Icma.az
close
up
RU
Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı”

Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı”

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycan Texniki Universitetinin birgə təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı” adlı tədbir keçirilib.

Tədbirdən öncə Universitetin inzibati binasında müasir müstəqil Azərbaycan Respublikasının qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qeyd edib ki, dövlət idarəçiliyində liderin fəaliyyəti uğurlu inkişafın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox mühüm amildir: “Prezident İlham Əliyevin "Bizim sözümüz imzamız qədər dəyərlidir" fikri Onun verdiyi vədlərin əməli fəaliyyətdə öz əksini tapdığını göstərir. Dövlətimizin başçısının xalqa verdiyi vədləri yerinə yetirməsinin ən parlaq nümunəsi torpaqlarımızın işğaldan azad olunması və üçrəngli bayrağımızın bütün ərazilərimizdə ucaldılmasıdır. Hər bir azərbaycanlının Prezidenti olacağını vəd edən və ötən müddət ərzində sözünün sahibi olduğunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev xalqın yüksək rəğbət və məhəbbətini qazanıb. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib”.

V.Vəliyev qeyd edib ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır: “Bu siyasət həm də Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir. Prezident İlham Əliyevin ölkəmizə böyük uğurlar qazandırmış daxili və xarici siyasəti Azərbaycanı dünyada sabitlik adasına, multikulturalizm mərkəzinə, qlobal tədbir və görüşlərin keçirildiyi təhlükəsiz məkana çevirib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin fəaliyyəti Azərbaycanın daha da güclənməsinə xidmət edəcək”.

Çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, çağdaş Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əbədiyaşar ideyaları ilə bağlıdır: “Ulu Öndər Heydər Əliyev milli maraqlara əsaslanan uzaqgörən siyasəti ilə Azərbaycanın müstəqilliyinin daimiliyi, dönməzliyi və əbədiliyini təmin etməklə xalqımıza çoxsaylı uğurlar qazandırmışdır. Bu gün iftixarla qeyd edirik ki, hər birimizin sonsuz qürur mənbəyi olan müasir Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin millətimizə ən böyük mənəvi-siyasi mirasıdır”.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Ulu Öndərin tükənməz dövlətçilik irsini müasir çağırışlara uyğun zənginləşdirərək həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilmiş, dünyada etibarlı və konstruktiv tərəfdaş kimi tanınmışdır: “Ən əsası, iqtisadi gücünü, siyasi nüfuzunu, hərbi qüdrətini artıran, beynəlxalq mövqeyini möhkəmləndirən Azərbaycan öz ərazi bütövlüyü və tam suverenliyini bərpa etməklə Zəfər zirvəsinə yüksəlmişdir. Ata vəsiyyətini və xalqa verdiyi bütün vədləri şərəflə yerinə yetirən Prezident İlham Əliyev Azərbaycanı Ulu Öndərimizin görmək istədiyi qalib və qüdrətli dövlətə çevirməklə bərabər, strateji hədəfləri ardıcıl olaraq gerçəkləşdirərək nəinki ölkəmiz, bütövlükdə regionumuz üçün yeni perspektivlər yaratmışdır”.

YAP Sədrinin müavini bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müstəqil və qətiyyətli siyasəti ölkəmizdə ictimai-siyasi sabitliyin və milli birliyin qorunmasına, sosial-iqtisadi inkişafın davam etməsinə, əhalinin rifahının daha da yaxşılaşmasına, Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdışın uğurla həyata keçirilməsinə və nəhayət, bölgədə sülh, təhlükəsizlik və çoxşaxəli əməkdaşlığın bərqərar olmasına hədəflənmişdir: “Ulu Öndərimizin dahiyanə söylədiyi bir  fikir var: “Vaxt gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Bu gün  məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü təməllər üzərində  Prezident İlham Əliyev müasir, suveren, bütöv və yeni Azərbaycanı qurub. Şübhə yoxdur ki, öz Müzəffər Liderinin ətrafında sıx birləşən xalqımız bundan sonra da milli məqsədlərə nail olaraq daha qüdrətli Azərbaycan naminə yeni qələbələrə imza atacaqdır”.

Sonra çıxış edənlər Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.

Tədbirdə Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş Universitet əməkdaşlarına üzvlük vəsiqələri təqdim edilib.

Daha sonra Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Sonda bədii hissə təqdim olunub və xatirə şəkli çəkdirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri