Icma.az
close
up
RU
525 ci qəzet Kos kosa Bir rəsmin dedikləri

525 ci qəzet Kos kosa Bir rəsmin dedikləri

Icma.az bildirir, 525.az portalına istinadən.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Səbinə Qarayevadır. Onunla Xalq rəssamı Əzim Əzimzadənin "Kos-kosa" əsərindən danışmışıq.

Əzim Əzimzadə 1880-ci ilin may ayında Bakının Novxanı kəndində anadan olub. Atasının etirazına baxmayaraq, ibtidai təhsilini rus-tatar məktəbində alıb. O, yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür və rus rəssamlıq məktəblərinin ənənələrindən bəhrələnib. Ə.Əzimzadə rəssamlığa ilk dəfə məşhur "Molla Nəsrəddin" jurnalında əsərlərini dərc etdirməklə başlayıb. 1906-cı ildən "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və sair jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirən rəssam Azərbaycan satirik qrafikasının əsasını qoyub.

- Səbinə xanım, "Kos-kosa" əsərində Əzim Əzimzadə yaradıcılığına xas olan hansı xüsusiyyətlər öz əksini tapır, yaxud da istisna təşkil edir?

- Əzim Əzimzadənin əsərlərinin əsas mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı din xadimləri, şarlatanlar onun satirik qələminin hədəfində idi. Yaradıcılığına diqqətlə nəzər yetirdikdə görə bilərik ki, mənfi surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutur. Rəssam "İt boğuşdurma", "Kişi arvadını döyür", "Varlı evində toy", "Kasıb evində toy", "Su üstündə dava", "Köhnə bakılılar" kimi əsərlərində müxtəlif sosial təbəqələrə məxsus tiplərin iç üzünü açaraq qadın hüquqsuzluğuna, ədalətsizliyə qarşı çıxış edirdi.  

"Kos-kosa" əsərində isə Əzimzadə satirik, fırıldaqçı din xadimlərindən yox, məhz adətləri özündə birləşdirən qışın ölümü, yazın başlanğıcından danışır. Gördüyümüz qrafik rəsmdə Novruz bayramı ilə əlaqədar açıq havada keçirilən ənənəvi meydan tamaşalarından biri təsvir olunub. Bu mərasim tamaşası qışın yola salınmasını, yazın qarşılanmasını simvolizə edib. Mərasimdə qışın rəmzi olan Kosa adlı mifik və simvolik personajın müqəvvası düzəldilərək musiqi, şeir, zarafatlarla müşayiət olunur və izdihamlı küçələrlə gəzdirilirdi. Tamaşanın sonunda Kosanın müqəvvası Novruz tonqalında yandırılırdı. Bununla da yazın, günəşin, istinin qış üzərində qələbəsi simvolik tərzdə canlandırılırdı.

Hələ ötən əsrin otuzuncu illərində milli rəssamlığımızın lideri olan Əzim Əzimzadə dolayısı qadağalara baxmayaraq, bir neçə əsərini Novruz bayramına həsr etmişdi. Onlardan biri "Od çərşənbəsi", digərləri "Kəndirbazlar" və hazırda söhbət açdığımız "Kos-kosa" əsərləridir.

- Tablo harada saxlanılır?

- "Kos-kosa" əsəri 1930-cu ildə kağız üzərində sulu boya ilə təsvir edilib və Azərbaycan Milli İncəsənət muzeyində qorunur.

- Əsərin kompozisiyası haqqında nə deyə bilərsiniz?

- Tabloda bayram ab-havası təsvir olunub - kimisi şeir deyir, kimisi tütəkdə musiqi ifa edir, uşaqlar Kosanın qarşısında musiqi sədaları altında oynayır. Rəssam tabloda dar küçədə insanların bir araya toplanaraq bayram sevincini ifadə etdiklərini, yazı qarşılamağa hazır olduqlarını göstərməyə çalışıb.

Kosa üzündə tük bitməyən, yaxud seyrək tük bitən qoca adama deyirdilər. Qış vaxtı yarpaqsız ağacları, gül-çiçəksiz və həyatsız torpağı rəmzləşdirən Kosa bu fəslin antropomorfik personifikasiyası idi. Rəssamın "Kos-kosa" əsəri etnoqrafik xarakter daşımaqla Novruz bayramında keçirilən, Kosanın şadyanalıqla, kütləvi şəkildə yola salındığı bu xalq tamaşasını dəqiqliklə əks etdirir.

Əsərdə gördüyümüz hər bir detalın öz mənası, verdiyi mesaj var. Məsələn, Kosanın üzlüyü (maskası) təbiət ruhuna olan bağlılığı bildirir, kürkü tərsinə geyinməsində də müqəddəslik mənası var. Çirkin və çəlimsiz olması ətrafdakı insanları güldürmək üçün deyil, Kosanın gizli dünya, şər məkan ilə əlaqəsi kimi izah edilə bilər. Kosanın belinə zınqırovlu kəmər bağlaması, üstəlik, boynunda zınqırov asması mifoloji aspektdə ritual mahiyyəti olan oyun kimi başa düşülür.

- Tablonun rəng həlli necədir?

- Rəssam əsərdə isti rəng tonlarından istifadə edib. Zəngin rəng tonları tablonu daha da canlı formada göstərib. Burada sarı, geyimlərin üzərində qırmızı, göy, qəhvəyi, qara və boz rənglərdən istifadə edilib. Bu da təsadüfi deyil. Rənglərin enerjisindən dolayı əsərdə yazın gəlişini hiss edirik.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Xalq şənliklərini hər zaman işıqlandıran Əzim Əzimzadə milli bayramların, adət-ənənələrini bir sıra epizodlarını təsvir edib. Ümumiyyətlə, Novruz bayramının doğurduğu nikbin duyğuların bədiiləşdirilməsi rəssamlarımızın yaradıcılığında xüsusi yer tutur. Ötən əsrin altmışıncı illərində Novruzun ümumxalq bayramı kimi qeyd olunması onun tarixinə rəssamlarımızın müxtəlif nəsillərinin bədii münasibətini şərtləndirmiş oldu. Bunun nəticəsində xalqımız üçün çox əziz olan bu bayramın tarixini yaddaşımızda əbədiləşdirən, özünəməxsus ənənələrini əks etdirən əsərlərdən ibarət bədii "Novruz ensiklopediyası" yarandı. Bu tabloda da xalqımızın Novruz bayramına yüksək dəyər verdiyini görə bilirik.

Aytac SAHƏD

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:413
embedMənbə:https://525.az
archiveBu xəbər 12 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri