Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycanda rəqəmsal manat yaradılır

525 ci qəzet Azərbaycanda rəqəmsal manat yaradılır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, artıq Azərbaycanda rəqəmsal manatın yaradılması istiqamətində işlərə başlanılıb. Rəqəmsal manatın geniş ictimaiyyət üçün əlçatan olması nəzərdə tutulur. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, tətbiq prosesi mərhələli şəkildə həyata keçiriləcək.

Mərkəzi Bankdan bildirilib ki, ilkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyası müəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmiş maliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq qurulacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq edilə bilər. Texniki infrastrukturun stabil işləməsi və təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan keçiriləcək. Sonkarı mərhələdə rəqəmsal manat geniş ictimaiyyətin istifadəsinə açıq olacaq. Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında rəqəmsal manatdan istifadə edə biləcəklər. Maliyyə inklüzivliyinin artırılması və nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilə rəqəmsal manatın ödəniş sistemlərinə tam inteqrasiyası həyata keçiriləcək. Regional və beynəlxalq ticarət əməliyyatlarında istifadəsi ilə bağlı perspektivlər dəyərləndiriləcək. Bütün bu proseslər maliyyə bazarının iştirakçıları ilə sıx əməkdaşlıq çərçivəsində və beynəlxalq tənzimləmə standartlarına uyğun həyata keçiriləcək.

Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılmasında bir neçə yanaşma nəzərdən keçirilir. Dünyada mərkəzi bankların rəqəmsal valyutalarının (CBDC - Central Bank Digital Currency) tətbiqi istiqamətində geniş tədqiqatlar və pilot layihələr həyata keçirilir. Bu prosesdə əsas məqsəd maliyyə sisteminin səmərəliliyini artırmaq, nağdsız dövriyyəni genişləndirmək və rəqəmsal transformasiyanı dəstəkləməkdir. Mərkəzi Bankı da bu sahədə aparılan qlobal təcrübələri nəzərə alaraq, rəqəmsal manatın tətbiq imkanlarını qiymətləndirir. Beynəlxalq Valyuta Fondunun texniki yardımı çərçivəsində CBDC-nin iqtisadi təsirləri, hüquqi çərçivəsi və texnoloji infrastrukturu ilə bağlı geniş təhlillər aparılıb: "Rəqəmsal manatın texnoloji bazasının formalaşdırılması zamanı bir neçə əsas yanaşma - blokçeyn və paylanmış reyestr texnologiyaları (DLT - Distributed Ledger Technology) və mərkəzləşdirilmiş verilənlər bazası üzərində qurulmuş təhlükəsiz ödəmə platformaları nəzərdən keçirilir. Beynəlxalq təcrübədə fərqli yanaşmalara rast gəlinir. Məsələn, Çin Xalq Bankı rəqəmsal yuan üçün mərkəzləşdirilmiş idarəetmə modelindən istifadə edir, Avropa Mərkəzi Bankı isə rəqəmsal avronun texnoloji dizaynı üçün paylanmış reyestr texnologiyalarını test edir. Azərbaycan Mərkəzi Bankı beynəlxalq təcrübəni öyrənərək və yerli maliyyə sektorunun xüsusiyyətlərini nəzərə alaraq, rəqəmsal manatın texnoloji həllini müəyyən edəcək".

Rəqəmsal manat dövriyyəyə buraxılarkən görülməli olan işlər var. İnsanları psixoloji olaraq bu prosesə hazırlamaq, maarifləndirmə aparmaq lazımdır. Ölkədə bank kartlarının sayı 10 milyonu keçib. O bank sahiblərinin əksəriyyəti marketlərin qarşısındakı bankomatdan pullarını çıxarırlar, sonra alış-veriş edib, ödənişləri nağd şəkildə həyata keçirirlər. Maaş, pensiya, digər ödənişlər köçən kimi kartdan çəkib evdə saxlayır. Ölkə əhalisinin böyük əksəriyyəti nağdsız ödənişlərə inanmır, bu və ya digər formada müəyyən etibarsızlıq nümayiş etdirirlər. Belə bir dönəmdə rəqəmsal manatın yaradılması müxtəlif prosedurları zəruri edir ki, onlardan birincisi maarifəndirmədir.

Mütəxəssislərin fikrincə, rəqəmsal valyutanın çox böyük faydaları olacaq. Nağdsız ödənişlərin təşviq edilməsi və insanların bu sahədə fəaliyyətinin artırılması istiqamətində dövlət bir sıra layihələr həyata keçirir. "ƏDV gerial" layihəsi də bu prinsiplə həyata keçirilir. Nağdsız ödənişlər dövlətə nəzarət imkanı verir. Rəqəmsal valyutanın tətbiqinin iqtisadiyyatın "ağardılması"nda, kölgə iqtisadiyyatının həcminin azaldılmasında müstəsna əhəmiyyəti olacaq. Rəqəmsal manatın dövriyyəyə buraxılmasının ən böyük müsbət tərəfi pulların dövriyyəsinə nəzarət mexanizminin gücləndirilməsidir. Hara, nə qədər, kim tərəfindən nə cür ödənişlər olunur? Vergidən yayınmanın qarşısı alınır, kölgə iqtisadiyyatı aradan qaldırılır. Rəqəmsal manat pula daha yaxşı nəzarət etmək üçün dövlətə gözəl üstünlük verir.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, hökumət uzunmüddətli dövrdə rəqəmsallaşmanı iqtisadi hədəf olaraq qarşıya qoyubsa, elektron manatın yaradılması ortamüddətli dövrün əsas məsələlərindən biri kimi qarşıya qoyula bilər: "Çünki dünya bu istiqamətdə gedir. Yəqin ki, 2035-2040-cı illərdə tədavüldə kifayət qədər rəqəmsal valyutalar olacaq. Azərbaycan bu prosesdən geri qalmaqla müəyyən itkilərlə üzləşə bilər. Ona görə, Azərbaycan da bu prosesin iştirakçısı olmalı, rəqəmsal manat yaradılmalıdır. İndiki halda rəqəmsal valyuta yaradılması ilə bağlı dünyada geniş təcrübələr yoxdur. Müəyyən araşdırmalar, təhlillər aparılır. Azərbaycanda da dünya təcrübəsi - yaradılan mexanizmlər, qanunvericilik çərçivəsi, nəzarət imkanları, təhlükəsizlik tədbirləri və s. dərindən təhlil olunmalıdır. Ona uyğun olaraq da digər istiqamətlərdə mövqe ortaya qoyulmalıdır".

R.Həsənov bildirib ki, bu, eyni zamanda cəmiyyətin rəqəmsal bacarıqlarından asılı olaraq effekt verən mexanizmdir: "İndiki halda bunun üçün kifayət qədər əlverişli mühit var" desək, doğru olmaz. Çünki cəmiyyət Azərbaycanda kifayət qədər rəqəmsal bacarıqlara yiyələnməyib. 10 milyondan artıq kart var. Onun ən yaxşı halda 1-1,5 milyonu nağdsız əməliyyatlardan istifadə edir. 90 faizi kartdakı pulu nağdlaşdırıb istifadə edir. Ancaq bu o demək deyil ki, Azərbaycan bu prosesə başlamamalıdır. Bu, bir çağırışdır, bu çağırışa indiki halda adekvat mövqe ortaya qoyulmazsa, uzunmüddətli dövrdə prosesdən geridə qala bilərik".

İqtisadçı ekspert Xalid Kərimli hesab edir ki, hazırda əksər ölkələrin maliyyə-bank sistemlərində müxtəlif blokçeyn texnologiyalara geniş yer verilməkdədir və bu sırada rəqəmsal valyutanın da aktuallığı artır: "Dünyada rəqəmsal texnologiyaların geniş tətbiqi maliyyə xidmətləri sahəsində də ən innovativ modellərin tətbiqini zəruri edir. Çin və bəzi Asiya ölkələri buna keçib, Avropa Mərkəzi Bankı da öz rəqəmsal avrosunu yaratmaq niyyətindədir. Azərbaycan hökuməti də bu istiqamətdə müxtəlif maliyyə tədqiqləri aparır, ən nüfuzlu xarici rəqəmsal şirkətlərlə layihələr həyata keçirir, yəni iradə var.  Ancaq rəqəmsal pula keçid üçün möhkəm arxitektura lazımdır,  Azərbaycanda bu yöndə infrastrukturun tam formalaşmasına ehtiyac var. Digər tərəfdən, rəqəmsal valyutaya keçidin ən mühüm tələbi nağdsız cəmiyyətin olmasıdır. Doğrudur, ölkəmizdə nağd ödənişlər sahəsində bir çox proqramlar icra olunur, "Azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramı" var, eyni zamanda, "Nağdsız ödənişlər haqqında" qanun daha da təkmilləşdirilir, kart bazarı üçün kifayət qədər texniki imkanlar və rəqəmsal bankçılıq qurulub, digər tərəfdən, rəqəmsal hökumət quruculuğunun ana hədəflərindən biri nağdsız və təmassız cəmiyyətin tam formalaşdırılmasından ibarətdir".

Mütəxəssislər deyirlər ki, qloballaşan dünyada innovativ texnologiyalar yeni inkişaf mərhələsinə qədəm qoyduqca müxtəlif ölkələrdə müxtəlif tip innovativ və rəqəmsal məhsulların sayı durmadan artmaqdadır. Son dövrlərdə üzərində çalışılan mövzulardan biri də fiziki valyutaların rəqəmsal valyutalarla əvəz olunmasıdır. Hətta bir çox ölkələrdə rəqəmsal valyutaların istehsalı və eyni zamanda, tətbiqi üzərində həm elmi, həm də praktiki çalışmalar ortaya qoyulmaqdadır. Avropa Mərkəzi Bankının rəqəmsal valyutaların tətbiqi ilə bağlı bir sıra tədqiqatları, təhlilləri və çalışmaları mövcuddur. Lakin rəqəmsal valyutaların tətbiqi mövzunun yeniliyi ilə əlaqədar bir sıra sualları özündə ehtiva edir: "Hazırda rəqəmsal valyutalar yüksək texnoloji infrastruktura malik ölkələrdə tətbiq olunmaqdadır. Azərbaycanda isə hələlik bu tip valyutanın, xüsusən də rəqəmsal manatın dövriyyəyə buraxılması üçün fundamental infrastruktur yoxdur. Bundan başqa, rəqəmsal manata keçməzdən öncə əhali bu mövzular haqqında maarifləndirilməlidir və insanlara "rəqəmsal manat"ın əhəmiyyəti, istifadə qaydaları və eləcə də müsbət və mənfi tərəfləri haqqında təşviqat aksiyaları həyata keçirilməlidir".

İqtisadçı ekspert Elşad Məmmədov bildirib ki, rəqəmsal valyutanın Azərbaycanda yaradılmasına ehtiyac var. Bu, kifayət qədər məqsədəuyğun addım kimi dəyərləndirilməlidir. Ümumiyyətlə gələcəkdə pul-kredit siyasəti nöqteyi-nəzərdən rəqəmsal valyutanın tətbiqinə bütün ölkələr bu və ya digər həcmdə getməli olacaq. Bu, müasir iqtisadi və texnoloji çağırışlarla bağlıdır: "Bu gün artıq müəyyən rəqəmsal valyutalar dünyada tətbiq edilir. Amma bu istiqamətdə bütövlükdə dünyada bir xaotik vəziyyət var. Yəni anonim mənbələrə istinad edilən kriptovalyutalar dövriyyəyə buraxılır. Bu da çox ciddi mənfi fəsadlara səbəb olur. Düşünürəm ki, bu fəsadlar daha da dərinləşəcək. Amma bu o demək deyil ki, biz rəqəmsal valyuta tətbiqinə soyuq yanaşmalıyıq".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Fevral 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see315

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see276

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see259

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see257

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see251

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see243

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see229

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see227

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see221

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see221

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see219

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see219

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see219

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see211

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see208

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see206

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see205

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see201

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see195

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri