Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

525 ci qəzet Rəqəmsal bacarıqlar yeni nəsli ən müasir texnologiyalar dövrünə hazırlayır

525 ci qəzet Rəqəmsal bacarıqlar yeni nəsli ən müasir texnologiyalar dövrünə hazırlayır

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İnformasiya cəmiyyətinin və rəqabətədavamlı yüksək texnologiyalı milli iqtisadiyyatın yaradılması bir sıra ölkələrin dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Artıq informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi inkişafın ən önəmli amili kimi çıxış etməkdədir. Bunu nəzərə alaraq, son illər ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsinin də informasiyalaşdırılması sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində əsas istiqamətlərdən biri də məhz dünyada artan rəqabətə hazır olmaq üçün yüksək rəqabətli insan kapitalının formalaşdırılmasıdır. Bunun üçün isə XXI əsrin tələblərinə uyğun müasir təhsil və innovasiyaları təşviq edən münbit şərait əsas cəhətlərdir. Təhsil sistemində gənc nəsli gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlamaq üçün onlara məktəb yaşından rəqəmsal səriştələrin aşılanmasına diqqət yetirilməlidir. Qeyd olunanları rəhbər tutaraq, "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində uşaqların məktəb yaşlarından alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarını inkişaf etdirməyə, eləcə də onlara proqramlaşdırma əsaslarını aşılamağa çalışılır.

"Rəqəmsal bacarıqlar" layihəsinin əsas məqsədi şagirdlərin rəqəmsal sahədə bilik və bacarıqlarını inkişaf etdirmək, rəqəmsal savadlılığı artırmaq, orta məktəb şagirdlərinin bu sahədə peşəkar inkişafı üçün şərait yaratmaq, həmçinin müəllimlərin təcrübə mübadiləsi və yeni biliklərin əldə edilməsi üçün platforma vasitəsilə bacarıqlarını təkmilləşdirməkdir. Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyasının mərkəzində təhsildə bərabər imkanların yaradılması dayanır. Ölkədə şəhər və rayonlar arasında rəqəmsal istiqamətdə bərabərsizlik olduğu üçün şagirdlər arasında rəqəmsal bilik səviyyəsinin artırılması xüsusi diqqət yetirilir. Bu səbəbdən də layihənin getdikcə daha çox şəhər və rayonu əhatə etməsi qərara alındı. Hazırda layihənin genişləndirilməsi istiqamətində planlaşdırma işləri aparılır, strateji məsələlər müzakirə olunur və hədəflər müəyyən edilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfovanın sözlərinə görə, "Rəqəmsal bacarıqlar" layihəsi Elm və Təhsil Nazirliyinin "Alqoritmika" beynəlxalq proqramlaşdırma məktəbi ilə əməkdaşlığı çərçivəsində 2017-2018-ci tədris ilindən etibarən tətbiq edilir. Əsas məqsədimiz təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnmələri, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabətqabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmalarını təmin etməkdir. Bununla yanaşı, layihədə iştirak edən şagirdlərə alqoritmik və məntiqi təfəkkür, layihə hazırlama bacarıqları, həmçinin proqramlaşdırmanın əsaslarını öyrətməyi hədəfləyir. 2024-2025-ci tədris ilində "Rəqəmsal bacarıqlar" layihəsi 510000 nəfərədək şagird və 6000-dən çox müəllimi əhatə edir. Cari tədris ilində layihəyə yeni 100000-ə yaxın məktəbli cəlb olunub. "Rəqəmsal bacarıqlar" layihəsi işğaldan azad olunmuş əraziləri də əhatə etməklə ölkə üzrə 57 regionda, 762 məktəbdə həyata keçirilir. Bundan başqa, "Rəqəmsal bacarıqlar" təmayül siniflərində ümumilikdə 10 və 11-ci siniflər üzrə 1266 şagird təhsil alır. Layihə, demək olar ki, ölkənin bütün regionlarında uğurla tətbiq edilir. Nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların da öyrədilməsi şagirdləri daha da ruhlandırır. Bu, təbii ki, layihənin uğurunun əsas göstəricilərindən biridir. Layihə çərçivəsində 2018-ci ildən etibarən "Kod saatı: rəqəmsal gələcəyə addım" adlı qlobal hərəkat ölkəmizin müxtəlif regionlarında həyata keçirilir və bu təşəbbüs də böyük maraqla qarşılanır. Ötən tədris ilində Quba, Şəmkir və Füzuli rayonlarında təşkil olunan "Açıq qapı" günləri buna bariz nümunədir. Həmin günlərdə ümumilikdə 1500-ə yaxın şagird iştirak edərək layihə haqqında daha ətraflı məlumat əldə edib və təşkil olunan maarifləndirici və əyləncəli fəaliyyətlərdə fəal iştirak edib. Bu göstəricilər ölkənin regionlarında rəqəmsal bacarıqların inkişafına olan marağın və ehtiyacın yüksək olduğunu nümayiş etdirir: "Elm və Təhsil Nazirliyi "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində "Alqoritmika" beynəlxalq proqlamlaşdırma məktəbi ilə birlikdə 2021-ci ildən etibarən "İnformasiya texnologiyaları" ixtisasına yiyələnmək istəyən 10-11-ci sinif şagirdləri üçün proqram həyata keçirir. "Rəqəmsal bacarıqlar" təmayül siniflərdə təhsil alan şagirdlərə informatika fənni həftədə 5 dəfə tədris edilir. Bununla onlar XXI əsr bacarıqları hesab edilən məntiq, alqoritmik düşünmə və digər yumşaq bacarıqlarını (soft skills) inkişaf etdirmək imkanı qazanırlar. Şagirdlər nəzəri biliklərini artırmaqla yanaşı, onları təcrübədə tətbiq edir, informasiya texnologiyaları üzrə layihələr həyata keçirir və daha geniş təcrübəyə sahib olurlar. Şagirdlər mobil və masaüstü tətbiqləri, saytları, oyunları, 3D modelləri və digər multimedia məhsullarını tərtib etməyi öyrənirlər. Layihə çərçivəsində "Rəqəmsal bacarıqlar" təmayül 10-cu siniflərdə təhsil almaq istəyən 9-cu sinif şagirdləri üçün qəbul imtahanı təşkil olunur. İmtahanda uğur qazana bilməyən şagirdlər üçün intensiv kurslar təşkil edilir və ikinci dəfə imtahan vermək imkanı yaradılır. Cari tədris ilində respublikanın 13 regionu üzrə 39 məktəbində "Rəqəmsal bacarıqlar" təmayül siniflərdə ümumilikdə X-XI siniflərdə 1266 şagird təhsil alır".

O bildirib ki, kursun proqramı informasiya ilə işləmək, layihə fəaliyyəti, eləcə də alqoritmik düşüncənin formalaşdırılması üzrə təlimləri əhatə edir. Bu layihə çərçivəsində məktəb şagirdləri iki proqramlaşdırma dilini öyrənir: ibtidai siniflərdə və V-VI siniflərdə "Scratch", VII-XI siniflərdə isə "Python". Şagirdlər üçün hazırlanan tapşırıqlar praktiki yönümlüdür. Layihə çərçivəsində formalaşan bacarıqları şagirdlər digər fənlərin öyrənilməsi zamanı və gündəlik həyatda tətbiq edə bilərlər. "Rəqəmsal bacarıqlar" layihəsi uşaqlara müasir dünyada həyat üçün vacib olan bacarıqları öyrənmək imkanı yaradır. Layihə təhsilin keyfiyyətini artırmaq məqsədilə müasir texnologiyaların və tədris metodlarının inteqrasiyasını dəstəkləyir. Bu layihə şagirdlərdə əmək bazarının tələblərinə uyğun bacarıqlar formalaşdırır və onları rəqəmsal iqtisadiyyatın çağırışlarına hazırlayır.

"İnformatika" fənninin tədrisinin təkmilləşdirilməsi və fənnin tədrisində yeni yanaşmanın tətbiqi şagirdlərdə analitik düşüncə tərzi, məntiqi təfəkkür, XXI əsr bilik və bacarıqları, kodlaşdırma, təşəbbüs göstərmə, müstəqil və komandada çalışma kimi vərdiş və səriştələrin inkişafına nail olunur. Gələcək nəslin hərtərəfli inkişafı və onların bilik və bacarıqlarının təkmilləşdirilməsi bu günün təhsilindən asılıdır. Bu illər ərzində müşahidəmizə əsasən deyə bilərik ki, layihədə iştirak edən şagirdlər yüksək texnoloji ixtisaslara daha çox maraq göstərir. Şagirdlər arasında keçirilən sorğuları və müsahibələri təhlil etdikcə, onlar tərəfdən marağın artırılmasında layihənin rolunun böyük əhəmiyyət kəsb edildiyi ortaya çıxır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. Onlar təkcə proqramlaşdırmanı deyil, biliyin təcrübədə tətbiqi bacarıqlarını da öyrənirlər. Yeni texnologiyalardan istifadə, rəqəmsal bacarıqların tətbiqi günümüzün reallığıdır. Təbii ki, məktəbdə bu bacarıqların şagirdlərə aşılanması çox vacibdir. Yeni nəsilin bu istiqamətdə kifayət qədər maraqlarının olduğu da nəzərə alınmalıdır. Bu maraq və bacarıqların düzgün şəkildə inkişaf etdirilməsi üçün onları mütləq istiqamətləndirməliyik. Çünki əks təqdirdə bacarıqlarından zərərli yönümdə də istifadə etmələrinə imkan vermiş olarıq. Bu baxımdan da Rəqəmsal bacarıqlar - informatika fənninin fərqli formatda tədrisinin həyata keçirilməsi olduqca faydalı və lazımlıdır. Rəqəmsal bacarıqlar birmənalı şəkildə zamanın tələbidir. Bu istiqamətdə gələcəkdə yeni ixtisaslar da yaranacaq. Bütövlükdə rəqəmsal bacarıqlara malik olmadan yaxşı mütəxəssis olmaq mümkün olmayacaq.

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see475

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see380

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see374

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see333

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see316

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see287

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see287

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see198

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see162

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see162

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see161

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see152

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see151

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see136

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see133

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri