Icma.az
close
up
RU
525 ci qəzet Kəndimizə qayıdırıq...

525 ci qəzet Kəndimizə qayıdırıq...

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Bu günlərdə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adını daşıyan Bakı şəhəri 291 nömrəli Ekologiya liseyində tanınmış ziyalı, professor, kitabları dünyanın müxtəlif ölkələrində çap edilmiş Əsgər Zeynalovun və sözügedən liseyin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Zeynəb Qasımovanın birgə ərsəyə gətirdikləri “Kəndimizə qayıdırıq...” adlı yenicə çapdan çıxmış kitabın təqdimat mərasimi keçirildi.

Əvvəlcə qeyd edim ki, kitabda Qərbi Azərbaycanın Zəngibasar (Uluxanlı) mahalının Yuxarı Necili kəndinin (1978-ci ildən Nizami) tarixi coğrafiyası, toponimləri, onun qədim oğuz-türk mənşəli azərbaycanlı əhalisinin sosial tərkibi, tayfa, şəcərə mənsubiyyəti, mədəniyyəti, adət-ənənələri, əsas məşğuliyyəti, dini görüşləri, elmi nailiyyətləri, eləcə də insanlarının həm 1941-1945-ci illərdəki İkinci Dünya müharibəsində, həm də Birinci və İkinci Qarabağ müharibələri zamanı göstərdikləri şücaətlər, digər məlumatlar yer alır.

“Kəndimizə qayıdırlıq...” - kitabın adından da göründüyü kimi, burada bir inam, nikbinlik var. Kitabın içindəki bütün materiallardan vətən, yurd qoxusu gəlir. Belə olan halda insan əzmini heç nə qıra, üstələyə bilməz, xüsusən də dövlət başçısı İlham Əliyevin bu mövzudakı bütün çıxışlarında əminlik, qətiyyət ifadə olunduğu halda. Bu, artıq sübuta yetirilmiş bir faktdır. Bir vaxtlar hamımız, bütün vətəndaşlarımız, aşağıdan yuxarıyadək hamımız Qarabağlıydıq. Hamımız vahid amalla öz Prezidentimiz ətrafında birləşmişdik. Məlum olduğu kimi, bu birlik öz bəhrəsini verdi. “Dəmir yumruq” öz sözünü dedi. İndi isə hamımız Qərbi Azərbaycanlıyıq. Bunun da müsbət nəticəsini tezliklə görəcəyik. Məhşur ifadədə deyildiyi kimi, “Bütün yollar İrəvana aparır”!

Tədbir Azərbaycan Respublikasının himninin səslənməsiylə başlandı.

Sonra söz sözügedən liseyin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədova verildi. Qeyd etməliyəm ki, tədbirin məhz torpaqlarımızın bütövlüyü uğrunda canını fəda vermiş Milli Qəhrəmanımızın adını daşıyan bu təhsil ocağında, ziyalılar cameəsində keçirilməsinin təşəbbüskarı və təşkilatçısı da hörmətli Arif Əsədov idi. O, açılış nitqiylə tədbir iştirakçılarını salamladıqdan sonra belə əhəmiyyətli tədbirin rəhbərlik etdiyi təhsil ocağında keçirilməsindən məmnun olduğunu bildirdi. Dedi ki, bu tədbirin burada keçirilməsini o, vəzifə borcu deyil, vicdan borcu hesab edir. Çünki təqdimatı keçirilən kitab Qərbi Azərbaycan torpaqlarında qürbətdə qalmış bir kəndə həsr olunub. O kənd yüzlərlə doğma kəndlərimizdən biridir ki, ürəyimizin səsi və ölkə rəhbərinin siyasi xətti bizi oraya, əzəli torpaqlarımıza aparır.

Dəvət olunan qonaqlardan ilk olaraq çıxış üçün söz Milli Məclisin deputatı, siyasi elmlər doktoru Hikmət Babaoğluna verildi. Siyasətçi alim geniş çıxış edərək dəvətə görə təşkilatçılara təşəkkürünü bildirdi və kitab barədə olduqca dəyərli fikirlər söylədi. Kitabın tarixi-siyasi əhəmiyyətindən danışan ziyalımız onun tərtibatına, orada təqdim olunmuş ensiklopedik məlumatlara, materialların, mövzuların ardıcıllıq səviyyəsinə və s. də diqqət çəkdi. Bildirdi ki, tarixi məlumatları özündə əks etdirən bu cür kitablar ölkə Prezidentinin 24 dekabr 2022-ci il tarixində Qərbi Azərbaycan İcmasının inzibati binasındakı məşhur proqram xarakterli çıxışından sonrakı “İrəvana Qayıdış prosesinə start” siyasətinə xidmət edən əyani vəsaitlərdir. Belə elmi-tarixi-siyasi mənbələri dövlət rəhbərinin siyasi ideologiyasının tərkib hissəsinə daxil olan elementlər hesab etmək olar. Deputat belə, bu məzmunda, bu hədəfdə olan kitabların ziyalılarımız tərəfindən daha çox yazılmasını arzu elədi. O, çıxışının sonunda müəllifləri və yaradıcı heyəti bu uğurlu işə görə təbrik etdi.

Daha sonra Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Bakı şəhər Təhsil İdarəsinin eksperti Kamran Əsədov, jurnalist-publisist, kitabın redaktoru Hüseyn Xəzər Məmmədov, tanınmış teleaparıcı Saleh Bağırov, fəlsəfə doktorları Şəfəq Nasir (rəyçi), Rəhilə Abdullayeva, liseyin müəllimi Tamara Məmmədova kitab barəsində olduqca dəyərli fikirlər söylədilər. Çıxış edənlər müəlliflərin min bir zəhmət bahasına ərsəyə gətirdikləri bu kitabı “siyasi-tarixi salnamə” adlandırdılar.

Tədbirdə Yeni Azərbaycan Partiyasının Nərimanov rayon şöbəsinin sədri Elçin Quliyev, DSMF-nun Nərimanov şöbəsinin rəisi Cahandar Axundov və başqa qonaqlar da iştirak edirdilər.

Bakı şəhər Təhsil İdarəsinin eksperti Kamran Əsədov çıxışında təqdimatına toplaşdığımız kitabın əhəmiyyətindən danışaraq bildirdi ki, bu cür kitablar bu gün Azərbaycan gəncliyinin milli təfəkkürünə, vətənpərvərlik ruhuna müsbət təsir edə biləcək mənbələrdir. O hesab edir ki, belə elmi-tarixi mənbələrdə yer alan məlumatların təhsil proqramlarına, dərsliklərə daxil edilməsi də məqsədəuyğun olardı.

Kitabın redaktoru Hüseyn Xəzər çıxışında bildirdi ki, həmmüəllif, zəhmətkeş alim Əsgər Zeynalov hələ 2001-ci ildə çap etdirdiyi “İrəvan ziyalıları” kitabında İrəvanda dünyaya gəlmiş və məlum səbəblərə görə dövrbədövr oradan uzaqlaşan dünya şöhrətli, görkəmli alimlər, siyasətçilər, musiqiçilər və başqa tanınmış şəxsiyyətlər barədə məlumatları ortaya qoymaqla İrəvanın və indiki Ermənistan adlanan ölkənin bütövlükdə ərazilərinin Azərbaycan əraziləri olduğunu dünya ictimaiyyətinə sübut etmişdir. Təqdirəlayiq haldır ki, müəllif bu kitabı dünya siyasətini müəyyənləşdirən Rusiyada, ABŞ-də və daha bir neçə ölkədə, özü də müxtəlif dillərdə çap etdirə bilmişdi. Hüseyn Xəzər dedi ki, olduqca yüksək əhəmiyyətə malik olan, burada təqdimatına toplaşdığımız “Kəndimizə qayıdırıq” kitabını əgər “İrəvana gedən körpü” adlandırsaq, onda “İrəvan ziyalıları” kitabına bunun təməl nöqtəsi deməliyik.

Müəllif, professor Əsgər Zeynalov öz çıxışında tədbir iştirakçılarına dəvəti qəbul edib gəldiklərinə, kitab və müəlliflər barədə dəyərli fikirlər söylədiklərinə, məktəb direktoruna isə bu tədbiri təşkil etdiyinə görə təşəkkür etdi. Daha sonra kitabın yazılmasına təşəbbüsün bir az da təkidli şəkildə Hüseyn Xəzərdən gəldiyini bildirərək kitab üzərində zəhməti olanlara, o cümlədən maliyyə dəstəyi göstərənlərə təşəkkürünü bildirdi. Alim dedi ki, kitabın ərsəyə gətirilməsi üçün üzərində son bir ildə məhsuldar iş görülsə də, yer almış materiallar 40 ilə yaxın ayrılıq müddətində toplanmış yazı və yaddaş  məhsullarıdır. Əsgər müəllim öz lakonik çıxışında doğma Yuxarı Necili kəndiylə, camaatıyla bağlı bəzi xatirələri, hadisələri də danışdı.

Yüksək səviyyədə keçirilən tədbir xatirə şəkilləri çəkilməklə başa çatdı.

Lakin tədbir rəsmi başa çatmış olsa da, heç kəs getməyə tələsmirdi. Zalda, dəhlizdə, çay süfrəsi ətrafında kitab barədə, itirilmiş əzəli torpaqlarımız barədə ziyalı cameəsinə xarakterik olan isti müzakirələr, söhbətlər xeyli davam elədi. Hamıda birlik, hər kəsdə əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış əzmi, istəyi aşıb-daşırdı.

Hüseyn Xəzər

Jurnalist-publisist, AJB-nin üzvü, Qərbi Azərbaycan İcması Zəngibasar rayonu Aşağı Necili Kənd İcmasının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri