Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

525 ci qəzet Naxçıvan teatrının Yasəməni

525 ci qəzet Naxçıvan teatrının Yasəməni

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Adilə SƏFƏROVA
Əməkdar mədəniyyət işçisi, teatrşünas

...Onu çoxdan tanıyıram. İstedadına, bacarığına, eləcə də, sənətə vurğunluğundan qaynaqlanan yaradıcılığına yaxşı bələdəm. Ziyalılığına, ictimai fəallığına, əsas da, geniş ampluada şaxəli yaradıcılığına ehtiramla yanaşmışam. O, mahir aktyor ustalığına rəğbət bəslədiyim, sənətini təqdir etdiyim qadın sənətkarlarımızın ən öndə olanlarından biridir. Özünəməxsus ifa tərzi, ustad aktyor məziyyətləri ilə seçilən bu xanım eyni zamanda, sənətə, həyata, insanlığa mənəvi- estetik müstəvidə münasibəti ilə fərqlənir. O, həm də yaxşı müsahibdir, ünsiyyət qurduqda səmimi söhbətindən yorulmur, doymursan. Onunla aradabir, bəzən geniş, bəzən də "əlüstü" görüşlərimiz olur və hər zaman söhbətimiz nədən olursa-olsun, mövzu mütləq incəsənət, mədəniyyət sahəsinə yön alır. Bu sahələr, xüsusən də, teatr, aktyorluq sənəti barədə onun maraqlı, səlist mülahizələri, yenilikçi ideyaları, məntiqli səciyyələndirmələri bir teatrşünas kimi diqqətimi çəkir. Həmişə də onun barəsində düşüncələrimdə yanılmadığım qənaətinə gəlirəm. Və düşünürəm ki, həqiqətən aktyorluq çətin, çətin olduğu qədər önəmli, həm də məsuliyyətli sənətdir. Obrazlı ifadə etsək, aktyorluq sənət anlamında yüksək intellektə, dərin erudisiyaya malik olmaq, eyni zamanda, bədii- estetik meyarlara yüksək səviyyədə yanaşmağı bacarmaqdır. Bu mənada, o da orijinal və bənzərsiz ifaçılıq məharətiylə seçilən, mükəmməl sənətkar məziyyətləri ilə öz dəst-xətti olan aktrisadır... Düşünürəm ki, həssas oxucu yazının hansı qadın sənətkar barəsində yazıldığını elə ilk sətirlərdən hiss etdi.

Söhbət Azərbaycan Respublikasının Xalq artisti, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının sevilən aktyoru Yasəmən Ramazanovadan gedir. Onu ustad sənətkar kimi Naxçıvan Teatrının "Yasəmən gülü" adlandırsaq, məncə, yanılmarıq. Çünki o, yaratdığı hər obrazla səhnəyə gül təravəti, çiçək rayihəsi çiləyir. Canlandırdığı rolun hiss və həyəcanını bütün varlığı ilə yaşayır, hadisənin cərəyan etdiyi dövrün, məkanın, mühitin canlı insanına çevrilir, ağladır... güldürür.., personajın daxili aləmini, mənəvi dünyasını dolğunluğuyla təcəssüm etdirir, tamaşaçını inandırır, həyəcanlandırır, düşündürur, canlandırdığı obrazdan örnək götürməyə sövq edir... Yasəmən xanım Naxçıvan elinin istedadlı, bacarıqlı, sevimli qız övladıdır. Ayazlı bir qış günü Babək rayonunun Tumbul kəndində dünyaya göz açıb. Gəlişiylə doğulduğu ailəyə sevinc, böyüyəcəyi evə hərarət gətirib. Orta təhsilini Naxçıvan şəhərindəki N.Tusi adına 9 saylı məktəbdə alıb. Məktəb illərində yaxşı oxumaqla yanaşı, fəallığı ilə də fərqlənib. Məktəbdaxili tədbirlərdə aparıcılığı, müsabiqələrdə səlist diksiyası ilə söylədiyi şeirlərinin hərarətlə alqışlanması onda bu sahəyə maraq oyadıb. Zaman keçdikcə bu maraq aktrisa olmaq arzusuna, istəyinə dönüb. Bu səbəbdəndir ki, orta məktəbi bitirdikdən bir müddət sonra Naxçıvan televiziyasında təcrubəçi diktor olub. Eyni zamanda, Naxçıvan Şəhər Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəyinin fəal üzvünə çevrilib. O, həvəskar aktyor kimi burada Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərində Telli, S.Vurğunun "Vaqif" dramında Xuraman obrazlarını tamaşaçılara özünəməxsus ifa tərzində təqdim edir və istedadı ilə diqqət çəkir. Çox keçmir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət alır. Burada yardımçı heyətdə oynadığı müxtəlif xarakterli rollar istedadını, aktyorluq potensialını daha parlaqlığı ilə üzə çıxarır.

Teatrın ustad aktyorlarının, rejissorların qayğısı əhatəsində olur, məsləhət və tövsiyələrini həvəslə dinləyib əməl edir, öz üzərində ciddi çalışır, eyni zamanda, talant və bacarığını təkmilləşdirmək, sənətin incəliklərinə daha mükəmməl yiyələnmək üçün ali təhsil almağin vacibliyini də unutmur. 1977-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universiteti) kino-dram aktyorluğu fakültəsinə qəbul olunur. Təhsil illəri onun taleyində, gələcək karyerasında müstəsna rol oynayır. Görkəmli sənət korifeyləri Rza Təhmasib, Mehdi Məmmədov, İsmayıl Dağıstanlı kimi nəhəng dühalardan dərs alır. Pak məfkurəli sənət biliciləri Əlabbas Qədirov, Turan Cavid, Könül Axundovanın sevimli tələbələrindən olur. İnstitutda təhsil aldığı illərdə müəllimi Əlabbas Qədirovla C.Cabbarlının "Oqtay Eloğlu" əsərində, M.Hüseynin "Alov" televiziya tamaşasında səhnə paylaşmasını həmişə xoş xatirə kimi xatırlayır. O vaxtlar mərkəzdə böyük teatrlarda işləmək perspektivi olsa da, Yasəmən xanım doğma Naxçıvana qayıtmağı üstün tutur. Böyük səhnəyə ilk addımlarını atdığı sənət məbədində yaradıcılıq fəaliyyətini, sənət yolunu davam etdirir.

Bu illər ərzində o, sözün gerçək mənasında, müxtəlif xarakterli onlarla rəngarəng obrazlar qalareyası yaradıb. "Teatr gerçək həyatın bədii-fəlsəfi modelidir" prinsipini deviz tutaraq ifa etdiyi obrazlarla cəmiyyətin mövcud problemlərini, ictimai-sosial, məişət, mənəvi-əxlaqi qatlarını sənət dili ilə canlandırıb, tamaşaçını düşündürüb, yaxşı əməllərlə örnək olmağa, mənfiliklə mübarizəyə sövq edib. Bu kredo ilə səhnədə gah ağıllı, müdrik, mərd, mübariz, gah da ərköyün, şıltaq qadın kimi görünüb. Məzlum, avam, yazıq rolları da, zalım, əzazil insanları da, eyni şövqlə, ustalıqla yaradıb. Onun səhnədə canlandırdığı belə obrazlarsa çoxdur və onları sadalamaqla bitməz. Amma H.Cavidin əsərlərindəki Nina ("Şeyx Sənan"), Meliça (Topal Teymur"), Afət ( "Afət") obrazları, Orxan Kamalın "Yad qızı"nda Nazan, R.N.Guntəkinin "Dodaqdan qəlbə"sində Lamiyə, C.Cabbarlının "Aydın"ında Gültəkin, V.Səmədoğlunun "Bəxt üzüyü"ndə Sevda və C.Məmmədquluzadənin "Ölülər"ində Kərbəlayi Fatmaxanım onun sənət tərcümeyi-halında təqdirolunası personajlardır. N.Həsənzadənin "Atabəylər" tamaşasında səhnə ruhu verib canlandırdığı İnanc Xatun rolu isə aktrisanın yaddaşında dərin iz salıb.

Belə ki, Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyində ölkə başçısı İlham Əliyev və onunla birgə gələn nümayəndə heyəti tamaşanı maraqla izləyib. 1982-ci ildə mədəni hadisə kimi Naxçıvan şəhərində yaradılan "Cavid Poeziya Teatrı"nda fəaliyyəti isə xüsusi vurgulanmalıdır və burada oynadığı rollar da ömür kitabının parlaq yaradıcı səhifələrini təşkil edir. H.Cavidin "Azər", "Ana", "Uçurum" əsərlərində oynadığı Şəmsa, Mələksima, İsmət, Gövərçin rolları, Hüseyn Cavidin əsərləri əsasında şairə-dramaturq K.Ağayevanın səhnələşdirdiyi "Mənim Tanrım gözəllikdir, sevgidir" tamaşasında təcəssüm etdirdiyi Sevən qız (2-ci aktyor), Saqi obrazları mükəmməl canlandırma tərzi ilə yadda qalıb. Və o dövrün mətbuat səhifələrində təqdir olunub. Yasəmən xanımın yaradıcılıq fəaliyyətinin çoxşaxəli olması da diqqətəlayiqdir. Belə ki o, bir rejissor kimi də istedadını, potensial gücünü göstərib. 2003-cü ildə o, doğma teatrda rejissor kimi fəaliyyətini davam etdirib və quruluş verdiyi tamaşalar - G.Xuqayevin "Mənim qayınanam", H.Cavidin "Afət", A.Şaiqin "Yazıya pozu yoxdur" əsərləri maraqlı səhnə yozumunda, fərqli mizanlarla həllini tapıb. Bir az çağdaşlıq koloriti ilə ərsəyə gələn bu səhnə əsərləri maraqla qarşılanıb, teatra geniş tamaşaçı cəlbi ilə yadda qalıb.

Yeri gəlmişkən, Şərur Xalq Teatrının səhnəsində E.Sultanovun "Sənəm" tamaşası da onun quruluşunda mükəmməl alınıb və Xalq Teatrının repertuarında uzunömürlü səhnə əsəri olub. Yasəmən xanım M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrına rəhbərlik etdiyi dövrdə bu sənət ocağı da bir sıra yeniliklərlə inkişaf, dircəliş mərhələsində olub. O, kukla tamaşaları ənənəviliyinə çağdaş forma və metodları gətirməklə yeniliklərə imza atdı. Bu yeniliklər dünya teatrlarında tətbiq olunan pantomim, kölgə, masaüstü maska, marionetka forma və üslubları idi ki, tamaşaları daha maraqlı edib, ideyanın balaca tamaşaçılar tərəfindən qavranmasını asanlaşdırıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə Yasəmən xanımın quruluş verdiyi Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası və C.Məmmədquluzadənin "Çay dəstgahı" alleqorik piyesi marionetka üslubunda hazırlanıb, tamaşa teatrın repertuarında uzunömürlülüyü ilə fərqlənib. Eləcə də, A.Şaiqin "Gözəl bahar" tamaşası pantomim, Z.Vedilinin "Çalıb- cağlayan ağac" piyesi marionet, N.İsmayılzadənin "Ağca və Bozca" dramı masaüstu, Səbuhi Hüseynovun "Seymurun sirli dünyası" maska forma və üslublarında yaradılan tamaşalardır. Bu sırada müxtəlif vaxtlarda İran İslam Respublikası, Türkiyə Cümhuriyyətinin ayrı-ayrı bölgələrinə qastrol səfərləri, Tacikistanda Beynəlxalq Teatr Festivalında uğurları da yaddaqalan olub.

Bax beləcə, təkcə Naxçıvanda, ölkəmizdə deyil, onun hüdudlarından kənarda tanınan, sevilən bir xalq artistinin sənət yoluna qısa da olsa nəzər salmağı bir teatrşünas kimi özümə borc bildim. Sadəcə olaraq onu sevənlərin, o sevdiyi teatrsevərlərin yadına salmaq istədim. Təbii ki, geniş coğrafi müstəvidə tanınmasını da təsadüfən, gəlişi gözəl ifadə kimi yazmadım. Çünki Naxçıvan səhnəsinin "Yasəmən gülü"nün sənət rayihəsi sərhədlərimizin o tayında da duyulub. Yasəmən xanım da belə mötəbər tədbirlərdə peşəkar, ustad aktyor kimi ö?unəməxsus ifa tembri ilə alqışlanıb. Naxçıvanda keçirilən mühüm tədbirlərdə, el şənliklərində təşkilatçılığı, mahir aparıcılığı ilə də rəğbət qazanıb. Naxçıvan Televiziya və Radiosu ilə sıx əməkdaşlıgı isə bu gün də davam edir. Müəlliflik etdiyi bir sıra maraqlı verilişləri öz sanbalı, milli-mənəvi dəyəri, koloriti ilə seçilib, dinləyici, tamasaçı yaddaşına yazılıb.

Naxçıvan Dövlət Milli Dram Teatrında dərin mənalı improvizələri ilə neçə-neçə obraza həyat verən ustad aktyorun əməyi, geniş yaradıcılıq fəaliyyəti diqqətdən kənarda qalmayıb, dövlətimiz tərəfindən əməyi dəfələrlə qiymətləndirilib, Prezident mükafatına layiq görülüb. O, 2008-ci ildən ən yüksək fəxri titulu - Azərbaycan Respublikasının Xalq artisti adını daşıyır. Bu ada layiq olduğunu isə xalqın ona ehtiramı, sonsuz sevgisi də təsdiqləyir. Xalqın sənətkarı bu gün də gənclik həvəsi, sənətkar cosqusuyla yaradıcı fəaliyyətini davam etdirir. Əhatəsində olduğu rəğbət, sevgi qarşılığında teatrsevərləri yeni-yeni obrazları ilə sevindirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri