525 ci qəzet Senat komitəsi Bondinin ABŞ baş prokuroru və ədliyyə naziri postuna namizədliyini təsdiqləyib
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Senatının Ədliyyə Komitəsi Ədliyyə Nazirliyinə də rəhbərlik edən Pem Bondinin ABŞ Baş Prokurorluğuna namizədliyini dəstəkləyib.
525.az “Report” a istinadən xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, komitədə olan 12 respublikaçının hamısı Bondinin namizədliyinin lehinə, 10 demokrat senator isə əleyhinə səs verib.
İndi o, Senatın tam tərkibi tərəfindən təsdiqlənməlidir.
“Pem Ədliyyə Nazirliyini öz əsl məqsədinə - cinayətlə mübarizə aparmaq və Amerikanı daha təhlükəsiz etmək məqsədinə qaytaracaq”, - ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi.
Qeyd edək ki, Pem Bondi Florida ştatının baş prokuroru vəzifəsində çalışan ilk qadın olub (2011-2019-cu illər). O, həmçinin 2020-ci ilin yanvarında ABŞ Nümayəndələr Palatası prezidentə səlahiyyətdən sui-istifadə və Konqresin təhqiqatına maneçilik törətdiyinə görə impiçment elan etdikdən sonra Senatdakı məhkəmə prosesində Trampı müdafiə edən komandanın tərkibində yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Yanvar 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















