovkası, eyni zamanda təsirli psixoloji ifadəliliyi ilə seçilir. Bəstəkarın bu abidəsi, onun sənətinin mənəvi keyfiyyətlərinin inikası ilə işıqlanıb.

Bu gün dahi bəstəkarın ev-muzeyini  rəsm qalereyası adlandırsaq, yanılmarıq. Görkəmli bəstəkarın muzeydə sərgilənən portretlər qalereyasının müəllifi isə rəssam Ənvər Əliyevdir. O, "Üzeyir Hacıbəyli və Hüseyn Cavid", "Üzeyir Hacıbəyli və Məhəmməd Əmin Rəsulzadə", "Üzeyir Hacıbəyli və Şarl de Qoll", "Üzeyir Hacıbəyli və Məleykə xanım Peterburqda", "Üzeyir Hacıbəyli Kocori yaylağında", "Rostropoviçlər ailəsi Hacıbəylilər ailəsinin qonağıdır" kimi tarixi əhəmiyyətli tablolarında Üzeyir bəy dühasının möhtəşəmliyini aydın əks etdirib.

Beləliklə, Ü.Hacıbəyli obrazının təsvir olunduğu bir silsilə əsərə nəzər salmış olduq. Bu əsərlərin üstünlüyü yalnız bədii cəhətdən maraqlı, orijinal həldən deyil, həmçinin dahi bəstəkarın yüksək mənəvi dəyərlərə malik olmasından qaynaqlanır. İsmayıl Axundov, Hüseyn Əliyev, Tağı Tağıyev, Nəcəfqulu İsmayılov, Vəcihə Səmədova, Elmira Şahtaxtinskaya, Fuad Əbdürrəhmanov, İbrahim Zeynalov və bir çox başqa sənətkarlarımız həm monumental heykəltaraşlıqda, həm də dəzgah işlərində bu obraza böyük ehtiram hissi ilə müraciət etmiş, ona əbədilik qazandırmışlar. Bu gün əminliklə deyə bilərik ki, istər Ü.Hacıbəylinin bədii-psixoloji tutuma malik heykəl və portretləri, istərsə də bəstəkarın əsərlərindən ilhamlanaraq yaradılan, janr və növ müxtəlifliyi ilə seçilən lövhələr Azərbaycan təsviri sənətinə qiymətli töhfələrdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri