Icma.az
close
up
RU
525 ci qəzet Əminə Dilbazinin portreti ​​​​​​​ Bir rəsmin dedikləri

525 ci qəzet Əminə Dilbazinin portreti ​​​​​​​ Bir rəsmin dedikləri

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının müəllimi, sənətşünas Sevinc Əliyevadır. Sevinc xanımla Xalq rəssamı Mikayıl Abdullayevin "Əminə Dilbazinin portreti" əsərindən danışmışıq.

Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Azərbaycan Dövlət  və Beynəlxalq Cəvahirləl Nehr mükafatı laureatı, professor, pedaqoq Mikayıl Abdullayev 1921-ci ildə Bakı şəhərində anadan olub. İlk rəssamlıq təhsilini Azərbaycan Rəssamlıq Texnikumunda alan Mikayıl Abdullayev burada Əzim Əzimzadənin tələbəsi olub. Hələ tələbəlik illərindən müstəqil sərgilərdə iştirak edən gənc rəssamın nümayiş olunan əsərləri böyük rəğbətlə qarşılanıb. Rəssamlıq Texnikumunu bitirən gənc təhsilini davam etdirmək üçün Moskvaya gedərək V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq institutuna daxil olub. İkinci Dünya müharibəsi illərində təhsilini yarımçıq qoyaraq Bakıya dönən M.Abdullayev əksər gənc rəssamlar kimi müharibə illərində təbliğat plakatlarının yaradılmasında iştirak edib və 1944-cü ildə təsilini başa vurmaq üçün yenidən instituta qayıdıb.

Mikayıl Abdullayevin yaradıcılığında portret janrı xüsusi yer tutur. Onun portretlər qalereyasını Üzeyir Hacıbəyov, Rəsul Rza, Mirzə Fətəli Axundov, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Fərhad Bədəlbəyli, İmadəddin Nəsimi, Əli İbn Sina kimi şəxsiyyətlərin obrazları bəzəyir.

- Sevinc xanım, bu əsər Mikayıl Abdullayev yaradıcılığının hansı dövrünə təsadüf edir?

- Rəssamın portretləri arasında önəmli yer tutan əsərlərindən biri də  baletmeyster və pedaqoq, Xalq artisti "Əminə Dilbazinin portreti"dir. Tablo 1954-cü ildə kətan üzərində yağlı boya ilə yaradılıb. Əsərin təhlilinə keçməzdən öncə rəssamlığımızda rəqsə yanaşma ilə bağlı bir neçə məqamı vurğulamaq istərdim. Rəqs sənəti xalqımızın adət-ənənələrini, tarixi kökünü, milli geyimlərimizi özündə əks etdirən sərvətimizdir. Təbii olaraq bu sənət və onun nümayəndələri daim rəssamlarımızın, heykəltaraşlarımızın diqqət mərkəzində olub. Əminə xanım Dilbazinin Fəxri xiyabanda möhtəşəm məzarüstü abidəsi Xalq rəssamı, görkəmli tişə ustası Ömər Eldarovun əsəridir. Xalq rəssamı Böyükağa Mirzəzadənin yaradıcılığında da biz rəqqasələrin təkrarolunmaz obrazlarına rast gəlirik. Böyükağa Mirzəzadə "Balerina R.Axundovanın portreti", "Rəqqasə Roza Cəlilova", "Rəqqasələr" kimi bir-birindən zəngin və maraqlı əsərlər yaradıb. Son dövrlər tarixi qələbəmiz, torpaqlarımızın işğaldan azad olunması təsviri sənətimizə təsirsiz ötüşməyib. Rəssamlarımız - Əşrəf Heybətov, Arif Hüseynov, Elşən Hacıyev, Vüqar Əli bir-birindən gözəl, qələbə əhval-ruhiyyəli əsərlər yaradıblar və bu əsərlərdə rəqqaslar, xüsusilə birlik, güc simvolu olan Yallı rəqsi öz əksini tapır.

- "Əminə Dilbazinin portreti"nin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Kompozisiyanın əsasını milli geyimdə rəqs edən, tamaşaçıya gözəl təbəssümlə baxan əfsanəvi rəqqasənin tünd qəhvəyi fonda təsviri təşkil edir. Əminə xanımın geyiminin axıcılığı, milli geyimlərimizin gözəl ornament və bəzəkləri, aksesurlar, həmçinin rəssamın yüksək ustalıqla vurğuladığı rəqqasənin əl hərəkətləri, üz cizgiləri tabloya dinamiklik, canlılıq, ekspressiya gətirir. Rəssamın rəqqasəni şən əhval-ruhiyyədə, yüksək peşəkarlıqla obrazın daxili aləminə nüfuz edərək təsvir etməsi rəqqasənin səhnədə hər şeyi unudaraq sənətin sehrinə düşməsinə işarədir.

- Bəs əsərin rəng həlli necədir?

- Əsərin koloritini əsasən tünd qəhvəyi fon, sarı-qırmızı rənglərin vəhdəti təşkil edir. Rəssamın seçdiyi rənglərdən uğurla istifadəsi portretin təbii, daha gerçək görüntüsunü yaradır. Tünd qəhvəyi və qara fon, xəfif narıncı, qırmızı rənglərin vəhdəti portretin emosional, vizual balansını təmin edir və bu rənglərlə sanki rəssam Əminə xanımın mülayim, mehriban xarakterinə işarə edir. Əsərdə tünd fona paralel olaraq açıq üz tonları arasında yaranan güclü kontrast fiquru diqqət mərkəzində saxlayır.

- Tablo hazırda harada saxlanılır.

- Əsər Rüstəm Mustafayev adına Azərbaycan Milli incəsənət muzeyində qorunur.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Mikayıl Abdullayev o rəssamlardandır ki, portret yaradarkən məqsədi təkcə zahiri bənzərliyi göstərmək deyil, paralel olaraq qəhrəmanının daxili aləmini, ruh halını göstərməyə çalışır. Bu portretdə də rəssam Əminə xanımı nikbin, qürurlu, rəqs sənətinin çoxəsirlik ənənələrini qoruyub yaşatmaqda müstəsna xidməti olan bir xoreoqraf kimi təsvir edir. Tablo vasitəsilə rəssam bizə sevdiyi işlə məşğul olan insanın gözəlliyini göstərməyə çalışıb.

 Aytac SAHƏD

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Fevral 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri