Icma.az
close
up
RU
Gömrük xidmətində ən müasir texnologiyalar

Gömrük xidmətində ən müasir texnologiyalar

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib

Hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır, mükəmməl siyasətin əsas konturları elə sərhəd dirəkləri ilə müəyyənləşir. Gömrük xidməti dövlətçiliyin mühüm və əhəmiyyətli amillərindən biri hesab olunur. Azərbaycan dövlətinin iqtisadi strategiyasının həyata keçirilməsində, dövlətçilik təməlinin möhkəmləndirilməsində gömrük xidməti önəmli mövqeyə malikdir. Ölkəmizin artan nüfuzu gömrük orqanlarında uğurların təminatçısı olmuş, dövlətin milli maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin keşiyində dayanan, sosial-iqtisadi inkişafı stimullaşdıran nüfuzlu bir orqana çevrilməsində əvəzolunmaz rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının açılışında iştirak edib. Ümumi sahəsi 25 min kvadratmetr olan 18 mərtəbəli binada komitənin struktur bölmələrinin əməkdaşlarının yüksək səviyyədə çalışması üçün hərtərəfli şərait yaradılıb. Dövlət Gömrük Komitəsinin yeni inzibati binasının layihə-quraşdırma işlərində maksimum səviyyədə ən müasir texnologiyalardan istifadə olunub. Bütün layihəçilər, mühəndislər və inşaatçılar Azərbaycan vətəndaşlarıdır və ölkə universitetlərinin məzunlarıdırlar.

Buradakı Hədəf Mərkəzində ölkə üzrə yük nəqliyyat vasitələrinin hərəkəti elektron xəritədə müşahidə olunur. Eyni zamanda, Xəzər dənizində gəmilərə gömrük nəzarəti və gömrük postlarına real vaxt rejimində videomüşahidə həyata keçirilir. Binada süni intellekt əsaslı risk idarəetmə sistemi və informasiya texnologiyaları infrastrukturu yaradılıb.

Həmçinin burada kibertəhdidlərin kəşfiyyatı və qarşısının alınması ilə bağlı xüsusi avadanlıq yerləşdirilib. Ümumilikdə yeni binada informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Bu sistemlər mövcud və gələcək xidmətlərin artırılmasını nəzərdə tutub.

Binanın 5-ci mərtəbəsində 1200 kvadratmetrlik asma bağ salınıb, müxtəlif növ ağac və dekorativ gül kolları əkilib. 500 kvadratmetrlik açıq sahədə əməkdaşların istirahəti və gəzintisi üçün guşə yaradılıb, kafe inşa olunub. Binada gömrük xidməti əməkdaşlarının iş otaqlarından başqa 500 nəfərlik konfrans zalı, 17 iclas otağı, atıcılıq tiri, idman sahələri, yeməkxana, kafe var.

Dövlətimizin başçısı gömrük orqanları tərəfindən ayrı-ayrı vaxtlarda müsadirə olunmuş tarixi-mədəni əşyalardan ibarət muzeyə baxıb. Burada eramızdan əvvəl birinci minillikdən XX əsrin 50-ci illərinədək dünya ölkələrinin tarixini əhatə edən eksponatlar sərgilənir.

GÖMRÜK ƏMƏLİYYATLARI ASANLAŞDIRILIR VƏ SÜRƏTLƏNDİRİLİR

Qeyd edək ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən, son illərdə həyata keçirilən irimiqyaslı layihələr hesabına beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılmasında ölkəmizin əhəmiyyətli rolu nəzərə alınmaqla gömrük işinin müasir səviyyədə təşkili, bu sahədə xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən islahatlar hesabına indi ölkəmizin gömrük xidmətində ən müasir texnologiyaların, qabaqcıl təcrübənin, elmi əsaslı layihələrin, rəqəmsal həllərin tətbiqi həyata keçirilir. Reallaşdırılan qabaqcıl texnoloji həllər gömrük əməliyyatlarının asanlaşdırılması və sürətləndirilməsi, iqtisadi təhlükəsizliyin daha etibarlı təmin olunması ilə yanaşı, şəffaflığın artırılmasına, gömrük-biznes əməkdaşlığının qarşılıqlı etimad əsasında gücləndirilməsinə, xidmət səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradıb.

Qeyd edək ki, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra, ölkəmizdə mal dövriyyəsinin sürətləndirilməsi, gömrük ərazisinin müdafiə və təmin olunması, eləcə də xarici əlaqələr iştirakçıları üçün əlverişli şərait yaradılmışdır. Yarandığı ilk illərdən milli gömrük sistemi diletantların sayəsində irəli getmək əvəzinə günü-gündən gerilədi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri - bütün bunlar o dövrün gerçəklikləri idi.

AZƏRBAYCAN GÖMRÜYÜNÜN İNKİŞAFI ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR

Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

Yeni gömrük orqanları və sərhəd gömrük postlarının açılması, beynəlxalq standartlara uyğun qanunvericilik bazasının yaradılması və Gömrük Məcəlləsinin qəbul edilməsi, ən mühüm dövlət tapşırıqlarından biri olan dövlət büdcəsinin formalaşdırılmasında yaxından iştirak etməsi, gömrük işinin beynəlxalq normalara uyğun təşkil olunması, Ümumdünya Gömrük Təşkilatının üzvü kimi inkişaf etmiş dövlətlərin gömrük təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi və s. bu kimi irəliləyişlərə nail olmuşdur.

Gömrük xidmətinin yaranma tarixinə nəzər salsaq görərik ki, Azərbaycan gömrüyünün inkişafında əvəzedilməz rolu olan Ulu Öndər Heydər Əliyev bu orqanın fəaliyyətini daim diqqətdə saxlayıb. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük xidmətində də islahatlar aparılmış, DGK-nın fəaliyyətində ciddi dönüş yaranmışdır. Azərbaycan gömrüyü qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyinin və təhlükəsizliyinin etibarlı təminatçısına çevrilmişdir.

"BİZ ELƏ BİR GÖMRÜK ORQANI YARATMALIYIQ Kİ, O, XARİCİ- İQTİSADİ ƏLAQƏLƏRİMİZDƏ ÖZ YERİNİ TUTSUN"

Azərbaycanın XXI əsrin astanasında müstəqillik əldə etməsi onun tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyev deyirdi: "Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici- iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin". Prezident Heydər Əliyevin sərəncamına əsasən 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrük əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi Ulu Öndərin bu orqanın fəaliyyətinə verdiyi yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi.

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 44-cü sessiyasının 2000-ci ilin dekabr ayında müstəsna hal kimi Bakı şəhərində keçirilməsi (Azərbaycan Müstəqil Dövlətlər Birliyində belə bir tədbirin həyata keçirildiyi ilk ölkə oldu) və sessiya iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən qəbulu dövlət başçısının bu sahəyə xüsusi diqqətini, Azərbaycan gömrük təşkilatının qısa bir müddətdə həqiqətən inkişaf etdiyini və ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunu, dünya dövlətlərinin gömrük xidmətləri ilə sıx əməkdaşlığını əyani olaraq bir daha göstərdi.

Azərbaycanın beynəlxalq gömrük əməkdaşlığı sahəsində atdığı müsbət addımların nəticəsi olaraq 1996-cı ildə Avropa Birliyi və ona üzv olan dövlətlərlə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Elə həmin ildə ölkəmiz "BYD kitabçasının tətbiqi ilə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyası"na, 2000-ci ilin may ayında "Malların Təsviri və Kodlaşdırılması üzrə Harmonikləşdirilmiş Sistemə dair Beynəlxalq Konvensiya"ya, 2002-ci ilin fevral ayında "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatların aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"ya (Nayrobi Konvensiyası), 2003-cü ilin dekabr ayında isə "Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya"ya (Kioto Konvensiyası) qoşulmuşdur. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE), İNTERPOL, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Beynəlxalq Yol İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), BMT-nin Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstan üçün Xüsusi Proqramı (SPECA) və neçə-neçə bu qəbildən beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq DGK-nın fəaliyyət dairəsinin genişliyini təsdiqləyir.

Azərbaycan Respublikasının gömrük işinə dair qanunvericiliyinin təkmilləşdirilməsi məqsədi ilə 1995-ci ildə "Gömrük tarifi haqqında", 1997-ci ildə "Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" (2011-ci ilin sentyabr ayında artıq yeni Gömrük Məcəlləsi qəbul edilib) və 1998-ci ildə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi haqqında" Əsasnamə, 1999-cu ildə "Gömrük orqanlarında xidmət haqqında" Əsasnamə, həmçinin 2001-ci ildə gömrük orqanlarının şərəf və şöhrət rəmzi olan "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında" və "Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında" qanunlar qəbul edilmişdir. Bu və ya digər qanunların hər biri gömrük orqanlarının yerinə yetirməli olduğu vəzifə və səlahiyyətlərini daha aydın şəkildə müəyyən edir.

MÜKƏMMƏL HÜQUQİ BAZAYA MALİK GÖMRÜK XİDMƏTİ

Hazırda Prezident İlham Əliyev tərəfindən Azərbaycan gömrüyünün ənənələrinin qorunub saxlanılması və daha da təkmilləşdirilməsi işin daim diqqət mərkəzində saxlanılır. Azərbaycanda gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılıb. Prezident İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatar çərçivəsində son illərdə gömrük sistemində qabaqcıl beynəlxalq təcrübələrə və çağırışlara, elmi yanaşmalara uyğun olaraq təkmilləşdirilmələr aparılır. Bu məqsədlə 2022-ci ildə Gömrük Xidmətinin Fəaliyyət Proqramı təsdiq edildi və şəffaflıq, məmnuniyyət, rəqəmsallaşma, dayanıqlı gömrük ödənişləri, güclü və güvənli hüquq-mühafizə tədbirləri gömrük orqanlarının strateji hədəfləri kimi müəyyənləşdirildi.

Bu gün Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, bütövləşən ölkəmizin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmişdir.

Dövlət Gömrük Komitəsi gömrük işinin təşkili prosesində informasiya texnologiyalarının tətbiqini, rəqəmsallaşmanı daim genişləndirir. Həyata keçirilən tədbirlər çərçivəsində 2016-cı ildə elektron bəyanetmə prosesinə start verildi.

"Smart customs" layihəsinin tətbiqi hesabına bütün gömrük əməliyyatlarının mobil cihazlardan həyata keçirilməsi imkanı yaradıldı.

Müasir texnologiyaların, rəqəmsal həllərin gömrük sistemində tətbiq edilməsi Azərbaycan gömrük xidmətinin strateji hədəflərindəndir. Bu məqsədlə Azərbaycan gömrük xidmətinin əməkdaşları tərəfindən hazırlanaraq 2024-cü ilin əvvəlindən tətbiqinə başlanan süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsinə, əlavə vaxt və vəsait itkisinin aradan qaldırılmasına, uçot sisteminin düzgün qurulmasına əlavə imkanlar yaratdı.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilən gömrük xidməti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında sürətlə və dinamik inkişaf edir.

Zümrüd BAYRAMOVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:180
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see375

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see373

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see334

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see323

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see306

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see305

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see301

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see266

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see250

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see239

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see229

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see200

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see199

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see197

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see193

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see183

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see181

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see176

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see173

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri