Icma.az
close
up
RU
525 ci qəzet Rauşenberqin portreti Bir rəsmin dedikləri

525 ci qəzet Rauşenberqin portreti Bir rəsmin dedikləri

Icma.az, 525.az saytına istinadən bildirir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı şəhəri H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin müəllimi, sənətşünas Nurtəkin Hüseynovadır. Onunla Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu "Rauşenberqin portreti"ndən danışmışıq.

Tahir Salahov 1928-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Əzim Əzimzadə adına rəssamlıq məktəbində alan Salahov təhsilini  daha sonra Leninqrad (indiki Sankt-Peterburq) ali rəssamlıq məktəbində davam etdirib, 1951-1957-ci illərdə isə  İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda ali təhsil alib. Sənətinin təməlində düşüncənin monumentallığı, koloritin kübarlığı, rəsmə bir qədər abstrakt baxış, kompozisiyanın dəqiq metroritmik təşkili və fəallığı duran Tahir Salahov zamanın nəbzini və ehtiyaclarını həssaslıqla duyaraq həm portret, həm də digər janrlarda bədii obrazın özünəməxsus nümunələrini yüksək ustalıqla yaradıb.

- Tahir Salahov yaradıcılığında portret janrı. Gəlin söhbətimizə elə buradan başlayaq.

- Tahir Salahovun portretləri təsvir olunanın daxili dünyasını, xarakterini əks etdirməklə yanaşı, həm də dərin emosional təəssüratlar yaradır. Rəssam yaradıcılığının müxtəlif dövrlərində Azərbaycanın görkəmli şəxslərini təsvir edib. Salahov fərqli ölkələrin tanınmış simalarının da portretlərini işləyib. Bunlar - M.Rastrapoviçin, B.Yefimovun, bəstəkar D.Şostakoviçin, şair A.Voznesenkinin portretləridir. Məhz bu möhtəşəm portretlər Azərbaycan təsviri sənətinə böyük töhfələr verib.

- Bəs "Rauşenberqin portreti" haqqında hansı vacib detalları vurğulaya bilərsiniz?

- Əsərin şərhinə keçmədən öncə Rauşenberq haqqında qısa məlumat vermək istəyirəm. Rauşenberq pop-art janrının öncülərindən biri kimi tanınır və onun incəsənət aləminə təsiri istisnasız çox böyük olub. Rəssam həmçinin "kombinə edilmiş təsvirlər" adlandırdığı bir üslub yaradıb və bu üslubda kağız parçaları fotolar və hətta qəzet manşetləri kimi materialları birləşdirərək əsərlərində novator bir yanaşma sərgiləyib. XX əsrdə populyarlaşan "ikiölçülü sənət" və "kollaj" janrlarının inkişafı da  onun adı ilə bağlı idi. Əsərləri "Venesiya Biennali", "Modern İnccəsənət Muzeyi" kimi prestijli məkanlarda nümayiş olunan Rauşenbeqrin öz obrazı da daim sənət adamlarını cəlb edib.

- Bildiyimiz kimi, Salahov Rauşenberqin bir neçə portretini  işləyib. Haqqında danışdığımız əsər digərlərindən hansı xüsusiyyətlərinə görə fərqlənir?

- Bu tablonu özündən əvvəlkilərdən 10 il  ayırır. Əsər 2004-cü ildə kətan üzərində yağlı boya ilə işlənib. Həmçinin burada Rauşenberqin digər iki portretindən fərqli olaraq onun ancaq üzünü görürük. Rəssam öz sənət yoldaşını, yaxın dostunu bir qədər yorğun, düşüncəli, xəyallara dalmış şəkildə təsvir edib. Əsərdə Rauşenberqin gözlərinin altında görünən bir qədər qəribə qırmızı çalarlar sanki qandır. Biz bilirik ki, əsərlərindəki soyuq Abşeron rənglərinə, sərt yaxmalara baxmayaraq, Salahov nikbin, realist rəssamdır. Onun yaradıcılığı varlığın bayağılığını, eybəcərliklərini ifşa etməyə yönəlməmişdi. Sanki bu tablonu Salahov Rauşenberqin öz üslubuna, tərzinə uyğunlaşdırıb. Mən Rausenberqi bədbin, pessimist adlandırmaq fikrindən tamamilə uzağam. Amma bu bir reallıqdır ki, Rauşenberqin yaradıcılığı isti rənglərlə işlənmiş sirli bir soyuqluğu ifadə edir.

- Əsərin rəng həllində bu ideya özünü necə göstərir?

- Salahov sanki Rauşenberqin abstrakt ekspressiyasını bu tablonun rəng həlli üçün əsas götürüb və fonu onun öz yaradıcılıq üslubunda - qara, qırmızı, göy, boz, ağ rənglərin vəhdətində həll edib. Əsərdə əsas isti tonlar təsvir olunanın üzündə, saçlarında öz əksini tapır. Belə ki, rəssam Rauşenberqin üzünü, saçlarını qəhvəyi rəngin tünd-açıq çalarlarında təsvir edir ki, bu da portretin bütünündə bir təkrarsızlıq yaradır. Əsərdə Rauşenberqin bəbəkləri göy, qızartılı gözləri, tunc rəngli sifəti, iti cizgilənmiş burnu, ağzı, üzünün qırışları bir hindu görkəmini xatırladır. Ümumiyyətlə, portretdə bədii ifadə və rəngin qarşılıqlı əlaqəsi, harmoniyası xüsusilə qeyd edilməli nüansdır. Tabloda rəssamın rəng seçimi sadəcə vizual alət deyil, həm də bir emosional dil kimi çıxış edir. Rənglər vasitəsilə izləyicilər sanki Rauşenberq yaradıcılığını daha dərindən hiss edir, onun ənənəvi sənət anlayışına meydan oxuyan sənət dünyasına baş vururlar.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Qeyd etdiyimiz kimi, Tahir Salahov və Rauşenberq yaxın dost olublar. Onların dostluğu 30 ildən artıq davam edib. Hətta iki rəssamın yaradıcılığında müəyyən yaxınlıq hiss olunur. Bu tabloya gəlincə isə əsərdə Tahir Salahov sanki öz dostunun daxilində gəzdirdiyi təlatümləri duyub onun psixoloji vəziyyətini əks etdirir. Gözlərin altına çilənmiş qırmızı qan ləkələri isə tablonun psixoloji yükünü bir az da artırır. Salahov əsərdə Rauşenberqin irsini, onun sənətinə olan hörmətini  və özünün sənət aləmindəki mövqeyini ifadə edərək bir növ krossover, bənzərsiz dialoq yaradıb.

Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see282

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see216

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see205

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see190

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see158

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see155

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see150

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see147

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see147

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see147

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see144

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri