Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Kəndimizə getmişdim... Ulduz Qasım yazır

Kəndimizə getmişdim... Ulduz Qasım yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ulduz QASIM
Yazıçı-publisist, Moskva

Görəsən, Qarabağ torpağı dil açsaydı, nələr danışmazdı? İlahi, dağların-dərələrin şahid olduğu nələri deməzdilər? Dodağı yeddi yerdən deyil, yüzlərcə yerdən partlamış bu torpaq insanlarına həsrətini necə anladardı görəsən?

Şəhidlərin şahədətinə şahid olan bu yerlərin gözü qan ağlayır. Çünki canlarını qurban verənlərin son fikirlərini, son sözlərini ancaq bu torpaq bilir, bu torpaq eşidib. Görən kim danışdıra bilər sirli torpaqları? Kim onların dilindən anlar? Kim bu sirr qalasının dərdinə şərik ola bilər? Biz insanlar ağlayırıq, sızlayırıq, dərdlərimizi, şikayətlərimizi kimə gəldi, danışırıq. Haqlı-haqsız özümüzü anladırıq. Özümüzü haqlı çıxarırıq. Yazırıq dayanmadan, durmadan. Ürəyimizi boşaldırıq. Sakitləşməyə çalışırıq...

Amma torpaqlar, bütün olanlara şahid olan dağlar, dərələr, çöllər hey susar. Yeddi yerdən, yüz yerdən dodaqları partlasa da, həsrətlərini, dərdlərini anlatmaz. İnsanlar göz yaşlarıyla özlərini yüngülləşdisə də, torpaq nə göz yaşını göstərər, nə də gileylənər. Nə də öz insanlarına həsrətini anlada bilər. Sadəcə səbirlə dayanar, təmkinlə öz sakinlərini gözləyər. Yolların belə gözü yollarda qalar...

İşğaldan sonra kəndimizi ilk görəndə, doğrusu, nə düşünəcəyimi bilmədim. Fikirlərim, hisslərim qarma-qarışıq oldu. Tamamilə xarabaxanaya çevrilən ətrafa baxıb susdum. İçimdə qopan fırtınanı hansı təsəlliylə durduracağımı düşündüm. Bağırmaq istədim, lənətimi, kədərimi eşitdirmək istədim ətrafımdakılara. Canlılara, cansızlara. Uçan quşlara, dərələrə, təpələrə. Hətta özlərinə kolda-kosda yuva qurmuş hörümçəklərə, böcəklərə...
“Niyə bunlar baş verir, nədən mənim torpaqlarım bu günlərə qalıb? Biz kimə neyləmişik, kimin toyuğuna daş atmışıq ki?” Hönkürmək istədim: “Hanı mənim gözəl kəndim, bağlı-bağatlı, yar-yaraşıqlı, bədirlənmiş aya bənzəyən kəndim?”

Dönüb yollara baxdım. Həsrətlə mənə baxan yollara. Tozlu-torpaqlı yollara. Uşaqlıqda, gənclikdə naz etdiyim yollara... Gözü yollarda qalan yollara... Arzularıma çatmaq üçün məni məktəbə, sonra da böyük şəhərlərə aparan yollara...

Susurdular...

Başlarını aşağa salıb xəyala getmişdilər. Bir də yolun kənarında qalan yeganə söyüd ağacına baxdım. Utancaq gəlinlər kimi başını qaldırmırdı. Üzümə baxmırdı. Sanki özünü olanlardan günahkar sanırdı...

Evimizə qədər sıralanan qovaq ağaclarını axtardım. Onlardan soruşmaq istədim hər şeyi... Sanki heç olmamışdılar o sərv boylu ağaclar. Həmişə söhbət edtdiyim, dərdləşdiyim, pıçıltılarında məna, yaxınlıq axtardığım qovaqlar... Bir nişanə belə qoymamışdı yağı düşmən. Sanki bütün xatirələri yox etmək istəmişdilər. Elə bil sadəcə insanlar deyil, bu dilsiz ağaclar, çöllər, torpaqlar da onlara düşmənmiş.

Bax, qəddarlıq budur! Bu, düşmənçilik deyil, bir xalqın necə barbar olmasıdır, necə bütün insanlığa, bütün varlıqlara qənim kəsilməsidir. Hətta söz də, hərflər də yetmir belərinin qəddarlığını, insanlıqdan çox-çox uzaq olduğunu anlatmağa. Bilirsiniz, onları görsəm, ən birinci bu sualı verərdim onlara: "Burada yaşamaq istəyirdinizsə, niyə buranı xarabaya qoyurdunuz? Bəyəm siz ancaq pisliklər içində yaşamağı bacarırsınız? Niyyətiniz, əqidəniz kimi yaşam tərziniz də kirlidir, çirkab içindədir? Qoyub getdiyiniz bütün nişanələr ancaq bunu sübut edir, bunu göstərir. Axı, insanlar əməlləriylə tanınırlar. Sizlər bunu təkrar-təkrar bütün dünyaya tanıtdınız, sübut etdiniz. Sübut etdiniz ki, bu torpaqlar sizin deyil, ola da bilməz! Bir gün Azərbaycanın, Qarabağın övladları geri dönəcəklər, öz torpaqlarına sahib çıxacaqlar. Ər oğullar, ərən oğullar sizi aid olduğunuz yerlərə göndərəcəklər...”

Özümdə deyildim. Hey bağırmaq, hönkürmək istəyirdim. Ancaq susqun, səbirli torpaqlara, yollara baxıb utandım. Elə bildim, mənim üçün dünyanın paytaxtı olan bu kənd, bu torpaqlar “dəyməz” deyir, ağlama, bu da keçər deyir...

Rəhmətlik atamı xatırladım. Həmişə səbirli olan, təmkinli olan o gözəl insanı. Mənim üçün dünyada ən nümunəvi insanı. Ən müdrik atanı... “Bir işi görmədən, bir sözü demədən öncə yaxşı fikirləşin” deyirdi. Sözlərinə diqqət et, dözümlü olmağı bacar. Fikirləşdim ki, içimdəki fırtınanı dindirməliyəm. Göz yaşlarımı bu torpaqlara göstərməməliyəm. Elə bu yollar kimi, elə bu torpaqlar kimi...

Əsən meh saçlarıma toxundu, sanki içimdəki fırtınalar bir az dindi, gözlərimin yaşını boğdu. Vətən rüzgarının mərhəməti nə güclüymüş, İlahi!

Gülümsədim, bir də həmişəki kimi şair qardaşım Novruz Həsənovun çox sevdiyim bu sətirlərini xatırladım: 

Solmuş yarpağınam, sınmış budağın,

Sönmüş ocağınam, uçmuş otağın,

Hər dərdə şəfadır isti qucağın.

Oxşa saçlarımı, dara, sığal çək,

Vətən, məni torpağında bir də ək!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://525.az
archiveBu xəbər 02 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri