Icma.az
close
up
RU
525 ci qəzet Naxçıvanda keçirilən elmi konfransda 20 Yanvar faciəsinin səbəbləri təhlil olunub

525 ci qəzet Naxçıvanda keçirilən elmi konfransda 20 Yanvar faciəsinin səbəbləri təhlil olunub

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

AMEA Naxçıvan Bölməsində “20 Yanvar: xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda elmi konfrans keçirilib.

525.az xəbər verir ki, bölmənin sədri, akademik İsmayıl Hacıyev konfransı açaraq qanlı Yanvar hadisəsi ərəfəsində ölkədə hökm sürən ümumi ictimai-siyasi vəziyyətdən, həmin dövrdə ölkə rəhbərliyinin yarıtmaz fəaliyyətindən, tənəzzül dövrünü yaşayan SSRİ-nin yürütdüyü “siyasət”dən danışıb. 20 Yanvar qətliamını sovet rəhbərliyinin planlı siyasətinin nəticəsi adlandıran akademik diqqətə bildirib ki, heç bir səbəb olmadan dinc əhaliyə divan tutulması azadlığa can atan bir xalqın cəsarətini qırmaq, öz məkrli planlarını həyata keçirmək məqsədi daşıyırdı. 20 Yanvar faciəsi Azərbaycan xalqının haq səsini boğmağa hesablanmış cinayətdir.

Akademik qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək informasiya blokadasına alınmış Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmış, törədilmiş qırğını sərt tənqid edərək, dinc əhaliyə qarşı göstərilən biganə münasibətə öz haqlı etirazını bildirmişdir. 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan qısa zaman sonra hadisəyə hüquqi siyasi qiymət vermiş 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilmişdir.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov “Yanvar faciəsi – insanlığa qarşı cinayət: nəticələri, dərsləri”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Orucova isə “20 Yanvar hadisələri bədii ədəbiyyatımızda” mövzulu məruzələr ediblər.

Tədqiqatçı Asəf Orucov məruzəsində 20 Yanvar faciəsinin səbəblərini geniş təhlil edib. Onu SSRİ-nin qorunub saxlanmasına ümidsiz cəhd, Azərbaycanın ərazi bütüvlüyünə, azadlığa can atan xalqın iradəsini qırmağa yönəlik qəsd kimi səciyyələndirib. Vurğulanıb ki, bu qanlı hadisə ovaxtkı SSRİ rəhbərliyinin İslama fob düşüncəsinin, türk faktoruna nifrətinin, habelə sütunları zəifləmiş “əzəmətli” imperiyanın dağılmasını yubatmaq istəyinin qəddar təzahürü idi.

Məruzədə həmçinin 1990-cı ilin yanvarında Bakıya yeridilmiş qatillərdən ibarət ordunun təşkil olunduğu silahlı birləşmələrin tərkibi barədə məlumatlar yer alıb. “Sərhəd hərəkatı” ərəfəsində baş verən hadisələri sistemli şərh edən alim çıxışı zamanı “Nə üçün Azərbaycanda belə bir qırğın törədildi?” sualını cavablandırıb.

“20 Yanvar hadisələri bədii ədəbiyyatımızda” mövzusunda məruzə edən dosent Aygün Orucova 20 Yanvar mövzusunun ədəbiyyatımızda işlənmə vəziyyətindən bəhs edib. Poeziyamızda bu mövzuya geniş müraciət olunduğunu qeyd edən tədqiqatçı nəsr sahəsində mövzu ilə bağlı dünya səviyyəli əsərlərin qələmə alınmasına duyulan ehtiyacdan danışıb. Düşüncələrini ədəbiyyatşünas və tənqidçilərin məsələ ilə bağlı fikirləri əsasında izah edib. 20 Yanvar mövzusunda əsərlər yazıb-yaradan ədəbi mühit nümayəndələrinin əsərlərindən nümunələr gətirib.

“20 Yanvar tariximizə qanla yazılsa da, bu gün həm də xalqımızın qəhrəmanlıq salnaməsidir”, - deyən alim qələmə alınan əsərlərdə ümumxalq hüznü ilə yanaşı, xalqın mübarizliyinin, qorxusuzluğunun əksi məsələsinin də diqqətdə saxlanmalı olduğunu qeyd edib. Belə əsərlərin gənc nəslin mübariz ruhda tərbiyəsində mühüm rolundan danışıb.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Yanvar 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri